Terror təşkilatı İŞİD İraqın Başika bölgəsində Türkiyə əsgərinin təlim keçdiyi düşərgəyə hücum edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular düşərgəni top atəşinə tutublar. Terrorçuların hücumuna türk əsgərləri ağır silahlar və topla cavab verib.
İlkin məlumatlara görə, 4 türk hərbçisi yaralanıb. Başından yaralanan hərbçilərdən biri Şırnaka gətirilib. Digər 3 əsgər də İraqdan çıxarılaraq Türkiyəyə gətirilir. Əsgərdən birinin vəziyyətinin ağır olduğu, digərlərinin isə həyati təhlükəsinin olmadığı bildirilir.
Kürd xəbər saytı "Rudaw”ın məlumatına görə, İŞİD bölgədə sünni silahlılara aid bir qərargahı bombalayıb. Hücum zamanı 2 əsgər ölüb, 6 nəfər yaralanıb...
Terrorçuların bu gün Mosulda peşmərgə (kürd silahlılar) mövqelərinə də hücum edib.