İsrailin Türkiyə ilə əlaqələri bərpa etmək üçün yollar axtarır. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi müşaviri Dore Qold açıqlama verib.
Qold bildirib ki, İsrail Türkiyə ilə hər zaman sabit əlaqələrə sahib olmağı arzulayır və bu hədəfə çatmağın yollarını araşdırır. Ancaq Qold bununla bağlı detalları açıqlamayıb.
Bundan əvvəl Türkiyə rəsmisi Feridun Sinirlioğlu ilə Goldun Romada görüşdüyü bildirilirdi.
Bu arada İsraillə əlaqələrin normallaşması üçün üç şərt açıqlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsraildən cavab gəlib. İsrail XİN rəsmilərindən biri "Yediot Ahronot” qəzetinə "Türkiyədən üzr istədik, təzminat ödəməyə də hazırıq. Ancaq Ərdoğan Qəzzanın mühasirəsinin qaldırılması iddiasından əl çəkməlidir, çünki belə bir şeyin olmadığını Türkiyə də bilir" – deyə bildirib.
Qəzet Türkiyənin rus döyüş təyyarəsini vurmasından sonra Rusiya ilə yaşanan gərginlik fonunda İsraillə əlaqələri normallaşdırmaq yolları axtarmağa və xüsusilə İsrail təbii qazına maraq göstərməyə başladığını iddia edir: "Türklər İsrailin təbii qaz mövzusunda Yunanıstan və Kiprlə artan əməkdaşlığı və önümüzdəki ay İsrail baş naziri Benyamin Netanyahunun Yunan Kiprinin baş naziri ilə Qüdsdə görüşünü yaxından və narahatlıqla izləyir. Türklər yaxın zamanda hərəkətə keçməsələr İsrail təbii qazını itirəcəklərini bilirlər".
"Yediot Ahronot” Netanyahunun əlaqələri normallaşdırmaq üçün Ankaraya xüsusi nümayəndə göndərdiyi barədə xəbərləri də təkzib edir. Qəzet Ankaraya gedərək Türkiyə rəsmilərilə gizli danışıqlar apardığı deyilən XİN rəsmisi Dore Qoldun həmin gün Qüdsdə alver edərkən görüldüyünü yazır.