Bazar ertəsi günü, 23 noyabr 2026
     

Xəzərdə çoxbaşlı hərbi gedişlər, hədəfdə "Transxəzər"...

Image


Sahilyanı ölkələrin hamısı Xəzərin hərbiləşdirilməsinə qarşı olduqlarını bildirsələr də, şimal qonşumuz reallıqda tamamilə əks mövqe nümayiş etdirir. Rusiya özünün ən müasir silahlarını Xəzər hövzəsində yerləşdirməkdə davam edir. Həmçinin, Kreml burada tez-tez hərbi təlimlər keçirir, Suriya ərazisinə isə müxtəlif vaxtlarda raket zərbələri endirir. Bu arada isə Rusiyanın Xəzər Donanması Həştərxanda "S-400" zenit-raket sistemini sınaqdan keçirib.
Həştərxandakı Kapustin - Yar poliqonunda keçirilən sınaq zamanı hava hücumundan müdafiə sisteminə daxil olan "S-400"-dən atılan iki raket "Kaban" adlı reaktiv hədəfi uğurla vurub. Rusiyanın Xəzər donanmasının üç raket gəmisi - "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" isə təlimlər keçirmək üçün açıq dənizə çıxıb. Təlimlərin ssenarisinə görə, gəmilər dənizin kütləvi qırğın silahının tətbiqi nəticəsində çirklənmiş sahəsini maksimal sürətlə keçməlidir. Bu zaman gəmilərin heyəti düşmənin radiasion, kimyəvi və bioloji hücumlarından müdafiə də olunmalıdır. Təlimlərin gedişində dənizçilər hərəkət halında təchizat gəmilərindən yanacaq və yüklərin götürülməsini də sınaqdan keçiriblər. Gəmilərin qarşısında Rusiyanın Xəzər dənizi rayonunda iqtisadi fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə dair digər vəzifələr də qoyulub.
Hərbi təlimlərin gedişində gəmilər Xəzər dənizində 2 min mil məsafə qət edəcək. Moskvanın son dövrlərdə Xəzərə belə diqqət ayırması isə təsadüfi sayılmır. Belə görünür ki, Qərb və Türkiyə ilə münasibətləri kəskinləşən Rusiya sözügedən istiqamətdə Xəzərdən daha böyük həcmdə enerji resurslarının axınına imkan vermək niyyətində deyil. Bunun ən asan yolu isə bölgədə hərbi gücü artırmaqla gərgin vəziyyət yaratmaqdır. Moskva bununla "Transxəzər" kəmərinin çəkilişinin də qarşısını almaq niyyətindədir. Hazırda Türkiyənin Rusiya ilə maraqları Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarlarına çıxarılmasında da toqquşur. Faktiki olaraq, bu gün Moskvanın enerji siyasətinə zidd olsa da, Avropanın enerji təchizatında Ankara-Bakı faktoru ön plana çıxıb. Xəzər dənizinin enerji resurslarının Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxarılmasın uğrunda Türkiyə-Rusiya mübarizəsi 1990-cı illərdən başlasa da, son dövrlərdə daha gərgin mərhələyə qədəm qoyub. Türkmənistan qazının "Transxəzər" layihəsi ilə Bakıya gətirilməsi və məlum kəmərlərlə Avropaya çıxarılması layihəsinin əsas müəllifinin Ankara olması və müəyyən addımlar atılması Moskvanın sərt mövqe sərgiləməsi ilə müşayiət olunur. Yeri gəlmişkən qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın 11-də Aşqabada edəcəyi səfərin əsas məqsədlərindən biri də bu layihənin həyata vəsiqə almasını təmin etməkdir. Rusiya bunun qarşısını almaq üçün əlindən gələni edir.
Moskva üçün Xəzərin əhəmiyyəti həm də onun coğrafi mövqeyi ilə bağlıdır. Xatırladaq ki, Rusiya Xəzər donanmasından Suriya əməliyyatlarında belə istifadə edir. Donanmanın gəmilərindən iki dəfə Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbələr endirilib. Amma Rusiyanın Suriyadakı İŞİD mövqelərini Xəzərdən bombalaması bölgəni gözlənilmədən İŞİD təhlükəsinə yaxınlaşdırıb. Eləcə də İranın İŞİD-ə qarşı Suriyada əməliyyatlar keçirməsi terrorçuların əks-zərbələrini aktuallaşdırır. Digər Xəzəryanı dövlətlər bütün bunlara görə İŞİD tərəfindən potensial risqlərlə üz-üzədir. Moskva isə hələlik bu məqamlara diqqət etməyərək İŞİD-ə, belə görünür ki, Xəzərdən zərbə endirilməsini davam etdirəcək.
ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan məşhur beyin mərkəzi "Stratfor" isə bu günlərdə belə bir maraqlı açıqlama ilə çıxış etmişdi ki, Xəzər dənizinin hərbiləşdirilməsi getdikcə artır və bu da dəniz üçün yaxşı heç nə vəd etmir: "Xəzəryanı ölkələrin - Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan - hər biri güclü donanmaya malikdir və dəniz sularında hərbi gücünü nümayiş etdirməyə meyllidir. Rusiya burada keçirilən bütün hərbi təlimlərdə və əməliyyatlarda faktiki olaraq iştirak edir və istifadə olunan hərbi texnikanın böyük hissəsi Moskva ilə razılaşdırılır. Lakin hazırda balans dəyişməkdədir. Belə görünür ki, Azərbaycan və Qazaxıstan Rusiyadan asılı olmayaraq, öz hərbi-dəniz qüvvələrini inkişaf etdirmək qərarına gəlib. Azərbaycan və Qazaxıstan müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla bağlı razılaşma imzalayıb. Razılaşmada 2016-cı ildə müştərək hərbi-dəniz təlimlərinin keçirilməsi vurğulanır. Həmçinin, Azərbaycan Astanada keçiriləcək "KADEKS-2016" Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət olundu". Mərkəz yazır ki, Astana ilə Bakı bu razılaşmanı Rusiyanın Xəzər dənizindən Suriyadakı hədəfləri vurmasından sonra imzalaması diqqət çəkir: "Bu, qismən Moskvaya cavabdır. Rusiya İranın icazəsi ilə Xəzərdəki donanmasına aid qanadlı raketlərlə Suriyadakı hədəfləri vurdu. Hesab etmək olar ki, Azərbaycan və Qazaxıstan ümumi dəniz maraqlarını müdafiə etmək üçün Rusiyanın təsirini aradan qaldıracaq".
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ