Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Heydər Əliyev: siyasətdə Qələbə simvolu
Tarix: 12.12.2015 / 01:13
Bölmə: Siyasət
Bu gün orta və yuxarı yaş nəslinə mənsub olan soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərindən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinin tam əksi olan iki ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə yaşaması və hər iki dövrdə cərəyan edən hadisələrin canlı şahidi olmasıdır.
Bir çox gələcək onilliklərin tədqiqat mövzusu olacaq son 50 illik dövr bəşəriyyətin həyatına və o cümlədən xalqımızın taleyinə əhəmiyyətli şəkildə təsir etmiş güclü siyasi-iqtisadi və sosial transformasiyalar dövrü kimi tarixə çevrilməkdədir. Lakin bu tarix bizdən çox uzaqda deyil. Yaxşı xatırlayırıq ki, gələcəyi dumanlı şəkildə güclə təsəvvür edilən, ictimai-sosial dayaqları mücərrəd "sovet xalqı" hesab olunan kommunizm epoxası iki yüz milyonluq bir toplumu siyasi-hərbi güc və ideoloji təzyiq vasitəsilə hələ heç kimə agah olmayan qeyri-müəyyən bir "xoşbəxt gələcəyə" necə sürükləyirdi. Az sonra tarixin də təsdiq etdiyi kimi, ancaq lümpen proletariatın icad edə biləcəyi "qırmızı ideologiya" hətta belə bir gələcəyin qurucuları üçün "Kommunizm qurucusunun əxlaq kodeksini" də bəyan etmişdi. Lakin mövcud olduğu 70 il ərzində nə bu ideologiyanın sahibləri, nə onun bələdçiləri, nə də "xoşbəxt gələcək" qurucuları olan sovet vətəndaşları nəyi qurmaq və yaratmaq istədiklərini və buna necə nail olacaqlarını başa düşmədilər. Nəticə isə göz qabağındadır: əzilən, alçalan, milli, mənəvi dəyərlərindən, elementar insani heysiyyətlərindən məhrum edilən, insan və cəmiyyət qanunuyğunluqlarından kənarda gərəksiz bir əşya kimi həyat sürməyə məhkum edilən, mənəvi və fiziki cəhətdən məhv edilən milyonlarla insan həyatı. Baş tutmamış kommunizm epoxasının ümumi mənzərəsi məhz bundan ibarət idi.
Lakin bu ümuminin içərisində sezilərək və ya sezilmədən fərqlənən, dövrün qayda-qanunları çərçivəsindən kənarda düşünən beyinlər və sovet örtüyü altında da olsa öz fəaliyyətini insani duyğuların, daha böyük bəşəri ideyaların gerçəkləşməsinə yönəldən insanlar da vardı. Lümpenlərin lümpen düşüncələrini və dünyagörüşünü milyonların beyinlərinə sırımaqla gələcəyə daşımağa çalışan sovet bürokratiyasının hakimlik etdiyi yeknəsək düşüncə və müti həyat tərzi fonunda belə insanların amalları və düşüncələri bir çox hallarda onları cəmiyyətin ön sıralarına çıxarırdı. Həmin dövrdə ön sırada olmağın aqibəti isə yalnız iki sonluqla bitə bilərdi: ya Şöhrət zirvəsi, ya da Dar ağacı. Aşağıdan yuxarıya doğru bu sistemin bütün pillələrini əzmlə adlayıb sovet maşınının ən vacib mexanizmlərini idarə etmiş o zamankı bir çox partiya və hökumət "ulduzlarının" faciəvi sonluğu da bunun sübutu və sovet tarixinin reallıqlarıdır.
Bütün bunlar sovet rejiminin girovunda öz mövcudluğunu sürdürən Azərbaycandan da yan keçməmişdi. Düşünən beyinlər, danışan dillər, "oxuyan tar"lar, bir sözlə - hürriyyətə sövq edən açıq-gizli hər hansı əməllər dərhal "ifşa" olunur, millətin ən mütərəqqi fikir sahibləri dara çəkilir, Sibir çöllərində, NKVD və KQB zindanlarında həyatla vidalaşırdılar. Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz, Mikayıl Müşfiq, Tağı Şahbazi Simurq, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Seyid Hüseyn kimi xalqın gələcəyinə yol açmaq üçün beyinlərə işıq, düşüncələrə mübarizə ruhu gətirməyə cəhd göstərən minlərlə millət övladını da məhz bu sistem xalqımızın əlindən aldı.
İndi başqa zamandır. Müstəqilliyimizi bərpa etməklə öz taleyimizə, öz milli ideologiyamıza və öz gələcəyimizə sahib çıxmaq imkanı qazanmışıq. Bu da asan başa gəlmədi. 20 Yanvar şəhidliyindən başlamış, Qarabağ torpaqlarında tərk edilən müqəddəs yurd yerlərimizin, bu yerlərdə torpağa gömülən minlərlə insan həyatının faciəsi hesabına Azad Xalqa və Müstəqil Dövlətə çevrildik. İndi gələcək haqqında təsəvvürlərimiz də, bugünkü düşüncə və həyat tərzimiz də fərqlidir, gələcəyə çıxdığımız yolumuz da başqadır. Məzmunca da , mahiyyətcə də tamamilə fərqli bir cəmiyyətin təşəkkül və təkamül mərhələsini yaşamaqdayıq. Bu yeni bir epoxadır. Bu iki dövr arasındakı keçidin özü də az qanlar aparmadı. İki fərqli epoxanı birləşdirən zaman intervalı isə, tarixi nöqteyi nəzərdən nə qədər qısa görünsə da, kəskin ziddiyyətləri - siyasi-iqtisadi, maddi-mənəvi, sosial böhranları ilə yanaşı xalqımıza öz müstəqil dövlətçiliyini bərpa etmək şansını yaratmaq kimi əhəmiyyətli tarixi hadisələrlə də zəngindir. Belə nailiyyətlər isə ictimai-siyasi hadisələrin gedişində kortəbii surətdə əldə oluna bilməzdi. Buna aparan yolun başlanğıcında azadlıq və müstəqillik kimi müqəddəs amallara köklənmiş düşüncə sahibləri və bu tarixi dövr ərzində cərəyan edən hadisələri məhz bu məqsəd və məramların həyata keçməsinə doğru istiqamətləndirən fəaliyyət sahibləri olmalı idi və var idi. Böyük Mirzə Fətəlinin səpdiyi milli özünüdərk toxumlarından cücərib ilk milli cümhuriyyətimizin yaranmasına və sovet dövrünün "ət maşınınından" keçərək bugünkü hurriyyətimizə qədər qət olunan tarixi yol milli əqidəmizin, milli məqsəd və məramlarımızın yetişdiyi, əzildiyi, mətinləşdiyi və nəhayət, qələbə çaldığı əzəmətli bir yoldur. Bu uzun, iztirablı, lakin şərəfli yolda mücadilə aparan maarifçilərimiz, cümhuriyyətçilərimiz, dissidentlərimiz öz mübarizələrini məhz bu son qələbəyə çatdırmaq uğrunda öz canlarını, öz doğmalarını və öz həyatlarını fədakarlıqla qurban verdilər. Bu Möhtəşəm Qələbənin müəllifi olmaq səadəti isə sovet dövründə "Şöhrət apogeyi" ilə "Dar ağacı" arasında cəsarətlə millətin gələcəyi üçün çalışan, müstəqillik dövründə böyük bir fədakarlıqla "həyatının qalan hissəsini də öz xalqına həsr edən" və nəhayət, "Azərbaycanlı olması ilə fəxr etdiyini" bütün dünyaya bəyan edən Heydər Əliyevə nəsib oldu.
Keçən əsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Heydər Əliyevin dəqiq məqsədlərə istiqamətlənmiş məqsədyönlü fəaliyyəti və siyasi iradəsi ilə baş verirdi. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi dövründə ilk dəfə olaraq milli dövlətçilik təfəkkürünə malik olan yerli milli kadrlar hazırlandı və ali hakimiyyət orqanlarında yerləşdirildi. Azərbaycanlı mütəxəssislər sovet coğrafiyasının bütün koordinatlarında işləməyə, yaşamağa və tanınmağa başladılar. Azərbaycan iqtisadiyyatı on beş "zorən müttəfiq" respublikanın sırasında axırıncı yerlərdən sürətlə irəliləyərək ön sıralara yaxınlaşdı. Elmdə, incəsənətdə xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin bütün ərazisində tanındı və bu ucsuz-bucaqsız ərazini məskunlaşdıran çoxsaylı millətlər tərəfindən sevildi. Başqa çür gələcəkdə "Sovet Azərbaycanı"nın içərisindən "milli Azərbaycan Respublikasını" yetişdirmək mümkün olmazdı. Hələ kommunist ideologiyasının inadkarlıqla xalqları və millətləri boğduğu bu şəraitdə qeyri-slavyan mənşəli bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng bir ölkənin ali siyasi hakimiyyətində təmsil olunması özü nə qədər çətin idisə, onun həmin mövqedən öz ölkəsinin milli mənafeyi naminə çalışması da bir o qədər çətin və demək olar ki, qeyri-mümkün idi. Belə təzadlı bir dövrdə bütün sovet sistemindəki bu qeyri-mümkünlüyü mümkün edən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Heydər Əliyev həyatının Şöhrət Zirvəsi ilə Dar Ağacı arasında uzun müddət davam edən mücadilə səhifəsi Qələbə ilə başa çatdı. Həyatın yeni səhifəsi açıldı, yeni mübarizə başladı. Bütün addımlarında öz xalqına, onun istedadına arxalanan və həqiqəti dərindən duymaq qabiliyyətinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri və çağdaşlıq prinsipləri əsasında qurmağın tarixi missiyasını da şərəflə yerinə yetirdi. O didilib - parçalanan Azərbaycanı bütövləşdirərək regionun ən nüfuzlu dövlətinə çevirdi. Müstəqillik dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan suveren dövlətçiliyin təkamül prosesinə başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz yerini tutdu.
İki fərqli tarix, iki fərqli cəmiyyət məhz Heydər Əliyevin simasında və fəaliyyətində birləşdi, dövlətçiliyimizin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etdi. Heydər Əliyev - sözün əsl mənasında, siyasətdə qələbə simvoluna çevrildi.
Bu günlərdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən Prezident kitabxanasında düzənlənən "Heydər Əliyev. Elmimizin keşiyində" adlı 2 cildli sənədlər və materiallar toplusunun təqdimat mərasimində səslənən fikirlərin əsas leytmotivi də məhz bundan ibarət idi. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş təqdimat mərasimində giriş nitqi ilə çıxış edən A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudov öz təqdimatında Heydər Əliyevin hər iki dövrdə xalqımızın milli maraqları naminə, dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi uğrunda apardığı mücadilənin əhəmiyyətindən, Heydər Əliyev irsinin Azərbaycan xalqının gələcyi üçün müstəsna rolundan, Heydər Əliyev ideallarının əbədiyaşarlığından bəhs etdi. Sovet dövründə, kommunist sisteminin amansız təqibləri şəraitində Heydər Əliyev fəaliyyətinin görünən və görünməyən tərəfləri haqqında taixi faktlara və şəxsi xatirələrinə söykənən həqiqətləri açıqlayan akademik Yaqub Mahmudov Heydər Əliyevin timsalında bir insanın öz düşüncələri və əməlləri ilə öz həyatını bütünlüklə doğma xalqına həsr etməyin nadir nümunəsini göz önünə gətirdi. Səslənən çıxışlarda Heydər Əliyevin, zamanla ayaqlaşmayıb, bir çox hallarda zamanın özünü belə çəkib irəliyə gətirən və yaxınlaşdıran bir şəxsiyyət olduğu onun əməli fəaliyyətinin konkret məqamları ilə təsdiq olundu. Öz ölkəsini və öz xalqını hələ o dövrdə içərisində bulunduğu sovet mexanizminin labirintlərindən məharətlə keçirərək irəli çıxarmaq və on minlərlə zəka sahibinin uğrunda qurban getdiyi tarixi gələcəyə - müstəqilliyə qovuşdurmaq üçün möhkəm özül yaratmaq Heydər Əliyevin bütün fəaliyyətinin başlıca qayəsi olmuşdur. Bu missiyasında Heydər Əliyev mifik xalq qəhrəmanlarımızın bu gün inanılması mümkün görünməyən şücaətinə və məharətinə imza atmışdır.
Bu gün artıq on ildir ki, Heydər Əliyevin xarizmatik baxışlarını gündəlik qaynar hadisələrin əks olunduğu canlı reportajlardan, millətin gələcəyi üçün taleyüklü məsələlərin müzakirə olunduğu gərgin müşavirələrdən, Azərbaycanın haqlı tələblərini dönə-dönə səsləndirdiyi beynəlxalq tribunalardan deyil, hər bir azərbaycanlıya səmimi bir təbəssümlə baxan portrertlərindən izləyirik. Lakin siyasətimiz, ideologiyamız və gələcəyə ümidlərimiz onun siyasi baxışlarına, onun dəst-xəttinə və onun öz xalqıına olan sonsuz inamına əsaslanır.
Şərqdə bir çox "ilk"lərin təşəbbüskarı və müəllifi olmaqla bəşəriyyətin təkamül tarixinə öz adını yazmış Azərbaycan bu gün də əhatəsində yerləşdiyi regionun, çox qədim zamanlardan geniş Avrasiya məkanında lövbər salmış möhtəşəm türk sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir. Geo-siyasi anlamda getdikcə çəkisi artan, sivilaziyaların, müxtəlif mədəniyyətlərin dialoq və qarşılıqlı anlaşma məkanına çevrilməklə dünya miqyasında daim nüfuzu yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi inkişafına öz töhfələrini verməkdədir. Bu uğurlar Heydər Əliyevin Azərbaycanın gələcəyi haqqında təsəvvürlərinə, məqsəd və məramlarına cavab verən siyasi praqmatikanın nəticəsidir. Məhz bu yüksəlişi böyük bir uzaqgörənliklə müjdələyən Heydər Əliyev Azərbaycan dövlətinin gələcək taleyinə nikbin baxışlarını belə ifadə etmişdi: "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq." Bu günəşin istisinə sığınan Azərbaycan xalqı isə onu bir daha sönməyə qoymayacaqdır.
Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdıran və qələmə alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr etdiyi "Heydər Əliyev: Azərbaycanın yüksəlişi, enişi və yenidən yüksəlişi" adlı kitabında Heydər Əliyev fenomenini məlum tarixi-siyasi şəraitdə Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici amil kimi dəyərləndirir. Müəllifin qənaətinə görə, Heydər Əliyev və Azərbaycan eyni tarixi mənəviyyat bioqrafiyasına, eyni taleyə malikdir. Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Azərbaycanın irəliləyiş yolu isə sonsuz və daimidir, Heydər Əliyevin əziz xatirəsi kimi.
Cavanşir Feyziyev,
fəlsəfə doktoru, millət vəkili
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ