Bazar ertəsi günü, 23 noyabr 2026
     

Erməni məsələsi

Image


Cəmiyyətlərin məqsədləri nə olursa olsun, keçmiş hadisələrin, itirilən dəyərlərin intiqamını almaq üçün qan davası aparmaq zəifliyinə çağdaş dünyamızda yer yoxdur. Dünyada baş verən tarixi haqiqətlərin alt-üst edilməsilə mənafe əldə etməyə çalışan çevrələrin başlatdıqları təbliğatlar uydurma xarakterli olarlarsa, insanlıq buna ancaq və ancaq acıma hissi ilə baxmalıdır.
Bəzi ölkələrdə təşkilatlanan erməni komitələrinin milli siyasət izləyərək erməni çoxluğuna psixoloji təsir göstərmə çalışmaları, dünya ictimaiyyətini Türkiyəyə, Azərbaycana və ümumiyyətlə türklərə qarşı çıxarma səyləri, hər şeydən əvvəl, bu oxluğa zərər verəcək. Bu erməni komitələrinin tarixi qalıntılar içərisində bilinən və sınanan modelləri istifadə edərək "erməni problemi"ni dövlətlərarası səviyyəyə çıxarma səyləri də, hər zaman olduğu kimi, arxasına və ya yanına sığınılan dövlətin xeyrinə xidmət edəcək.
Türklərin sakitliyi heç kəsə cəsarət verməməlidir. Türklər dünya tarixinin hər anında insanlığa, inkişafa, mədəniyyətə göstərdikləri xidmətlərlə və bütün insan haqlarına olan sevgi və hörmətləri ilə hiss etdikləri rahatlığın təsiri içərisində yersiz davranışlardan çəkinmiş ola bilərlər, fəqət bu da heç kəsə davasının haqlılığını isbat etmə fürsəti verməz. Türklər istəmədən qarşılaşdıqları və ya qarşılaşacaqları hadisələrə, dünyanın bütün gücləri bir araya gəlsə belə, lazım olan dərsləri verə biləcək gücdədirlər.
Biz dünya ictimaiyyətini, informasiya vasitələrini, gənc nəsilləri, erməni mövzusuyla əlaqəli təşkilatları və ya şəxsiyyətləri tamamilə uydurma, həqiqətlərdən uzaq və müəyyən məqsədlər üçün hazırlanan əsərlərlə baş-başa buraxmamalıyıq. Həqiqətləri onlara anlatmağa məcburuq. Qoy onlar müzakirə və mübahisə etsinlər, həqiqətləri araşdırsınlar, sonra vicdanla qərar versinlər.
Bu gün bir çox ölkələrdə yaşayan erməni azlıqlarının da həqiqi rəsmi sənədlərə ehtiyacı var. Bəlkə də onlar həqiqətləri öyrənmək istəməyəcəklər. Fəqət bir gün onlar həqiqətlərlə baş-başa qalacaqlar. Bu zaman kəsimini uzatmanın heç bir faydası yoxdur. Biz onları da xəbərdar etməliyik. Çünki bütün dünyaya yayılan ermənilər, xüsusilə çox inkişaf edən və həlledici siyasi gücə sahib olan ölkələrdə "lobbi" yaradıb çox sayda uydurulan nəşriyyatlar təşkil edib, türk millətinə qarşı əsasən sevgi hissi duymayan və türkləri yaxından yaxşı tanımayan millətlərdə nifrət oyandırmağa çalışıblar və bu çirkin işlərinə davam edirlər. Beləcə, erməni əsilli yazıçılar, parlamentarlar, mediya işçiləri məsələnin əslini gözlərdən uzaq tutmağa, erməniləri haqlı göstərməyə çalışırlar. Onlar sözdə elmi əsərlərdən, teleproqramlardan istifadə edərək türklüyü, xüsusilə də Türkiyəni və Azərbaycanı hədəf alan, bu ölkələrin torpaqları üzərindəki "haqlarını" ortaya qoyan uydurma mövzularla təbliğ edir, ayrı-ayrı cəmiyyətləri öz təsirləri altına almağa və dünyada bir erməni davasının varlığına inandırmağa səy göstərirlər. Bu mövzuda bir şey əldə edə bilmədikləri zaman da qəddarca terror hərəkatlarına başlayırlar. Bunlar insan sevgisi və həqiqi mənada Vətən anlayışından uzaq olan adamlardır. 1973-1985-ci illərdə 200-ə yaxın terror hadisəsi törədən ermənilər çox sayda türk diplomatının həyatına son qoyub, minlərcə türk uşaqlarının, qadınlarının, qızlarının yox edilməsinə rəvac verib, yaxın tarixin ən qəddar qətliamlarını, cinayətlərini törədiblər.
Bu da bir həqiqətdir ki, bəzi dövlətlərin erməni məsələsini bir vasitə olaraq öz maraqları naminə istifadə etdiyi hallar olub və olmağa davam edir. Uydurulan bu mövzu bir çox dövlətin mənfəətləri, məqsədləri və hədəflərilə əlaqəli hala gətirilməkdə və "sülhsevər" çalışma mövzusu edilməkdədir. Bu mövzu heç də yeni deyildir. "Erməni məsələsi" tarix boyu süni olaraq yaradılıb, bir çox dövlətin Osmanlı ölkəsinin üzərindəki mənimsəmə fikirləri nəticəsində ortaya çıxarılıb, mübarizələrə və müharibələrə səbəb olub. Zamanın şərtləri aparılan siyasətlərdə görünən dəyişmələr dövlətlərin davranışlarına təsir etmiş olsa da, onların məqsədlərini aradan qaldırmayıb.
"Erməni məsələsi"nin doğru və olduğu kimi tanıdılmamış olmasını erməni terroruna bağlamaq, yaradılan duman pərdəsini bu təşkilatın bir əsəri saymaq doğru deyildir. Əksinə, bu təşkilatlar bu mövzunu canlı tutmaqla meydana gətirdikləri qarışıqlıq şəraitindən faydalanıb mənfəət əldə etmək və ancaq qeyri-müəyyən mübahisələrlə, çatışmalarla hazırlanan bir zəmin üzərində yaşama şanslarını davam etdirmək məqsədi güdürlər. Xüsusilə 1973-1985-ci illər arasında erməni terroru ən böyük mənfəət və dəstəyi əvvəl erməni məsələsini, sonra da terror hadisələrini bir milli qurtuluş davası kimi, iştirakçılarını isə milli qəhrəmanlar olaraq qəbul və elan edən yazıçılardan, bəzi siyasətçilərdən və erməni kilsə birliklərindən görüb.
Son illərdə bəzi erməni tərəfdarı yazıçıların, bəzi dövlətlərin öz davranışlarını qeyri-adi yollarla bildirmələri və erməni mövzusunu, erməni məsələsini beynəlxalq bir güc və rəqabət mübarizəsi olaraq ələ almaları diqqətçəkicidir. Əslində erməni mövzusu tarix boyunca heç bir dövlətin həqiqi məqsədi olmayıb. Fəqət erməni məsələsi hər zaman rəqabət və güc mübarizəsində bir vasitə rolu oynayıb və hər zaman dövlətlərarası əlaqələrdə və mübarizələrdə zərər çəkən tərəf yenə də ermənilər olub.
"Erməni məsələsi" mövzusunda Qərb dillərində bir çox əsərlər yayımlanıb. Fəqət bunların əksəriyyəti erməni əsilli müəlliflər tərəfindən uydurma fikirləri təbliğat məqsədilə qələmə alınıb. Bununla bərabər bitərəf görünməyə çalışan erməni və digər xarici müəlliflər də mövcuddur. Əslində arxiv sənədlərinə əsaslanan əsərlər, tariximizin bir çox zamanında olduğu kimi, günümüzdə də yenidən xortladılmaq istənən, daha doğrusu xortladılan "erməni məsələsi"nə işıq tutar.
Bu gün ermənilər tərəfindən təcavüzə məruz qalıb yaşamını itirən, ömür boyu şikəst qalan Anadolu türkləri, azərbaycanlılar unudulub, ermənilər isə müdafiə edilir, günahsız sayılırlar. Onlar dünya ictimaiyyətinin diqqətini uydurulan "erməni problemi"nə çəkərək, keçmişdə türklərin özlərilə qeyri-insani davrandıqlarını ortaya atıb işğal etdikləri bölgələrdə çoxluq əldə etmək üçün insanlarımızı qətl etdilər. Onların bütün dünyanın gözü qarşısında Xocalıda törətdikləri soyqırımın sadəcə Azərbaycan türklərinə qarşı deyil, bütün insanlığa qarşı işlənmiş bir cinayət olduğu göz qabağındadır: uşağı, qadını, qocanı, cavanı nəzərə almadan, vəhşi heyvanların belə törətmədiyi işgəncələrlə insanları öldürmüş, cəsədləri yandırmış, bütün qəsəbəni yer üzündən silmişlər. Bu erməni şovinistlərin törətdiklərinin isbatı üçün rəsmi sənədlərə ehtiyac yoxdur. Çünki bu soyqırım günümüzdə bütün dünya ictimaiyyətinin gözü qarşısında törədilib. Şuşada, Xankəndində, Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda... tarixi abidələrimizi, qəbristanlıqlarımızı yerlə-yeksan etdiklərini, bir milyondan artıq insanımızın 23 ilə yaxındır öz ata-baba yurdundan didərgin salındıqlarını unutdurmaqmı istəyirlər?
Biz günahı başqalarında deyil, özümüzdə axtarmalıyıq! Elmin, informasiyanın bu qədər inkişaf etmiş olduğu günümüzdə belə səsimizi dünyaya çatdıra bilmirik, həqiqətləri dünya ictimaiyyətinə anlada bilmirik!.. Ermənilər isə nəinki İrəvana, Göyçə mahalına, Şuşaya sahib çıxırlar, tarixi insanlarımızı belə özlərininki sayır və bu yalanları dünyaya yaya bilirlər.
Baxın, XX əsrin əvvəllərində bugünkü Ermənistanın yaradıldığı İrəvan xanlığında yaşayanların yüzdə 12-si erməni olub. Birinci Dünya müharibəsi zamanı ermənilər ikiüzlülük, xəyanət, satqınlıq, qocalara, qadınlara, qızlara, uşaqlara, dini ibadətgahlara və təbiətə qarşı törətdikləri vəhşiliklər və türk ordusuna qarşı etdikləri silahlı xəyanətlər nəticəsində "köçə zorlandılar." Mühacir vəziyyətini haqq edən bu ermənilərin əksəriyyəti Qarsda, Sürməlidə, Ərdəhanda, Naxçıvanda, Tiflisdə, Batumda, Ahıskada, Axalkələkidə, İrəvan xanlığında... yaşayan ermənilərin yanına yerləşdilər.
Yaranmış vəziyyəti, yəni Gürcüstanın bir çox bölgəsinin ermənilər tərəfindən istilasını görən, o zamanlar bolşevik inqilabının başında duranlardan biri olan İ.Stalin Gürcüstanı ermənilərdən təmizləmək qərarına gəlir. Beləcə, Sovet Rusiyası Gürcüstana, Naxçıvana, Qarsa, Sürməliyə, Ərdəhana... doluşan erməni azlıqlarını İrəvan xanlığına - azərbaycanlıların ata-baba yurdu olan torpaqlara sıxışdırıb, sahəsi bir az daha genişləndirilən bir Ermənistan Respublikasının yaradılmasına qərar verir. Nəticədə, beynəlxalq qanunları heçə sayan bolşeviklər azəri türkünün ata-baba yurdu olan İrəvan xanlığında 9.000 kv.km. ərazidə Ermənistan Respublikasının yaradıldığını elan edirlər. Fəqət İrəvan xanlığının sahəsi ermənilərə azlıq edib, Mikoyanın qurduğu planla torpaqlarımız hissə-hissə kəsilib ermənilərə verilməyə başlanıb. Ermənistanın ərazisi əvvəl 26.000 kv. km., sonra 29.000 kv. km., bu gün isə işğal altında olan Qarabağı və digər bölgələri də nəzərə alsaq bu rəqəm 46.200 kv. km. çatdırılıb. Halbuki, "Ermənistan Respublikası"nın qurulması belə qanunlara uyğun olmayıb. Çünki o zamanlar Türkiyədən, Gürcüstandan, İrandan, İraqdan və Suriyadan köçürülüb İrəvan xanlığına yerləşdirilən ermənilərın sayı yenə də azlıqda qalıb, yəni yüzdə 50-ni aşmayıb, orada yaşayanların yüzdə 42 faizini təşkil edib. Bu isə, beynəlxalq qanunlara görə, müstəqil bir dövlətin qurulmasına yol vermir. Bəs onda Lozanna müqaviləsində heç bir yeri olmayan bu dövlət necə qurulub?..
Lozanna kulislərində Avropa dövlətlərinin təmsilçilərinə Şərqi Anadoluda müstəqil bir Ermənistan dövlətinin qurulması fikrini qəbul etdirməyə çalışan, bir zaman Türkiyənin xarici işlər naziri olan və ikiüzlülüyü nəticəsində bu məsul vəzifədən qovulan Norandukyan utanmadan Türkiyənin Lozanna konfransına göndərdiyi heyətin rəhbəri İsmət paşa ilə görüşüb. İsmət paşa öz xatirələrində bu anı belə anladıb: "...Paşalyan əfəndinin sözlərini Norandukyan əfəndi kəsdi: "Biz bir erməni yurdu istəyirik", - dedi. "Necə bir erməni yurdu?" - deyə sorduğumda, o, "Türkiyənin bir yerini ayıracaqsınız" tərzində izah etdikdə, mən sordum: "Türkiyənin harasında istəyirsiniz? Şərqindəmi, cənubundamı, yoxsa qərbindəmi?" Norandukyan: "Harada olursa olsun, erməni yurdu olaraq bizə bir yer verin, biz də orada toplanaq, orada yaşayaq", - dedi." ("İnönünün xatirələri," "Ulus" qəzeti, 15 sentyabr 1968, s. 4). İsmət paşa ilə Norandukyan arasında keçən bu söhbət Ermənistanın İrəvan xanlığında qurulmasının heç bir qanuni əsasının olmadığını, İ.Stalin və A.Mikoyanın istəyi ilə qurulduğunu sübut edir. Doğrudur, bu gün orada yaşayanların yüzdə 98-i erməni, qalanı isə rus əsgəri və digər millətlərdəndir! Heç şübhəsiz, bu rəqəm ermənilərin necə bir millət olduğunu ortaya qoyur! Bütün bunlar azmış kimi, ermənilər Qara dənizə, Xəzər dənizinə və Aralıq dənizinə çıxışı olan "Böyük Ermənistan" iddiasındadırlar?!
Biz, Vətən və millətimizin varlığını yaxından təhdid edən, münafiqlik üsulu ilə bəzi super güclərdən istifadə edib İrəvanı, Zəngəzuru, Göyçə mahalını... ələ keçirən, bunlar azmış kimi indi də Qarabağ bölgəsini, yer üzünün ən gözəl nöqtələrindən biri olan Şuşanı işğal edən erməniləri, onların terrorçu komitələrini, dəstələrini, acımasızca törətdikləri qətliamları və "erməni məsələsi" mövzusunu uydurmalarla deyil, ancaq və ancaq bütün açıqlığı və həqiqətlərilə tarixi hadisələrə və rəsmi sənədlərə əsaslanaraq ortaya qoymalıyıq.
Keçmişdə olduğu kimi, günümüzdə də dünyanın bir çox ölkələrinə dağılan bir neçə milyon erməni kütləsinin böyük lobbilər qurmaları, bu lobbilərin də "Böyük Ermənistan" iddiasını ortaya atmaları və bu iddianı "soyqırımla" dəstəkləmələri onların sərbəst iradələrinə bağlana bilməz. Bu iddiaların arxasında super güclərin də olduqları və bunu Türkiyə, Azərbaycan, İran, İraq və Suriya üzərindəki əməllərini həyata keçirmək üçün istifadə etdikləri qətidir. Dünən ermənilər Türkiyəyə, Azərbaycana qarşı o zamanın super gücləri tərəfindən necə istifadə olunublarsa, bu gün də eyni düşüncələrlə istifadə olunurlar. Beləcə, super güclərin təzyiqi ilə 17 ölkə tarixi sənədləri incələmədən "soyqırım" məsələsini qəbul edibdir!? Heç şübhəsiz, yaxın zamanda tarix bu qəbulların doğru olub-olmadığını, ümumiyyətlə, soyqırımın olub-olmadığını ortaya qoyacaq. Bizim incələmələrimizə görə, yalnız 1915-ci ildə deyil, I Dünya müharibəsinin başından sonunadək ölən ermənilərin sayı 1,5 milyon deyil, 500 mini belə aşmır. Belə olduqda bir sual ortaya çıxır: "Əgər müharibə şəraitində, rus ordusu sıralarında olan ermənilər daxil olmaqla 500 mindən az erməninin ölməsi "soyqırım" sayılırsa, onda bəs necə olur ki, öz torpaqlarında, öz evlərində şəhid edilən iki milyondan artıq türkün vəhşicəsinə öldürülməsi soyqırım sayılmır?"
Yalan-yanlış təbliğatlar nəticəsində Türkiyənin şərqindəki torpaqların böyük bir hissəsini ermənilərə vermək istəyən ABŞ-ın keçmiş Prezidenti Vilsonun vəziyyəti incələmək üçün Anadoluya göndərdiyi heyətin rəhbəri General Harborda General Kazım Qarabəkirin söylədiyi: "...Çox təəssüflər olsun ki, siz türk millətini tanımırsınız, haqsız və utanmadan həyata keçirilən təbliğatların təsiri altındasınız. Əvvəla, siz bizimlə anlaşın, müstəqilliyimizi və şərəfimizi hüzursuz etməyin və bundan sonrasını türkün haqq duyğusuna və sözünə əmanət edin. Cahanda türkün sözü qədər inanılan bir sığorta yoxdur. Bax, tarix (yəni rəsmi sənədlər)... Alın və oxuyun..." sözləri türk millətinin xasiyyəti və azlıqlara qarşı münasibəti mövzusunda nə qədər haqlı və yerində bir qarşılıqdır...
Bu da bir həqiqətdir ki, rəsmi sənədlər incələndikdən sonra ermənilərin uydurmaları və onların Anadoluda törətdikləri qeyri-insani hadisələr ortaya çıxıb, Prezident Vilson da öz istəyindən vaz keçib...
Alman alimi Niestzax belə deyir: "...Yanlış və doğru hərəkətlər hafizədə qaldığı və bir iz buraxdığı zaman yanlışlığı davam etdirmək bir alın yazısı olmaqdan çıxar... Buna görədir ki, böyük millətlər tarixi hadisələri unutmayanlardır..."
Fazil QARAOĞLU,
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ