Bazar ertəsi günü, 23 noyabr 2026
     

Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması

Image


Ermənilərin Qarabağın ilk çağlarından etibarən bir erməni torpağı olduğu iddiaları heç bir əsasa dayanmır. Bugünkü Qarabağın olduğu bölgə çox keçmiş zamanlardan bəri türk yurdudur. Erməni əhalisi heç bir zaman Qarabağ bölgəsində, eləcə də türklərin yaşadığı digər bölgələrdə çoxluqda olmayıb. Bunlar yaşadıqları bölgələrdə hər zaman dağınıq vəziyyətdə və azlıqda olublar.
Türkmənçay müqaviləsi imzalandıqdan sonra 1828-1829-cu illərdə ruslar İranda yaşayan və özlərini yazıq göstərən erməniləri, Edirnə müqaviləsindən sonra isə Anadoluda yaşayan erməniləri Qafqaza dəvət edərək, onları türklərə qarşı istifadə etmək məqsədilə Tiflisdə, İrəvan xanlığında və Qarabağda yerləşdirməyə başlayıblar. Beləcə, Rusiya ermənilərlə türklər arasında milli münaqişənin başlanmasına zəmin yaradıb. Bax, o günlərdən bu yana İrəvan xanlığında, Göyçə mahalında, Qarabağda yaşayan azəri türklərinin qara günləri başlayıb. Doğrudur, atalarımız hər zaman ermənilərdən iyrənmiş, onların keçdikləri yerləri su ilə yuyar, yağış yağdığı zaman ermənilərin üzərindən axan yağış suyu yerləri murdarlamasın deyə onları küçəyə çıxmağa qoymazlarmış. (Bunu mənə bir zaman oralarda yaşayan dostum B.Abdullayev öz atalarından eşitdiyini söyləmişdi.)
XX əsrin əvvəllərində bugünkü Ermənistanda, Bakıda və Qarabağ bölgəsində yaşayan azərbaycanlıların mənəvi və fiziki soyqırım dövrü olub. Bakıda başlayan qırğınlar Şuşa, Zəngəzur, İrəvan və Naxçıvana qədər yayılıb, köməksiz və silahsız olan azəri türkləri azğınlıqla qətlə yetirilib. Qocalara, qadınlara, uşaqlara belə aman verilməyib. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə-yeksan edilib, insanlar diri-diri yandırılıblar. Bu qırğınları görən M.Nəvvab belə yazırdı: "Azərbaycanlılarla bir oturub-duran ermənilər birdən-birə onların toplandıqları yerlərə, hətta namaz vaxtı məscidlərə hücum edərək kütləvi qırğınlar törətdilər..."
Olduqları yerlərdə kimsəni özlərindən üstün görmək istəməyən bu millət hər zaman qarışıqlıq çıxarmağa çalışıb və heç vaxt bu gün olduğu kimi, "Böyük Ermənistan" xülyasını yaddan çıxarmayıb. Yüzillər əvvəl türkə, farsa, gürcüyə, rusa və təbiətə qarşı tərətdikləri vəhşilikləri bu gün dünya ictimaiyyətinin gözü qarşısında Xocalıda azəri türklərinə qarşı törətdilər. Bütün dünya ictimaiyyəti də buna seyrçi qaldı və qalmaqda davam edir. Erməni diasporu və lobbisinin, eləcə də rusların əvvəldən bəri bu hadisələrdə böyük "əməyi" vardır. 1918-ci ildə Qarabağ bölgəsindəki ermənilər daha böyük üsyan çıxarıb, türklərə qarşı vəhşicəsinə davranıblar. Ancaq türk ordusunun Bakını alması və Qarabağ hərəkatına başlaması nəticəsində qətliam dayandırılıb.
Mondros müqaviləsindən sonra türk ordusu bu bölgəni tərk edərkən ingilislər bölgəyə girib. Əvvəlcə bu bölgədə yaşayan xaçpərəst erməni və gürcülərə əsaslanan bir siyasət izləyən ingilislər, həqiqətləri gördükdən sonra, 1920-ci ildə Qarabağın Azərbaycana bağlı qalmasını qəbul və elan ediblər. Çox keçmədən Azərbaycanı öz idarəsi altına alan Sovet İttifaqı da 1923-cü ildə Qarabağın Azərbaycana aid olduğunu qəbul və elan edib. Bütün bunlara baxmayaraq, Qarabağın dağlıq bölgəsində yaşayan ermənilər buraları Dağlıq Qarabağ adlandıraraq Qarabağı Ermənistana birləşdirmək üçün qeyri-insani hərəkətlərə yol verərək qətliam, sürgün, soyğunçuluq kimi vəhşilikləri heç çəkinmədən törədiblər. Onlar imzaladıqları müqavilələrə belə sadiq qalmayıb, Qarabağı Ermənistana bağlamaq fəaliyyətlərinə gizli və ya açıq-aşkar davam ediblər.
Bilindiyi kimi, 1921-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Respublikaları Transqafqaz Sovet Federal respublikaları olaraq bir araya gəlib. Bu federasiyanın yaranmasından sonra ermənilər Qarabağda qarışıqlıq törədərək, 1923-cü il fevral ayının 15-də Transqafqaz bölgə komitəsinə bir raport verib, Qarabağın Azərbaycana deyil, Transqafqaz federasiyasına bağlanmasını tələb ediblər.
Moskvanın təzyiqi ilə Azərbaycanda verilən bir qərarla "Dağlıq Qarabağ İşləri Komitəsi" quruldu. Bu komitənin fəaliyyətləri nəticəsində isə 1923-cü il iyul ayının 1-də Bakı rəhbərliyi Dağlıq Qarabağa xüsusi bir status verməyi uyğun gördü və 1923-cü il iyul ayının 7-də bu fikri qərara bağladı. Beləcə, Dağlıq Qarabağ Muxtar Vilayəti quruldu. Azərbaycan Kommunist Partiyasının I katibi S.Kirov 1924-cü ildə keçirilən qurultayda Dağlıq Qarabağ bölgəsində yaradılan muxtariyyətin əhəmiyyətini bildirərək, "Nəhayət bu məsələni həll etdik. Çox yaxşı bir iş gördük" - deyib. Halbuki, "Qarabağ məsələsi" ermənilərin yaratdığı süni bir məsələ idi. Bu məsələ ermənilərin arzusu ilə Dağlıq Qarabağ bölgəsinə muxtariyyət verilməklə erməni cəmiyyətinin lehinə həll edilib.
Muxtariyyət elan edildikdən sonra Aşağı və Dağlıq Qarabağın təmsilçiləri bir komissiya təşkil etdilər və sərhədləri müəyyən etməyə başladılar. Bu işlərə Moskva və İrəvan qatılmırdı. İclaslara Qarayev sədrlik edirdi. Uydurulmuş bu məsələ ilə əlaqəli keçirilən iclaslarda ermənilərin qərbdən Laçın və Kəlbəcərdən açılacaq bir koridorla Dağlıq Qarabağı Ermənistana verilən Zəngəzurla birləşdirmək səyləri baş tutmadı. Bundan əlavə, şimalda Şamxor, Xanlar və Daşkəsən bölgələri Dağlıq Qarabağ sərhədlərinin xaricində qaldı.
1923-cü il avqust ayının 1-də Dağlıq Qarabağın mərkəzi olan Şuşa Xankəndi ilə dəyişdirildi. Ermənilər bolşevik Stepan Şaumyanın adını əbədiləşdirmək məqsədilə bu şəhərə Stepanakert adını verdilər. Ermənilərin təkidi nəticəsində keçirilən referendumda çoxluq Azərbaycan tərəfində oldu və Dağlıq Qarabağ Azərbaycanın tərkibində qaldı. Beləliklə, 1924-cü ilin noyabr ayında Dağlıq Qarabağın Azərbaycan Sovet Sosialist Respublikasının bir parçası olduğu rəsmən elan edildi.
Bütün bunlara baxmayaraq, ermənilər boş durmadılar və 1926-cı ildə azərbaycanlı rəhbərlərə qarşı nümayişlərə başladılar. Onların məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Onlar Parisdə nəşr olunan bir erməni qəzetində Dağlıq Qarabağda yaşayan türklərin və bolşeviklərin ermənilərə zülm etdiyini və bu bölgədəki ermənilərin çox pis şərtlər altında yaşadıqlarını bildirən uydurma yazılar yazdılar. Məqsəd uydurulan Dağlıq Qarabağ məsələsini dünya ictimaiyyətinin gündəmində saxlamaq, türkləri bir barbar millət olaraq dünya ictimaiyyətinə təqdim etmək idi. Ermənilər türkləri ləkələmək məqsədilə belə uydurma fəaliyyətlərini 1936-cı ildə yeni Sovet konstitusiyasının əsaslarına görə Transqafqaz Sovet Federasiyası dağılana qədər davam etdirdilər.
Bu konstitusiyaya görə, sərhədləri dəyişmədən Qafqazda üç Sovet Sosialist Respublikası yarandı. Beləliklə, Dağlıq Qarabağın bir muxtariyyət olaraq Azərbaycan Sovet Sosialist Respublikasına bağlılığı bir daha təsdiq olundu və bu bağlılıq daha da qüvvətləndi. Ermənistan Kommunist Partiyasının rəhbəri A.Xancıyan Dağlıq Qarabağı bir problem olaraq ortaya atmaq istədisə də, İ.Stalin bu məsələdən yan keçdi.
1945-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Arutunyan Sovet Sosialist Kommunist Partiyası Mərkəzi Komitəsinə yazılı müraciət edərək, Dağlıq Qarabağın Ermənistana bağlanmasını tələb edib. Arutunyan öz yazısında, "Dağlıq Qarabağın Ermənistana bağlanmasını burada yaşayan əhalinin tələb etdiyini və belə olduqda Dağlıq Qarabağın sürətlə inkişaf edəcəyini" vurğulayıb. Ancaq Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet hökuməti Arutunyanın bu tələbini rədd edib. Buna baxmayaraq, şovinist düşüncəli bu adam bu tələbini 1949-cu ildə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası zamanında da təkrarlayıb, fəqət onun tələbi yenə də rədd edilib.
1948-1953-cü illərdə ermənilər tərəfindən həyata keçirilən deportasiya siyasətinə türklərin, eləcə də Sovet İttifaqının gözucu baxmaları Ermənistanın daxili narahatlıq yarada biləcək hər hansı bir problemə qarşı özünü təhlükəsiz hiss etməsinə səbəb olub. Beləliklə, ermənilər 1960-cı ildən etibarən yeni uydurma düşüncələrlə geniş ölçüdə Dağlıq Qarabağ problemini ortaya ataraq torpaq tələb etməyə davam etdilər. Beləcə, sistemli bir şəkildə erməni mediasında türkə qarşı yazılar və xəbərlər yer almağa başladı. Artıq erməni mediasında türklər haqqında açıqdan-açığa təhqiredici ifadələr və düşməncə uydurulan günahlandırmalar yer alırdı.
Ermənilər heç bir əsası olmayan tələblərini gündəmə gətirir, Dağlıq Qarabağla əlaqəli Ermənistana qarşı törədilən "haqsızlığın" aradan qaldırılmasını, yəni Dağlıq Qarabağın Ermənistana bağlanmasını tələb edirdilər.
1961-ci ildə Ermənistan Respublikası xaricdə yaşayan ermənilərin Ermənistana köçmələrini qəbul edən qanun maddəsini təsdiq edib. Bu məsələ ilə əlaqəli 1961-ci ilin oktyabr ayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən keçirilən fövqəladə iclasda xaricdən yeni gələcək erməniləri qarşılamaq üçün 1948-1953-cü illərdəki təcrübələrindən faydalanaraq, dövlətin büdcəsindən pul ayrıldı. Sovet İttifaqının xaricdəki səfirlik və konsulluqlarında bu mövzuda kampaniya başladıldı. Nəticədə, 1962-1965-ci illərdə ABŞ, Misir, İran, Kipr, Türkiyə, Uruqvay və Argentinadakı ermənilərdən əmələ gələn 7.000 erməni Ermənistana yerləşdirildi. Ümumiyyətlə isə, 1962-1973-cü illərdə 26.000 erməni yaşadığı ölkələri tərk edərək Ermənistana köçüb.
Ermənilər 1963-cü il may ayının 19-da Dağlıq Qarabağ bölgəsində yaşayan 2.500 erməninin imzaladığı bir ərizəni Sov. İKP MK I katibi Xruşşova göndərdilər. Onlar bu ərizədə "Azərbaycanın erməni cəmiyyətini məhv etmək və onu köçə zorlamaq şovinist siyasətini..." tənqid edir, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini istəyirdilər. Bu ərizə incələndiyi zaman ermənilərin 1988-ci ildən sonra irəli sürəcəkləri iddialarını ta o zamandan hazırladıqları ortaya çıxır. Bu ərizədən sonra ermənilər rus rəhbərlərindən gördükləri müsbət münasibətlər nəticəsində fəaliyyətlərini artırıblar. Ən böyük iğtişaş "erməni soyqırımının 50-ci ildönümü" ilə əlaqəli keçirilən nümayişlərdə baş verib. Artıq ermənilər həm Azərbaycandan, həm də Türkiyədən torpaq tələb edirdilər. Nümayişçilər daşıdıqları "Qəhr olsun Türkiyə," "Türklərə ölüm," "Türksüz Ermənistan," "Böyük Ermənistan üçün türklərə qarşı savaş" kimi plakatlarla İrəvanın küçələrində dəhşət saçırdılar. İrəvanda azəri türklərinə aid ev və iş yerləri qarət edildi. Onlarla azərbaycanlı yaralandı. Eyni tarixlərdə Ermənistanın mediası "Qərbi Ermənistan (Anadolu) Ermənistanın olacaqdır," "Dağlıq Qarabağ bizimdir," "Naxçıvan Ermənistan torpağıdır" və buna oxşar bir sıra yazılar dərc etməyə başladı. O zamanlar Sov.İKP-nin Baş prokurorunun müavini V.İlyuxin bu hadisələrlə əlaqəli bu açıqlamanı verib: "Biz Dağlıq Qarabağ komitəsinin işlərini yaxından izləyirik. Bu komitənin işləri hər kəsin zənn etdiyi kimi deyil. Dağlıq Qarabağ hərəkatı 1940-1950-ci illərdən qalma bir hərəkatdır..." Antitürk siyasətinə önəm verən Rusiya ermənilərlə yumşaq davranıb, onlara "soyqırım" xatirəsinə bir abidə tikmələrinə icazə verib.
1965-ci ilin iyun ayında ermənilər Sov.İKP MK-ya ikinci ərizə ilə müraciət etdilər. Bu dəfə ərizəni Dağlıq Qarabağda tanınan 13 erməni imzalamışdı. Tələb yenə də eyni idi: Dağlıq Qarabağı Ermənistana birləşdirmək. Ərizəyə imza atanlardan biri də Arkadiy Manuçarov adlı gənc bir millət vəkili idi. İfrat dərəcədə millətçi ruhlu bu gənc qeyri-adi bəyanatları və təhrikedici çıxışlarına görə Ermənistana sürgün edilmişdi.
1966-cı ildə bu dəfə İrəvan hökuməti Dağlıq Qarabağın Ermənistanla birləşməsi üçün Sov.İKP MK-ya müraciət edib. Lakin bu müraciət də bir nəticə verməyib. Çünki ermənilər Dağlıq Qarabağdakı azərbaycanlı əhalidən heç bəhs etmir və o bölgənin Azərbaycanla olan tarixi, coğrafi və iqtisadi bağlılıqlarını görməzliyə vururdular. 1967-ci ildə Ermənistana müraciət edən Dağlıq Qarabağ erməniləri təhrikedici yalanlarla erməni şovinistlərini köməyə çağırırdılar. Onlar: "Şərəfimiz kirləndi, haqlarımız qəsb edildi..." - deyirdilər.
Ermənilər uydurma düşüncələrlə Qarabağ və Azərbaycanın önəmli bir hissəsinin qədimdən erməni yurdu olduğunu isbat etmək üçün böyük səy göstərirdilər. Onlar uydurulan tarixi sənədləri yanlış dəyərləndirməkdən və tərəfli yozmaqdan çəkinmirdilər. 1968-ci ildə "İrəvanın 2750 illiyini qeyd etmək" münasibətilə təşkil edilən iclaslarda erməni tarixçiləri İrəvanın keçmiş ermənicə adının "Erebuni" olduğunu və bu adın bir şüşənin içində "krabarca" yazıldığını iddia etdilər və bir mətn ortaya çıxartdılar. Ancaq daha sonra bu "tarixi" mətnin sonradan yazıldığı və şüşənin II Yekaterina dövründə Rusiyada istehsal olunduğu ortaya çıxdıqda erməni şovinistlərin ünvanına çox sərt fikirlər söyləndi.
1968-ci ildə Xankəndində azərbaycanlılar və ermənilər arasında münaqişələr baş verib. Bu qarşıdurmalar nəticəsində erməni yazıçılar millətçi istəklərlə Azərbaycan torpaqlarını mənimsəyən və Qarabağı əldə etmək istəyən şovinist erməniləri təhrikedici yazılar yazır, "əsərlər" nəşr etdirirdilər. Buna görə də bir çox erməni yazıçı, şair, jurnalist, tarixçi uydurma yalanları ilə "mühakimə" edilirdi. Bu erməni mədəniyyətinin öndə gedənləri türklərə aid tarixi əsərləri mənimsəyir, hər bir tarixi əsəri ermənilərin adına çıxır, ermənilərə milli ruh verməyə çalışırdılar. Bu millətçilik o qədər irəli götürülüb ki, II Dünya müharibəsində ölənlərin xatirəsinə tikilən bir heykələ ermənilərin milli simvolu olan qartalı da yerləşdirmişdilər. Bu hadisə Sovet rəhbərləri tərəfindən görüldükdə heykəl ləğv edilib.
Ermənistan rəhbərliyi 1965-ci ildə Göyçə gölü suyunun azalmasını bəhanə edərək Arpa çayından açılacaq 48,5 km-lik kanal layihəsi üçün Moskvadan maddi dəstək alıb. Kanalın inşası zamanı türklərin yaşadığı bir çox kənd bu layihənin keçəcəyi yerə salınaraq boşaldılıb. Beləcə, azəri türkləri tarixi ata-baba yurdlarından köçürülüblər. Maraqlıdır ki, bu köçürülmə zamanı köçürülənlər yeni yaşayış yerləri ilə təmin edilməyib və heç bir maddi dəstək almayıblar. Ermənistanda erməni olmayan cəmiyyətlərə qarşı törədilən təzyiq və ermənilərin digər millətlərə mənsub insanları ölkəni tərk etməyə zorlayan hərəkətlərinə baxmayaraq, Moskva 1972-ci ildə Ermənistanı "Xalqlar dostluğu" ordeni ilə mükafatlandırıb.
Erməni tarixçisi B.İşxanyanın "Qafqaz xalqları" kitabından verdiyimiz sətirlər həqiqətləri otaya qoyur: "Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gələn qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olubdur".
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ