Bazar ertəsi günü, 23 noyabr 2026
     

Qafqazın işğalı və erməni məsələsinin ortaya çıxması

Image


Azərbaycan türk xanlıqları XIX əsrin son illərinə qədər bəzən öz aralarında, bəzən də qonşu dövlətlər ilə ittifaqa girərək öz varlıqlarını davam etdiriblər. Xanlıqlar arasındakı dəngə, bölgədə Osmanlı dövləti tərəfindən təmin olunurdu. Ancaq XVIII əsrin sonlarında Osmanlı dövlətinin zəifləməsi ilə Rusiyanın Transqafqaz siyasəti güclənib, rusların bu bölgə üzərindəki nüfuzu yavaş-yavaş artmağa başlayıb.
Rusiyanın isti dənizlərə enməsini həyata keçirmək üçün Balkanlar və Türkiyənin boğazları ilə birlikdə önəmli bir strateji mövqe olaraq gördüyü Qafqazla maraqlanması I Pyotr dövrünə qədər uzanır. Rusiyanın cənuba doğru irəliləməsi isə II Yekaterina dövründə daha da sürətlənib. Xüsusilə 1784-cü ildə Gürcüstana girən Rusiya Qafqazı işğal etmək üçün o illərdə ciddi təşəbbüslərə əl atıb. Qafqazdakı rus komandanı, general Sisianov Gürcüstanı əldə saxlamaq üçün Şərqdə Xəzər dənizi, Cənubda isə Araz çayı istiqamətində irəliləyərək Azərbaycan xanlıqlarının üzərindəki təzyiqini genişləndirmək istəyib. Sisianovun məqsədi xanlıqlara Rusiyaya tabe olmağı qəbuledici müqavilələr imzalatmaq idi. Bu mövzuda könülsüz davranan xanlıqlar, Sisianov tərəfindən gücdən istifadə edilərək razı salınırdılar. Ancaq Gəncə xanlığı Cavad xanın rəhbərliyində bu istəyə qarşı çıxıb. Lakin bu narazılıq 1804-cü ildə qırılıb və Gəncə də ruslar tərəfindən işğal edilib. Bu işğal zamanı baş verən döyüşlərdə, Cavad xan başda olmaqla, gəncəlilər təxminən 7.000 şəhid verib. Prins Sisianov xanlığın adını dəyişdirərək rus çariçasi Yelizavetanın şərəfinə Gəncənin adını Yelizavetpol qoyub. Rusların Qafqazdakı bu irəliləyişi Osmanlı dövləti ilə İranı həyəcanlandırıb. Digər tərəfdən rusların Qafqazın cənubuna enmələri İngiltərə və Fransanı da təşvişə salıb. Nəticədə, İngiltərə və Fransa rusların Cənub Qafqazdan çıxarılmaları üçün Osmanlı dövlətini və İranı ruslara qarşı təhrik etməyə başlayıblar. Bu təhriklərdən sonra İran şahı Qarabağa hərbi hissə göndəribsə də, İbrahimxəlil xan bunları məğlubiyyətə uğradıb. İran ordusunu məğlub etməsilə şahın bütün diqqətini öz üzərinə çəkəcəyini hiss edən xan, siyasi bir yalqızlıq içərisində olduğunu görüb təkrar Sisianov ilə görüşlərə başlayıb. Beləcə, 14 may 1805-ci ildə İbrahimxəlil xan ilə Sisianov arasında Qarabağ xanlığının Rusiyanın hakimiyyətini qəbul etməsi yolunda bir müqavilə imzalanıb. Bir həftə sonra Şəki xanlığı da Rusiyanın himayəsini qəbul edib.
Qarabağ və Şəki xanlıqlarının Rusiyaya bağlanmalarından bir ay sonra İranın hərbi hissələri Qarabağa hücum ediblər. Bu vəziyyət İran ilə Rusiyanın arasını pozub və bu iki ölkə arasında müharibəyə səbəb olub. General Sisianov Bakı xanlığını ələ keçirmək istədiyi zaman öldürülüb. Bu hadisədən sonra Rusiyanın hərbi hissələri Bakıya doğru hərəkət edib. İran isə Qarabağa soxularaq Şuşa qalasını mühasirəyə alıb. İranın Şuşanı mühasirə altına alması nəticəsində İbrahimxəlil xan ailəsini Xankəndinə aparıb. İbrahimxəlil xanın bu hərəkəti Rusiyanın hərbi hissələrini şübhələndirib. Nəticədə, bir gecə vaxtı minbaşı Lisareviçin komandanlığındakı əsgərlər Xankəndinə gəlib və İbrahimxəlil xanı bütün ailə üzvləri ilə birlikdə qətl ediblər.
İbrahimxəlil xanın öldürülməsindən sonra onun yerinə Mehdiqulu xan keçib. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra İranı Qarabağdan qovan Rusiya buralara yerləşməyə başlayıb.
İrəvan xanlığı da asanlıqla təslim olmayıb. İrəvan xanı Hüseyn ruslara qarşı 1827-ci ilə qədər dirənib. Rusların İrəvanı mühasirə altına aldıqları zaman orada olan rus yazıçıları İrəvan qalasından çox sayda cami minarələrinin göründüyünü və qala alındıqdan sonra orada yaşayan əhalinin azəri türkü olduğunu qeyd ediblər.
Rus istilası qarşısında Azerbaycan xanları tənha qalıblar. Osmanlı dövləti o zamanlar bu bölgəyə müdaxilə edə bilməyib, İranda hökm sürən Qacar xanədanından Fətəli xan ruslara qarşı hərəkətə keçibsə də, məğlub olaraq 1813-cü ildə Rusiya ilə Gülüstan müqaviləsini imzalamaq məcburiyyətində qalıb. Bu müqavilə ilə Dağıstan, Dərbənd, Quba, Bakı, Şirvan və Qarabağ xanlıqları Rusiyaya verilib.
1826-cı ildə Fətəli xan təkrar hərəkata başlayaraq Lənkəranı azad edib, Şuşada rusları mühasirə altına alıb. Bu hadisə nəticəsində Qarabağ, Şirvan və Şəkidə də üsyanlar başlayıb. Lakin ruslar bu üsyanları basdırıblar. Rusların irəliləməsi qarşısında dayana bilməyən Fətəli xan 1828-ci il fevral ayının 10-da Rusiya ilə, bu dəfə Türkmənçay müqaviləsini imzalayıb. Çar Rusiyası bu müqavilə ilə böyük ölçüdə Gülüstan müqaviləsinin şərtlərini qoruyub, buna əlavə olaraq İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirib. Türkmənçay müqaviləsindən bir neçə ay sonra başlayan türk-rus müharibəsi qısa bir zamanda Qafqaz cəbhəsində məğlubiyyətlə nəticələnib. Rus orduları Qars, Ərdəhan və Ərzurumu ələ keçiriblər. Bu məğlubiyyətlə Osmanlı dövləti 1829-cu ildə Rusiya ilə Edirnə müqaviləsini imzalayıb. Bu müqavilə ilə Osmanlı dövləti İrandakı Qacar dövlətinin Türkmənçay müqaviləsi ilə tərk etdiyi torpaqların Rusiyada qalmasını təsdiq edib.
Türkmənçay müqaviləsi istər İran, istərsə də Rusiya torpaqlarında yaşayan xalqlara istədikləri yerlərə köçmək haqqı verib. Rusiya İrandakı erməniləri köçməyə təşviq etmək məqsədilə onları 20 il boyunca vergidən azad edib. Nəticədə, Rusiya İrandan köçürülən ermənilərin böyük bir hissəsini Qarabağa, Naxçıvana və İrəvan xanlığına yerləşdirib.
Beləliklə, Rusiya Türkmənçay müqaviləsindən sonra Osmanlı dövlətinin düşdüyü vəziyyətdən faydalanaraq buralarda ermənilərdən əmələ gələn bir tampon bölgəsi yaratmağa başlayıb, Azərbaycanı özündən asılı hala gətirməyə çalışıb. Yəni bu gün ermənilərin haqq iddia etdikləri torpaqlara onlar 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra yerləşməyə başlayıblar. Beləcə, Azərbaycan türkünün ata-baba yurdu olan İrəvan xanlığında yaranacaq uydurma Ermənistanın təməli qoyulub. Azərbaycan torpaqlarında zorla yaradılan bu erməni yerləşim bölgəsi ilə həm Azərbaycan ikiyə bölünüb, həm də Rusiya Osmanlı dövlətinə qarşı bir erməni tampon bölgəsini əmələ gətirib.
Ruslar bu bölgələrdə apardıqları islahatlarla ermənilərlə yanaşı rusları və gürcüləri də yerləşdirməyə çalışıblar. Bu islahatlar nəticəsində Bakı, İrəvan, Tiflis və Yelizavetpol (Gəncə) idarə mərkəzləri qurulub. Beləcə, Azərbaycanın böyük bir hissəsi Şərqi Transqafqaz adı verilən Bakı-Yelizavetpol bölgələrindəki türklər xaçpərəstlərin idarəsi altında qalıblar. Rusların bu islahatlarına baxmayaraq hələ 1871-ci ilin rəqəmlərinə görə Yelizavetpol idarəsinə bağlı olan Qarabağ bölgəsində 292.000 erməniyə qarşı 878.000 azəri türkü yaşayırdı. Bu da bizə Türkmənçay müqaviləsindən əvvəlki bölgə əhalisi haqqında açıq-aydın məlumat verir. Yəni rusların 40 ildən artıq yürütdükləri səylərinə baxmayaraq bu bölgədəki əhalinin sayını xaçpərəstlərin xeyrinə çevirə bilməyib, ancaq bu bölgədə yaşayanların dörddə biri qədər erməni və xristian dininə mənsub digər insanları toplaya bilib. Buna baxmayaraq bu bölgələrdə yaşayan çox sayda azəri türkü əzilməyə məhkum edilib.
Son 200 ildir Anadolu və Azərbaycan türkləri etnik təmizləmə problemi ilə qarşı-qarşıya qalıblar. Bunda Qərb ədəbiyyatında yer alan məlum Şərq siyasətinin mərkəzində Türkiyənin yer almasının önəmi az deyil. Bəlkə də bunda Qərb dünyasının min ildən artıq bir zamandır Şərqi Avropa və Balkanlar üzərindən özünü türklərə qarşı müdafiə etmək məcburiyyətində hiss etməsinin bir təsiri vardır. 1998-ci ildə Avropada almanca nəşr olunan siyasi bir jurnalın üst qapağında "Yatan türklər" başlığının yer alması Qərb dünyasında var olan bu qorxunun psixoloji bir əks-sədasını ortaya qoyur. Kod adı ilə özünü tanıdan yüksək vəzifəli bir KQB əməkdaşı 1990-cı illərdə bir toplantı zamanı çıxışında eynilə bunları söyləyib: "Sovet İttifaqının Əfqanistan problemində əfqan, Qafqaz problemində erməni, Qərbi İran problemində kürd kimliyini dəstəkləyir kimi göründüyü doğrudur. Bu, rusların bu cəmiyyətlərə yaxınlıq hiss etdiyi və ya onları sevdikləri mənasına gəlmir. Bu, ruslar daha böyük təhlükənin izindədir mənasına da gəlmir. Əgər davam etdirdiyimiz təhlükə bir gün erməni və ya kürd kimliyi üçün də ortaya çıxarsa, o zaman onlara qarşı hiss etdiyimiz sevgi daha yaxşı anlaşılar. Amerikalılar da belədirlər, ingilislər də. Hətta ermənilər də. Onlar da bizim "sevgimizin" şüurundadırlar. Amma onların başqa mənfəət yolları yoxdur. Ermənilər yüzillər boyu Avropa dövlətlərinin qapısını döydülər, ancaq onlara istədiklərini hey biz verdik. Yaxşı, bəs ermənilər bizə istədiklərimizi verdilərmi? Bu da bir həqiqətddir ki, biz onların sayəsində Qafqazda türklərin hakimiyyətinə son verdik..."
Bu açıqlama ilə böyük dövlətlərin beynəlxalq hüquq qaydalarına və cəmiyyətlərin demokratik inkişafına necə tərəfdar olduqları aydın olur.
Hüquqi mənada BMT-nin aldığı qərarlarla bu gün Ermənistanın işğalçı bir dövlət olduğunu qəbul edib bu şovinist milləti beynəlxalq hüquqda yer alan bəzi sanksiyalarla cəzalandırmaq lazımdır. Ancaq "qanunpərəst" xristianlar bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını vəhşicəsinə törədən erməniləri deyil, sözdə "erməni soyqırımı"nı "törədən" türkləri cəzalandırmaq məqsədilə milli məclislərində qərarlar qəbul edirlər. Halbuki "erməni soyqırımı"nın varlığı bugünə qədər isbat edilməyib. Doğrusu, türklərin 1,5 milyon ermənini "soyqırıma" uğratmaları üçün ermənilərin Anadoluda bu saya çatmaları lazım idi. Ancaq, bizim apardığımız ciddi araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlara görə Anadolu erməniləri nüfus baxımından heç bir zaman bu saya çatmayıblar. Bundan əlavə, Birləşmiş Erməni Heyətinin Lozanna konfransındakı müttəfiq dövlətlərin təmsilçilərinə verdiyi rəsmi sənəddə "köçə zorlama"dan sonra Türkiyədə qalan ermənilərin sayı 280 min, 700 min erməninin isə başqa ölkələrə köçdüyü bildirilib. "Erməni soyqırımı"na gəldikdə isə, bir çox rus və erməni arxiv sənədləri və araşdırmaları bunun tamamilə əksini ortaya qoyur. Erməni tədqiqatçılarından Z.Korkodyan "Sovet Ermənistanının əhalisi" adlı kitabında sırf daşnakların yanlış siyasətləri nəticəsində təxminən 700 min erməninin öldüyünü bildirir.
Heç şübhəsiz, ciddi mənada erməni tarixini tədqiq edən hər hansı bir elm adamı, bu tarixin uydurmalarla dolu olduğunu görəcək. Ermənilər heç bir zaman müstəqil bir dövlətə sahib olmayıblar. "Böyük Ermənistan" xülyası tarix boyu böyüyən və kiçilən siyasi hadisələrə bağlı olub.
Tarixdə erməni kimliyinə dayanan ilk siyasi dövlət ilk dəfə 1918-1920-ci illər arasında ortaya çıxan Ermənistan Respublikası olub. Ermənilər tarix boyunca Balkanlarda, oralardan qovulduqdan sonra Anadoluda dağılmış bir vəziyyətdə bir camaat cəmiyyəti halında yaşayıblar. Doğrudur, bunlar Anadoluda krallıqlar qurublar, fəqət heç bir zaman müstəqillik əldə edə bilməyiblər, yəni hər zaman ayrı-ayrı dövlətlər tərəfindən vergiyə bağlanıblar. Bu camaat cəmiyyətini siyasi mənada təşkilatlandıran qüvvə ruslar, ingilslər və fransızlar olublar. Oradan-buradan qovulan ermənilər azəri türkünün ata-baba yurdunda Rusiyanın köməyi və Osmanlı dövlətinin göz yumması ilə qurduqları Ermənistan rusların Qafqazdakı antenası vəziyyətindədir. Bu düşüncəmizi təsdiq edən Ermənistan Xarici İşlər Nazirinin bir açıqlamasına diqqət edək: Gürcüstandakı devrimlə iş başına gələn Saakaşvili rəhbərliyini dəstəkləyərək Qafqazda üç dövlətin birliyinə dayanan siyasi və iqtisadi bir quruluşun əmələ gəlməsindən yana olduğunu və bu şəkli ilə Cənubi Qafqaz ölkələrinin NATO-da yer almalarına tərəfdar olduğunu açıqlayan, Amerikanın təklifinə qarşı çıxan Ermənistan Xarici İşlər Naziri öz ölkəsi adından, "Rusiyasız Ermənistanın varlığı düşünülə bilməz" - demişdir.
Avropa dövlətləri "erməni soyqırımı"nı qanun maddəsi kimi qəbul etməklə Ermənistanı Rusiyanın nəzarəti altından çıxarmaq istəsələr də Ermənistanın Rusiyadan uzaqlaşmağı düşünmədiyi belə ortadadır. Bu da bir həqiqətdir ki, rusların təsiri və yardımı ilə ermənilərin istər Azərbaycanda, istərsə də Anadoluda törətdikəri vəhşilikləri və bugünkü Ermənistanın qeyri-qanuni qurulduğunu açıqlayan on minlərlə rəsmi sənədlər və qeydlər mövcuddur. Yəni, Azərbaycan ilə Ermənistan arasındakı problemin ruslar tərəfindən yaradıldığı tarixi rəsmi sənədlərlə isbat olunur.
Bu gün ətrafındakı bölgələrlə birlikdə ermənilər tərəfindən törədilən Qarabağ problemi hələ də BMT-nin gündəliyində həllini gözləyən problemlərdən biridir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi böyük dövlətlərin sayəsində Qarabağ bölgəsinə aid bir münaqişə kimi dünya ictimaiyyətinə əks etdirildi. ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının bu mövzuya aid aldığı 822, 853, 874, 884 saylı qərarlarında Ermənistanın təcavüzkar bir dövlət kimi tanınmaması üçün səy göstərdilər. Xüsusilə Fransa bu münaqişənin Azərbaycan ilə Ermənistan arasında deyil, Qarabağ erməniləri ilə Azərbaycan arasında olduğunu ifadə edib. Halbuki bu problem dünya ictimaiyyətinə çatdırıldığı kimi Qarabağ problemi deyil, azəri türkünün ata-baba yurdunda qeyri-qanuni qurulan qondarma Ermənistanın rusların köməyilə Azərbaycan torpaqlarını ələ keçirmək məqsədini daşıyıb. Nəticədə, Azərbaycan torpağının 20 faizi Ermənistan tərəfindən işğal edilib, 18 mindən artıq azəri türkü ermənilər tərəfindən öldürülüb, təxminən 20 min nəfər yaralanıb, 4674 nəfər əsarət altına alınıb, bir milyona yaxın azəri türkü ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. Bu insanların 23 ildən artıqdır ki, məruz qaldıqları mənəvi və iqtisadi zərərlərini rəqəmlərlə ifadə etmək mümkündürmü? Yüzillərdir yaşadığınız Vətən torpağından zorla qovulmanın, ananın gözü qarşısında övladının diri-diri kəsilməsinin, kəlmələrlə ifadə edilməsi mümkün olmayan vəhşiliklərə məruz qalmanın qiymətini rəqəmlərlə müəyyən etmək mümkündürmü?
Bütün bunlara baxmayaraq, azəri türkləri dünyaya, onun ədalətinə inanaraq hər keçən gün bir az daha çox acı çəkərək gözlədilər. 23 ildir ağır şərtlər altında yük vaqonlarında, çadır düşərgələrində anadan olduqları torpaqlara dönəcəkləri günü gözlədilər. ATƏT-in Minsk Qrupunun, BMT-nin Təhlükəsizlik Şurasının ədalətin təcəlli etməsi üçün alacaqları qərarları gözlədilər. Problemin diplomatik sülh yolu ilə həll olunacağı günü gözlədilər.
Azəri türkləri torpaqlarının Ermənistan tərəfindən işğalına son verilməsi üçün bəzi təşkilatların fəaliyyətlərindən əmin olmadıqlarına görə, artıq bu təşkilatlardan bir şey gözləmirlər. Onlar 23 ildir hər kəsin gözü qarşısında insanlıq faciəsinə laqeyd qalan beynəlxalq təşkilatların ədalətsizliyinə qarşı Azərbaycan əsgərinin müdafiə haqqından istifadə edərək Vətən torpaqlarını azad etməsini gözləyirlər.
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ