Türkiyə iqtisadiyyat naziri Mustafa Elitaş Rusiya ilə münaqişənin ardından Azərbaycanın Türkiyəyəyə neft və qaz nəqliyyatında 40 faiz endirim etdiyini bildirib, Türkiyə xəbər saytları yazır.
Cənab Elitaş Rusiyanın Türkiyəyə məxsus yük maşınlarını ərazisinə buraxmaqdan imtina etməsindən sonra, Azərbaycanın sərhəddə gözləyən 300 yük maşının öz ərazisindən keçərək Orta Asiyaya yola düşməsinə imkan yaratdığı üçün prezident İlham Əliyevə təşəkkürünü bildirib, saytlar yazır.
"Türkiyə-Azərbaycan nəqliyyat qiymətlərində ümumilikdə 40 faiz endirim edilib. Bu, yaxın vaxtlarda tətbiq olunacaq," Türkiyənin iqtisadiyyat naziri bildirib.
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla, dünyada təbii qaz və neft ixrac edən ölkələrlə görüşlər nəticəsində növbəti illər ərzində Türkiyənin Rusiyadan enerji asılılığını azaltmağa şalışırlar.