Moskvada, Puşkin meydanında Konstitusiya Günü münasibətilə piketlər təşkil edən bir neçə adam saxlanılıb. Onların arasında «Yabloko»nun lideri Sergei Mitrokhin və partiya rəhbərliyinin üzvü Anton Antonov-Ovseenko da var.
Moskvanın rəsmi qurumları az əvvəl dekabrın 12-də müxalifətin «Dəyişikliklər marş»ı keçirməsinə razılıq verməmişdi. Təşkilatçılar meriyanın göndərdiyi məktubda rədd cavabının əsaslandırılmadığını bildirmişdilər. Fəallar sonda biradamlıq piketlər keçirməyi qərar alıblar.