R.Rzayev bildirib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov tərəfindən qurumun rəhbərliyinə 2 sənəd təqdim olunub: "Bu sənədlər əsasında məruzəçilər təyin olunub. Sənədlərdən biri Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, digəri isə Sərsəng su anbarı ilə bağlıdır. Məruzəçilərin yazdığı sənəd artıq hazırdır. Sənədlər noyabr ayında böyük səs çoxluğu ilə müvafiq komitələrdən keçib. Bir məruzəçi İngiltərədən, digəri isə Bosniya və Hersoqavinadandır”.
R.Rzayev əlavə edib ki, hər iki məruzədə birmənalı olaraq Ermənistanın işğalçı olduğu vurğulanır və təxirə salınmadan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunur.