F.Ağamalı bildirib ki, həmin qanun layihəsinin mahiyyətindən belə aydın olur ki, Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir: "Belə bir qanun layihəsi Ermənistan haqqında verilməlidir. Çünki Ermənistanda insan haqları mütəmadi pozulur. Ermənistana bu gün rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırın aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib”.
F.Ağamalı vurğulayıb ki, Ermənistanda baş verən hadisələrə Smit və onun kimiləri səslərini qaldırmırlar.
Deputat qeyd edib ki, sözügedən qanun layihəsində yeni heç nə yoxdur: "Yenə də şablon ittihamlar səsləndirirlər. Bu onu göstərir ki, ABŞ-ın, Avropanın ayrı-ayrı siyasətçiləri Azərbaycanı bu cür saxta ittihamlarla təzyiq altına salmağa çalışırlar. Bizim antiazərbaycan qüvvələrinə qarşı mübarizəmiz prioritet olaraq qalacaq”.