"Rusiyanın hərbi qruplaşmasına yaxud yerüstü infrastrukturumuz üçün təhlükə olan istənilən hədəflər dərhal məhv edilməlidir”, - deyə o vurğulayıb.
V. Putin Suriyada rusiyalı hərbçilərə qarşı təxribatlar planlaşdıranlara xəbərdarlıq edib. "Artıq biz tərəfdən əlavə təhlükəsizlik tədbirləri görülüb. Aviabazamız yeni təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə möhkəmləndirilib”.