Rusiyanın müdafiə mazirliyi Suriyada ikinci yeni hərbi bazanı istifadəyə verib. Bu bazadan "İslam Dövləti” qrupunun mövqelərinə hava zərbələri endiriləcək. Bu barədə "Kommersant” qəzeti nazirliyə istinadla xəbər verir.
Bu barədə bundan əvvəl Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi və qərbin kütləvi informasiya vasitələri də xəbər vermişdilər.
Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir. Moskva əsas hədəfin "İslam Dövləti” qrupu və digər ekstremist qruplar olduğunu, Suriya müxalifəti isə Bashar Assad rejiminə qarşı mübarizə aparn üsyançılar olduğunu deyir.
Bu arada Suriya hakimiyyəti ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini Suriya ordusunun bazasını vurmaqda ittiham edib. Suriya hökuməti 3 əsgərinin öldüyünü, 13 əsgərinsə yaralandığını bildirir. Əsəd hökuməti dekabrın 7-də BMT-yə rəsmi etiraz məktubu göndərib.
ABŞ prezidenti Barak Obamanın koalisiyadakı xüsusi nümayəndəsi Bred Meqak isə koalisiya qüvvələrinin Suriya hökumətinin göstərdiyi kimi Deyr əl Zur şəhəri yaxılığındakı düşərgədə belə bir əməliyyat keçirmədiyini bildirib.