"Rusiya ilə Türkiyənin münasibətlərinin korlanmasına qarşıyıq”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın niyə inad etdiyini anlamadığını bildirib: "Baş verənlərə görə Rusiyaya başsağlığı vermək olardı, üzrxahlıq etmək və məsələnin araşdırılacağına söz vermək olardı. Lakin Türkiyə tərəfi bunu etmədi. İki ölkə arasında dialoqun başlanması üçün Türkiyə tərəfindən hansısa addım atılmalı idi”.