Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycan qazının Türkiyə üçün əhəmiyyətinin artmasına bir təkanı da İran verdi

Image


Qardaş Türkiyənin enerji təminatında bu gün əsas rol oynayan tərəflərdən biri kimi Azərbaycan çıxış edir. Belə görünür ki, ölkəmizin bu sahədə oynadığı rol daha da arta bilər. Çünki hadisələrin gedişi məhz Azərbaycanın Türkiyənin etibarlı enerji təminatçısı qismində qaldığını göstərir. Məlumdur ki, Rusiya və Türkiyə arasında təyyarə qalmaqalı ilə bağlı ciddi insident yaranıb.
Belə vəziyyətdə İran da Türkiyəyə satdığı təbii qazı yarıbayarı azaldıb. Tehran hökuməti bu qərarı ölkəsində qışın sərt keçməsi ilə əlaqələndirib. Türkiyəli jurnalist Olcay Aydilekin verdiyi xəbərə görə, İran hökuməti bu cür qərarı Rusiyanın istəyi ilə qəbul edib. Onun hazırladığı reportajda deyilir ki, İran hökumətinin Türkiyəyə satdığı 30 milyon kubmetr təbii qaz 15 milyon kubmetrə endirilib: "İran tərəfi iddia edir ki, bu il qış sərt keçəcəyi üçün Türkiyəyə satdığı qaz azaldılmasa, ölkəsinin təbii qaz ehtiyatlarını ödəməyəcək. Ona görə də İran hökuməti belə bir qərara imza atıb. Ancaq heç kəsə sirr deyil ki, İran bu qərarı Rusiyanın istəyi ilə verib. Rusiya indi də müttəfiqi olan İran vasitəsilə Türkiyəyə bu cür təzyiq etməyə başlayıb". Beləliklə, Türkiyə enerji təminatı baxımından təhlükəli vəziyyətə düşür. Bu isə Türkiyənin daha etibarlı enerji mənbələri axtarışını sürətləndirir. Qeyd olunan istiqamətdə Türkiyə üçün mühüm dövlətlərdən biri isə Azərbaycandır.
Artıq bəllidir ki, Türkiyə Azərbaycandan daha çox miqdarda qaz almaq istəyir. Türkiyənin baş naziri Əhməd Davutoğlu da qeyd edir ki, Türkiyənin enerji sahəsində bir ölkədən asılılığının qarşısı almaq üçün ciddi addımlar atılır. Onun sözlərinə görə, bununla ilgili olaraq TANAP layihəsinin mümkün olduğu qədər tez həyata keçirilməsi diqqət mərkəzindədir: "Bu layihə çərçivəsində daşınacaq 16 milyard kubmetr qazdan 6 milyardı Türkiyənin payına düşəcək. Ancaq ehtiyac olduğu hallarda bu faiz nisbəti dəyişə bilər. TANAP layihəsi qarşılıqlı əlaqələr əsasında əmələ gəlib. Azərbaycanla artıq TANAP-ın hədəflənən müddətdən daha tez istismara verilməsi üçün razılığa gəldik. Bunun üçün gecə-gündüz çalışacağıq. Bu layihə qarşılıqlı güvənlə həyata keçirilir. TANAP layihəsi Avropanın daxili tarazlığına da təsir edəcək ". Qeyd edək ki, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılsa da, artıq bu müddət daha tez olacaq. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
"Cənub" qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Transadriatik" (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviç isə bildirir ki, TANAP-ın yer aldığı "Cənub" qaz dəhlizi layihəsi qrafikə uyğun icra olunur: "Bu, hazırda inşa edilən ən iddialı layihələrdən biridir. Layihə ilə bağlı bəzi məsələlər artıq həll olunub. İnanıram ki, Xəzər qazı 2020-ci ilin əvvəlində Avropaya çatdırılacaq". Şevtsoviç qeyd edib ki, Azərbaycanın məqsədi bu dəhlizlə Türkiyə və Avropanı təbii qazla təmin etməkdir: "Layihə ilə bağlı işlər uğurla irəliləyir. Biz gələn ilin əvvəlində "Cənub" qaz dəhlizi Məşvərət Şurasının 2-ci iclasını keçirməyi planlaşdırırıq. Bu ilin fevralında Məşvərət Şurasının ilk iclası keçirilmişdi və layihənin iştirakçısı olan ölkələr üçün böyük imkanlar yaratmışdı". Azərbaycanın energetika naziri Natiq Əliyev isə bildirir ki, "Cənub" qaz dəhlizi üzrə Azərbaycanda reallaşdırılan layihələr qrafikdən irəlidə gedir: "Cənub" qaz dəhlizinin icrası ilə bağlı Azərbaycandakı layihələrdə heç bir problem yoxdur. Həmçinin, Gürcüstandakı işlər qrafik üzrə həyata keçirilir. TANAP layihəsi üzrə işlər də uğurla davam etdirilir və bu layihə ilə bağlı hər hansı gecikmə yoxdur. 2016-cı ildən isə "TransAdriatik" boru kəməri layihəsi üzrə fiziki işlərə başlanacaq. TAP kəməri üzrə borular da artıq sifariş olunub". Beləliklə, Azərbaycan həm Türkiyə, həm də Avropanın enerji təminatında vacib rol oynamaqda davam edəcək.
Yeri gəlmişkən onu da bildirək ki, yaranmış durumda Türkiyəyə qaz satmaq istyən ölkələrin sayı artır. Hətta İsrail, dövlətlər arasında fikir ayrılığının olmasına baxmayaraq, Türkiyəyə qaz tədarük etməyə və onunla tranzit ölkə kimi əməkdaşlıq etməyə hazırdır. İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkəsinin qaz hasilatı sahəsinin imkanları böyükdür və yanacağı təkcə Türkiyəyə deyil, həm də Kiprə, Yunanıstana, o cümlədən Misir və İordaniyaya satmağa imkan verir. İsrail mümkün qaz alıcıları arasında Avropa dövlətlərini də görür. Netanyahu bildirib ki, hazırda Türkiyə ilə qaz sahəsində əməkdaşlıq müzakirə olunur. İsraildə "Tamar" və "Leviafan" yataqlarının işlənməsinə böyük ümidlər bəslənir.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ