Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rusiya-Türkiyə gərginliyinin Qafqaza təsiri artır
Tarix: 11.12.2015 / 01:40
Bölmə: Siyasət
Rusiya və Türkiyə arasında məlum gərginliyin miqyası hər keçən gün daha da artmaqda, proses özünün daha təhlükəli məcrasına qədəm qoymaqdadır. Əsas səbəb də odur ki, Moskva Türkiyə ətrafında cəmləşdirdiyi hərbi qüvvələrin sayını artırmaqda davam edir. Tərəflər arasında yaranan gərginliyin Qafqaz bölgəsində də mütləq şəkildə özünü göstərəcəyinə dair müxtəlif proqnozlar verilməkdədir.
Hazırda maraq doğuran əsas məqam bundan ibarətdir ki, Moskvanın hərbi müstəvidə atdığı addımlar əsgəri qarşıdurmaya nə dərəcədə səbəb ola bilər. Rusiyanın baş naziri Dmitri Medvedyv bu fonda maraqlı açıqlamalar verib: "Türkiyəyə qarşı müharibə elan etməyimiz üçün əlimizdə yetərincə səbəb var idi, ancaq biz bu addımı atmadıq. Türkiyə bizim təyyarəmizə həmlə etməklə əslində müharibə elan etməyimiz üçün şərait yaratmışdı. Onların bu addımına başqa ölkəyə hücum deyilir. Ancaq biz savaş elan etməyimizi ən pis ssenari olaraq dəyərləndirdik. Ona görə də bu addımı atmadıq". Buna rəğmən, Rusiyanın Türkiyə tərafına ordu cəmləşdirməsi gərgin durum yaradır və tərəflər arasında münaqişə ehtimalını daha da yüksəldir. Türkiyənin "Hurriyet" qəzeti yazır ki, 2014-cü ilin martında ilhaq etdiyi Ukraynanın Krım yarımadasında raket sistemlərini yerləşdirən Rusiya Ermənistana 14 helikopter göndərib. Vertolyotlar paytaxt İrəvanın yaxınlığındakı Erebuni hava bazasında yerləşdirilib. Bunlardan yeddisi müasir tipli "Mi-24P" zərbə, digərləri isə "Mi-8" MT nəqliyyat vertolyotudur. Cari ilin sonunadək daha bir partiya vertolyot Ermənistana çatdırılacaq.
Qəzet xatırladır ki, Suriyanın Tartus şəhərində dəniz bazası olan Rusiya Qara dəniz donanmasına daxil olan "Rostov na-Donu" sualtı gəmisini də Suriya sahillərinə göndərib. Sualtı gəminin arsenalında 2500 kilometr uçuş məsafəsi olan "Kalibr-PL" qanadlı raketləri var. Rusiyanın Xəzər donanmasındakı gəmiləri həmin raketlərin analoqlarından İŞİD terror qruplaşmasının mövqelərini vurmaq üçün istifadə edib. Rusiya daha əvvəl isə Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün S-300-lərin analoqu olan HHM sistemi ilə təchiz olunmuş "Moskva" kreyseri və iki sualtı gəmisini Türkiyənin 60 kilometrliyində yerləşən Latakiya sahillərinə göndərib.
Su-24 təyyarəsinin vurulmasından bir neçə gün sonra Rusiya Suriyadakı "Hmeymim" hərbi hava bazasının ətrafında ən müasir S-400 zenit-raket komplekslərini yerləşdirib. Hava bazasında 55-ə qədər döyüş təyyarəsinin olduğu təxmin edilir. Bunlar Su-30 qırıcıları, Su-24, Su-25 və Su-34 bombardmançı təyyarələridir. Bundan başqa, bazada 7 ədəd Mİ-24 və 5 ədəd Mİ-8 tipli vertolyot var. Bazada "Pantser-S1", "Buk-M2", S-200, "Peçora-2M" və S-400 hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Bundan başqa, radarları təsirsiz edən "Krasuha" elektronik sistemi də "Hmeymim"ə gətirilib. Bazada, həmçinin, 15 tank və hərbi heyət daşıyan 30-a qədər zirehli texnikanın olduğu təxmin edilir. Rusiyanın Kiprdəki səfiri Stanislav Osadçev ötən həftə adaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yunan həmkarı Yoannis Kasulidisdən hərbi baza istədiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar aparılır. Diqqət yetirdikdə bəlli olur ki, bütün bu hərbi texnika Türkiyə ətrafında cəmləşdirilir. Bu isə mümkün müharibə ehtimalını daha da artırır ki, belə vəziyyət Qafqaza da təsir göstərmək iqtidarındadır. Növbəti dəfə mövzuya toxunan Rusiyanın "Nezavisimaya qazeta" nəşri qeyd edir ki, Azərbaycan iki regional lider arasında vasitəçi olmaq istəyir, çünki münaqişənin genişlənməsi onun da maraqlarına ziddir: "Türkiyə ilə Azərbaycan qardaşdır və bu qardaşlığı əməli fəaliyyət müşayiət edir. Bununla yanaşı, Azərbaycanın Rusiya ilə də sıx siyasi və iqtisadi tərəfdaşlığı var". "Nezavisimaya qazeta" yazır ki, türk-rus gərginliyi Gürcüstanın da marağına ziddir: "Rəsmi Tiflis Ankara ilə isti münasibətlərə malikdir, eyni zamanda Moskva ilə də də əlaqələrin yoluna qoyulmasını istəyir. Belə görünür ki, Rusiya-Türkiyə münaqişəsi artıq Qafqaza çatır. Bölgə ölkələri anlayır ki, hadisələr onların iştirakı olmadan inkişaf edəcək. Halbuki, bu onların maraqlarına toxuna bilər". Ermənistan isə birmənalı şəkildə Moskvanın mövqeyini dəstəkləyir. Beləliklə, yaranmış vəziyyət Qarabağ münaqişəsinə birmənalı şəkildə təsir göstərmək iqtidarındadır. ABŞ Dövlət Departamentinin rəsmi namayəndəsi Con Kirbi isə belə durumdan ölkəsinin də narahat olduğunu bildirir: "ABŞ Türkiyə-Rusiya münasibətlərində gərginliyin azaldılmasında və Dağlıq Qarabağ münaqişəsinin genişlənməsinin qarşısını almaqda maraqlıdır". Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik və bunun Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirini o belə şərh edib: "Biz, mənbəsindən asılı olmayaraq, gərginliyin çoxalmasından narahatıq. Aydın məsələdir ki, hər iki halda gərginliyin azalmasını və "soyuq baş"la düşünmənin başlamasını istəyirik. Dediyim kimi, bizi, əlbəttə ki, bu zorakılıq narahat edir və hadisələri yaxından izləyirik. Türkiyə və Rusiya arasında münasibətlər, xüsusilə bir neçə həftə əvvəl təyyarənin vurulmasından sonra, olduqca gərgindir. Biz gərginliyin azaldılmasını istəyirik".
Nahid SALAYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ