Bazar ertəsi günü, 23 noyabr 2026
     

Vətən sevgisi

Image


Vətən! Bu kəlmə nə qədər sevimli, ülvi və müqəddəsdir; ömrümüzün mənası, həyatımızın zinətidir. Vətən bizim şərəfimiz, vüqarımız və qeyrətimizdir. Vətən kəlməsi nəsildən-nəslə keçərək ürəklərdə yaşamalı, həmişə təravətli qalmalıdır. Hər gülün, çiçəyin öz rəngi, öz ətri olduğu kimi, vətənin də öz ətri, öz təravəti vardır. Təbiətə xas olan bütün gözəl keyfiyyətlər və xüsusiyyətlər vətən kəlməsində birləşir.
Bizə qüvvə verən də, torpağa bağlayan da vətəndir. Vətəni sevmək, onun yolunda fədakarlıq etmək hər bir vətəndaşın müqəddəs vəzifəsidir. Arazın bu tayı da, o tayı da mənim vətənimdir!..
Millətimin iradəsinin əksinə rus çarı və İran şahı Gülüstan və Türkmənçay müqavilələri ilə mənim vətənimi ikiyə bölüb işğal ediblər. Ancaq mənim millətim bu müqavilələrin şərtləri ilə barışmayıb, Rusiya və İranın işğalından qurtulmaq üçün hər zaman mübarizə aparıb, XX əsrin əvvəlindən də vətənimin şimalındakı despotizmə qarşı milli azadlıq mübarizəsini davam etdiribdir. 1918-ci ildə Çar Rusiyasının zülmündən qurtulan millətim bu dəfə, erməni daşnaklar başda olmaqla, digər qüvvələr tərəfindən yaradılan erməni problemi ilə qarşılaşıb, uydurulan Ermənistanla mübarizə etməyə başlayıb, bu gün də bu mübarizəni davam etdirir.
Tarix boyu təcavüzkar və hiyləgər olan ermənilər özlərini məzlum bir xalq kimi qələmə verərək dünya ictimaiyyətinin diqqətini çəkmək istəyiblər və bunu bacarıblar. Fəqət həqiqəti gizləmək, pərdələmək o qədər də asan deyil. Tarixi məlumatlar göstərir ki, erməni milləti yüzillər boyunca özlərinə hakim olan dövlətlər tərəfindən siyasi, dini, iqtisadi və mədəniyyət təzyiqi görüb, əziyyətlər içərisində yaşayıblar. Bu əziyyətlərin başında tez-tez baş verən məcburi köçlər gəlir. Bu da ermənilərin ikiüzlülük, satqınlıq, idarəsi altında olduqları dövlətə qarşı törətdikləri xəyanətlər və onların bir yerdə yerləşib inkişaf edə bilməmələrindən irəli gəlir.
I Dünya müharibəsinin başlaması və Osmanlı dövlətinin ittifaq dövlətlərinə qarşı müharibəyə qatılması ermənilər tərəfindən bir fürsət olaraq dəyərləndirilib. Nəticədə, qurulan könüllü erməni dəstələri körpü və yolları dağıdaraq Osmanlı hərbi hissələrinin hərəkətini əngəlləyib, türk qüvvələrini arxadan vurub, şəhər, qəsəbə və kəndlərdə müdafiəsiz qalan türklərə qarşı qətliamlar törədib, rus işğalını asanlaşdırıblar.
Osmanlı dövləti məruz qaldığı bu daxili təhdid səbəbilə 1915-ci il may ayının 25-də döyüş bölgələrində yaşayan erməniləri cənubdakı Osmanlı torpaqlarına köçürmə qərarı alıb. Bu da bir həqiqətdir ki, bənzər təhlükələrlə qarşılaşan bütün ölkələr belə qərarı almaqda tərəddüd etməyib. Osmanlı dövləti aldığı bu qərarla erməniləri əvvəlcədən xəbərdar edib, lazım olan hazırlıqlar tamamlandıqdan sonra köçürmə işləmlərini başladıb.
Bir tərəfdən I Dünya müharibəsinin davam etməsi, digər tərəfdən də daxili üsyanlar, kin və intiqam duyğuları nəticəsində erməni qafilələri bəzi hücumlara məruz qalıb. Osmanlı hökuməti bu vəziyyəti əngəlləməyə çalışıb. Belə ki, erməni qafilələri ilə pis davranan və hökumətin təlimatına uymayan, aralarında vəzifəli şəxslər də olmaqla, 1397 adam məhkəməyə sövq edilib. Bunların çoxu, edam daxil olmaqla, ciddi bir şəkildə cəzalandırılıb. Burada bir sual ortaya çıxır: erməniləri yox etməyə çalışan bir dövlət erməni qafilələrinə qarşı pis davrandığına görə öz vəzifəli şəxslərini və vətəndaşlarını məhkəməyə sövq edib cəzalandırarmı?..
Bu da bir həqiqətdir ki, müharibə günlərində minik vasitəsi, yanacaq, qida və digər imkanların kifayət qədər olmaması, ağır iqlim şəraiti və tif kimi epidemik xəstəliklər də o insanların itkisinə səbəb olub. Əslində o zaman kəsiyi bütün Anadolu xalqının eyni talesizliyi paylaşdığı bir dönəm olub.
İmperialist qüvvələrin I Dünya müharibəsi və Qurtuluş müharibəsi zamanında erməniləri türklərə qarşı təhrik etmə fəaliyyətləri davam edib. Ermənilər də "Böyük Ermənistan" qurmaq xülyası ilə fransızların, ingilislərin və rusların vədlərinə aldanaraq bu ölkələrin hərbi hissələrinə qatılıb, 1921-ci ilə qədər Anadoluda qanlı qətliamlar törədiblər. Bu qətliamlar Osmanlı dövlətinin, Türkiyə Cumhuriyyətinin, Türkiyə Genelkurmay Başqanlığının, fransızların, ingilislərin, almanların və rusların dövlət arxivlərindəki rəsmi sənədlərdə öz əksini tapır. Bütün bu tarixi həqiqətlərin altını üstünə çevirərək 1915-ci ildə yaşanan hadisələrin dünya ictimaiyyətinə "soyqırım" olaraq təqdim edilməsi hüquqi əsaslardan tamamilə uzaqdır. "Soyqırım" iddiasında olanlar 100 ildir, bütün səylərinə baxmayaraq, Osmanlının erməniləri yox etmə niyyətlərini ortaya qoyan heç bir sənəd tapa bilməyiblər, "sənəd" dediklərinin də saxtalığı ortaya çıxarılıb. Belə ki, I Dünya müharibəsinin sonuna doğru İstanbulu işğal edən ingilislər erməni patriarxxanasının raportlarına əsaslanaraq "qətliam" və müxtəlif "cinayətləri" işləməkdən məsul tutduqları, aralarında nazir və digər rəhbərlərin də olduğu Osmanlı dövlətinin 144 nəfər vəzifəli şəxsini mühakimə etmək üçün Maltaya sürgün ediblər. Ancaq arxivlərin araşdırılması nəticəsində ingilislər, bütün səylərinə baxmayaraq, həbs etdikləri şəxsləri günahlandıracaq bir dəlil belə tapa bilməyiblər. Nəticədə, Maltaya sürgün etdikləri şəxslərin hamısını azad ediblər. Beləliklə, hələ o zaman "erməni soyqırımı" iddialarının keçərsizliyi tam mənası ilə isbat olub.
Bu nəticə erməniləri qane etməyib, bəzi erməni komitələri "soyqırım" iddialarını dünya ictimaiyyətinə tanıtmaq üçün bir vasitə olaraq terroru seçiblər. Onlar, hər zaman olduğu kimi, yeni nəsillərini türklərə qarşı nifrət hissi ilə yetişdirməyə çalışıb, 1973-cü ildən etibarən türk dünyasına, xüsusilə türk diplomatlarına qarşı dəhşətverici terror hadisələri törədiblər. Beləliklə, 1985-ci ilə qədər dünyanın 21 ölkəsində türklərə qarşı 200-ə yaxın terror hadisəsi törədən ermənilər çox sayda türk diplomatlarını, vəzifəli şəxsləri və türk iş adamlarını, onların ailə üzvlərini şəhid ediblər.
Fəqət terrorla da bir nəticə əldə edə bilməyəcəklərini anlayan ermənilər, bu dəfə Türkiyə Cumhuriyyətinə qarşı yürütdükləri kampaniyada taktikalarını dəyişdirib, "erməni soyqırımı" uydurmalarını müxtəlif ölkələrin parlamentləri tərəfindən tanınması ilə Türkiyəyə təzyiq etməyə çalışıb, türk insanını bir barbar olaraq bütün dünyaya təbliğ etməyə başlayıblar. Bu gün belə erməni daşnakların Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında elan etdikləri Ermənistan "erməni soyqırımı"nı bütün dünyaya qəbul etdirməyə çalışır və bu yalanları dünyaya yaya bilirlər... Bugünə qədər Argentina, Belçika, Fransa, Hollandiya, İsveç, İsveçrə, İtaliya, Kanada, Livan, Rusiya Federasiyası, Slovakiya, Uruqvay, Yunanistan, Polşa, Almaniya, Kiprin rum kəsimi və bir çox ölkələrin parlamentləri "erməni soyqırımı" barəsində haqsız bildiriş və ya qərarlar qəbul ediblər. Heç şübhəsiz, tarixi həqiqətləri heçə sayan, türk millətinə böyük haqsızlıq və hörmətsizlik təşkil edən bu qərarları yenə tarix məhkum etməlidir və edəcəkdir.
Bu da bir həqiqətdir ki, parlamentlər uydurma tarixi hadisələr haqqında qərar verəbiləcək quruluşlar deyillər. Tarixi ancaq tarixçilər dəyərləndirə bilərlər. Motivlər nə olursa olsun xarici parlamentlərə təqdim edilən "erməni soyqırımı" iddialarına dəstək verən bəzi ölkələrin niyyətləri insanlığa qarşıdır.
Əslində biz Ermənistanın ilk Baş naziri O.Kaçaznuninin Daşnaksütyun komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportunu və xüsusilə əldə etdiyimiz ermənilərin rəsmi sənədlərini çox sayda dillərə tərcümə etdirib dünya ictimaiyyətinə təbliğ etməliyik. Bu raportun tərcümələrini ABŞ Təmsilçilər Məclisi Beynəlxalq Əlaqələr Komitəsinə, ingilislərin, fransızların, almanların və "erməni soyqırımı"nı qəbul edən ölkələrin milli məclislərinə təqdim etməliyik. Qoy onlar "erməni soyqırımı" və ya "ermənilərə qarşı törədilən qətliamları" tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistanın ilk Baş nazirindən öyrənsinlər!.. Bu da bir həqiqətdir ki, müəyyən məqsədlərlə bilərəkdən uydurulan bir "soyqırım" cinayəti ilə günahlandırmanın tarixi hadisələr qarşısında qəbul olunması mümkün deyil.
Necə olur ki, 1915-ci ildə baş verən hadisələr, tarixi hadisələrin əksinə olaraq, bəzi ölkə parlamentləri tərəfindən "soyqırım" olaraq dəyərləndirilib qərara alınır, bütün dünya ictimaiyyətinin gözü qarşısında ermənilər tərəfindən Xocalıda törədilən soyqırımdan isə bəhs edilmir? Bu gün bir milyona yaxın Azərbaycan türkü öz ata-baba yurdundan didərgin salınıb. Bu da bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Bu qədər insan erməniləri "köçə zorlama" hadisəsində belə olmayıb!.. Ermənilər işğal etdikləri torpaqlarımızda "atəşkəs" müqaviləsinin imzalanmasına baxmayaraq, hər gün bu müqaviləni pozur, hətta bəzən 1-2 əsgərimizi və ya sərhəd bölgəsində yaşayan vətəndaşımızı şəhid edirlər... Xatırlayın, Azərbaycanın yarısı qədər olmayan İsrailin 2 əsgərini öldürməmişdilər, qaçırmışdılar, onlar isə minlərlə insanı öldürdülər, bir milyona yaxın insanı evsiz-eşiksiz qoydular. Bütün bunların isbatı üçün rəsmi sənədlərə ehtiyac yoxdur, bu faciələr bütün dünya ictimaiyyətinin gözü qarşısında törədilib. Hesab edirik ki, biz ciddi-ciddi düşünüb, öz-özümüzə, "Üsullarımızı dəyişdirmənin vaxtı gəlmədimi?" sormalı və erməniyə, "Otur oturduğun yerdə, iftiralar uydurma," deyib ciddi bir qərara varmalıyıq!..
Ermənilər özlərini Dağlıq Qarabağın sahibi sayırlar. Ermənilərə görə Eçmiədzin, İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur kimi bu yerlər də onların ata-baba yurdudur. Tarixi rəsmi sənədlər incələndikdə isə ermənilərin bu torpaqlara 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra ruslar tərəfindən yavaş-yavaş köçürüldükləri ortaya çıxır. Heç şübhəsiz, erməniləri qeyri-insani davranışlara təhrik edənlər, onların əsilsiz iddialarına arxa çıxanlar tarix qarşısında özlərini məhkum etdiklərini bilməlidirlər. Və heç şübhəsiz, yuxarıda adlarını çəkdiyimiz millətlər, türklərin ermənilərə qarşı "törətdikləri soyqırıma" görə üzr istəmələrini deyil, əksinə, özləri tarixi həqiqətləri gördükdən sonra yürütdükləri çirkin siyasətlərinə görə tarix qarşısında türk millətindən üzr istəməlidirlər!..
Millətlərin və dövlətlərin özlərinə aid böyük xəyallarının olması təbiidir. Ermənilərin də özlərinə aid xəyalları vardır. Onların bu xəyalları Azərbaycan və Türkiyə torpaqlarının böyük bir hissəsini bir sərhəd içərisinə alıb "Böyük Ermənistan" qurmaqdır. Bu da bir həqiqətdir ki, bu millət tarix boyu heç bir zaman müstəqil bir dövlət qura bilməyib, hər zaman güclü dövlətlərin himayəsi altında həyatını sürüb, bir millət şüuruna çata bilməyib. Onlar avropalıların və rusların türklərə qarşı məqsədlərini yerinə yetirmək üçün bir vasitə olaraq istifadə ediliblər. Bilindiyi kimi, imperializmin əsas hədəfi "böl, parçala və hökmranlıq et" olub. Beləcə, Osmanlı dövlətini parçalamaq üçün ermənilər imperialistlərin əlində önəmli bir varlıq olaraq görülüblər. Bu gün ermənilərin təcavüzkarlığına göz yuman Qərb aləmi bu siyasətin hələ də davam etdirildiyini ortaya qoyur.
Qarabağın tarix boyunca sahib olduğu geostrateji və geosiyasi xüsusiyyətləri bir çox dövlətlərin iştahasını artırıb. Bu bölgə ilə əlaqəli tarixi qeydlər nəzərə alındıqda bu dövlətlərin başında Rusiyanın olduğunu görürük. Bunlar tarix boyu erməni şovinistlərin iştahasını necə artırıblarsa, bu gün də Azərbaycan türklərinin tarixi ata-baba yurdu İrəvan xanlığında qondarma bir Ermənistan quran daşnakların iştahasını eləcə artırırlar. Belə ki, "Ermənistan" bu torpağın özlərinə aid olduğunu isbat etmək üçün "mədəni" və "elmi" fəaliyyətlərinə davam edir. Deyə bilərik ki, Ermənistandakı "elmi çalışmalar"ın yarısından çoxu "Böyük Ermənistan" xülyasının yerinə yetirilməsinə həsr edilib. Bu "elmi çalışmalar" nəticəsində əldə edilən "elmi kəşflər"in yerinə yetirilməsində ermənilərin qurduqları erməni diasporu və lobbisi bütün dünyada baş rolu oynayır. Baxmayaraq ki, ermənilər papanın liderliyini qəbul etmirlər, xristianlar, başda böyük dövlətlər olmaqla, keçən əsrin əvvəllərində olduğu kimi, bu gün də bu şovinist quruluşları dəstəkləyirlər. Ermənilərin bütün bu fəaliyyətləri Aralıq dənizinə, Qara dənizə və Xəzər dənizinə sahib olan "Böyük Ermənistan" qurmaq məqsədini güdür!?.
Hesab edirik ki, rəsmi sənədsiz tarix yazılmamalıdır! Uydurulan erməni məsələsinın arxasındakı həqiqətlər arxiv sənədlərinə əsaslanaraq gün işığına çıxarılmalıdır! Erməni iddialarının əslsizliyini dünya ictimaiyyətinə çatdırmanın ən doğru yolu budur!
Vətənimiz böyükdür, dövlətimiz balaca,
Dərbənd o yanda qalıb, Göyçə bu yanda,
Borçalının bir gözü Xoyda, Gilanda,
Şuşa əmanətimiz filan-filanda!
Fazil QARAOĞLU,
professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ