Rusiya prezidenti Vladimir Putinin daha çox Türkiyəni hədəf aldığı son mətbuat konfransının ardından bir sual ciddi müzakirələrə səbəb olub. Baki-xeber.com xəbər verir ki, Rusiya mediası "15 noyabrda Antaliyada keçirilən G20 zirvəsində Ərdoğan bağlı qapılar ardında Putindən "beynəlxalq hüquqa zidd nə istədi", "Putinin bu istəyə nə cavab verdi” sualı üzərində baş sındırır.
Rusiya lideri mətbuat konfransında "Bu gün əlaqələrin pozulmasına baxmayaraq mövzunun nə olduğunu söyləməyəcəyəm" deyə ortada böyük bir sirr olduğunu eyham vurdu.
Putinin o sözləri: "Bunu sizin də anlamanızı, bizim insanlarımızın da eşitməsini və Türkiyədə də eşitmələrini istəyirəm. Yaşanan tragediyanın, insanların ölümünün xaricində bizə toxunan nə oldu? Biz əməkdaşlığı rədd etmədik.