Suriyada müxalif qruplar və İŞİD-ə qarşı 2 ildir rejim qüvvələrinin yanında döyüşən İranın, silahlı qüvvələrini geri çəkməyə başladığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, "Bloomberg” televiziyasına açıqlama verən ABŞ rəsmilərindən biri son həftələrdə fərqli cəbhələrdə döyüşən İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı qüvvələrin çox sayda itki verməsindən sonra birliklərin İrana geri çəkilməyə başladığını bildirib.
Məlumatlara görə əvvəllər 2 min ətrafinda olan iranlı əsgərlərin sayı 700-ə düşüb.
Son aylarda İranın ən çox diqqət çəkən itkilərindən biri, general Hüseyn Həmədaninin Hələbdə öldürülməsiydi. Həmədani İrana bağlı Qüds Ordusunun komandiri general Qasim Süleymaninin yardımçısı olub.