ABŞ Belçika, İtaliya, Hollandiya, Almaniya və Türkiyə ərazisinə təxminən 200 atom bombası yerləşdirib. Bu iddia ilə Rusiya müdafiə naziri Sergey Şoyq çıxış edib.
Onun sözlərinə görə ABŞ Türkiyənin də aralarında olduğu 5 ölkəyə təxminən 200 atom bombası yerləşdirib.
Soyğun bildirib ki, İŞİD Suriya torpaqlarının 70 faizini ələ keçirib və nəzarətində olan torpaqları genişləndirməyə çalışır: "Suriya və İraqda 60 min yaraqlı var. Bu yaraqlıların Orta Asiyaya yayılması kimi bir təhdidlə üz-üzəyik".