O vurğulayıb ki, Aİ-də bərabərhüquqlu üzvlük Türkiyə üçün prioritet olaraq qalır.
Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə danışıqlar 2005-ci ildə bərpa edilib.
Davudoğlu deyib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün regiona fayda verir. O qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və həmişə belə qalacaq: "Azərbaycan və Türkiyə hazlrda bir çox vacib enerji layihələrini reallaşdırır".
Baş nazir Bakıya səfəri zamanı göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
İran hakimiyyətinin Türkiyə ordusunun İraqda olmasını region üçün "risq" adlandırmasına münasibət bildirən Davudoğlu bildirib ki, İran sanksiyalar dövründə Türkiyənin ona verdiyi dəstəyi çox tez unutdu.
İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edildiyi dövrdə Türkiyənin İslam Respublikası ilə fəal əməkdaşlıq etdiyini xatırladan Baş nazir İran hakimiyyətinin hazırda Cümhuriyyətə qarşı ifadələrinin qəbuledilməz olduğunu vurğulayıb.