NATO-nun baş katibi Yens Stoltenberq koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı vuruşmaq üçün hərbçi göndərməyəcəyini açıqlayıb.
APA-nın xəbərinə görə, Y. Stoltenberq İsveçin "Tages-Anzeiger” qəzetinə müsahibəsində deyib ki, bu müharibədə ön cəbhədə döyüşənlər də, qurbanlar da müsəlmanlardır: "İŞİD-ə qarşı döyüşənlərin də əksəriyyəti müsəlmandır. Onlar üçün döyüşə bilmərik. Suriyaya hərbçi göndərmək yox, yerli silahlı qüvvələri gücləndirmək lazımdır. Oradakı müharibə Qərblə İslam dünyası arasında müharibə deyil. Suriyada radikalizm və terrorçuluğa qarşı mübarizə aparılır. NATO-nun və koalisiya qüvvələrinin gündəmində Suriyaya hərbçi göndərmək məsələsi yoxdur”.