APA-nın məlumatəna görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında ukraynalı jurnalistin sualına cavabında deyib. Əsirlərin dəyişdirilməsi barədə suala cavab verən V. Putin bildirib ki, bu proses Kiyev və Donbas arasında "hamını hamıya” prinsipi əsasında həyata keçirilməlidir. Ukraynada həbs olunan rusiyalıların və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsi məsələsinə gəldikdə, o bildirib ki, bu, bərabər səviyyəli olmalıdır.