Bazar ertəsi günü, 23 noyabr 2026
     

Ermənistan "xalq artisti Serj Sarkisyan"

Image


Tarix boyu təcavüzkar və hiyləgər olan ermənilər özlərini məzlum bir xalq kimi qələmə verərək dünyanın diqqətini çəkmək istəyiblər və bunu bacarıblar. Fəqət həqiqəti gizləmək, pərdələmək o qədər də asan deyil. Ermənistan xalq artisti adlandırdığımız Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistlər qarşısındakı çıxışında erməni dilinin tarixindən bəhs edib və guya "tərkibində bircə nəfər də erməni olmayan genetik və linqvist alimlərin "hansısa böyük bir qrupu" uzun müddət mürəkkəb bir tədqiqat aparıb və erməni dilinin, ən azı, səkkiz minillik tarixi olduğunu ortaya qoyub.
Bu o deməkdir ki, biz bir millət kimi ən azı səkkiz min ildir mövcuduq. Etiraf etmək lazımdır ki, Lısenko genetikanı təqib etməyə başladığı dövrdən bu yana dünya elmində hər hansı bir dilin yaşını müəyyən etmək kimi sensasiyalı bir kəşf eşidilməyib.
Bu başabəla "alim" nə qədər canfəşanlıq etsə də, bu "yeni pyes"ə ciddilik əlaməti verməyə və bu məzhəkənin kobudluğunu gizlətməyə nail ola bilməyib. Lakin prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən də şübhə altına alınan Serj Sarkisyan coşaraq, Gorus teatrının səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi də özünə rəva bilib.
Ermənistan dövlətinin başçısı həmin tədbirə toplanan auditoriyadan daha çox ətraf aləmə ünvanlanan mesaj göndərərək, əsla utanıb-çəkinmədən oradakı adamlara bildirib ki, həmin tədqiqatın yekunları, ümumiyyətlə hazırdır və indi alimlərin bütün işi həqiqət axtarışına deyil (həqiqət artıq tapılıb!), yalnız onun və komandasının əvvəlcədən hazırladığı təbliğat şüarlarını təsdiq etməyə yönəldilməlidir, hətta çoxsaylı faktlar və sənədlər həmin şüarlara zidd olsa belə. Azərbaycan əsrlər boyu bu şovinizmin hədəfi olub, bu gün də onun hədəfindədir. Erməni şovinizminin siyasəti böyük dövlətçilik şovinizmidir. Bu, öz rəqiblərini siyasi təzyiq altında tutmaq qüdrətinə malik effektiv bir vasitədir. Erməni şovinizmi bütün zamanlarda şantaj üsullarına bağlı olub, sirli siyasi bir oyun kimi özünü büruzə verib.
Serj Sarkisyan Gorusdakı çıxışında hiddətlənib ki, Stepan Şaumyanı Azərbaycanda "bandit" adlandırırlar. Fəqət ermənilərə himayədarlıq edən və onlar üçün dövlət yaradan kommunizm rejimi artıq tarixi keçmişdə qalıb. Bu gün biz öz keçmişimizdə baş verən hadisələri dərk etməkdə azadıq. Bu işdə arxiv materialları bizə kömək edir. Prezident Serj Sarkisyan keçmişə aid ideoloji mətnlərdən gətirdiyi sitatlarla pərdələnməyə nə qədər çalışsa da, faktları inkar etmək olmaz. XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək, faktiki "Daşnaksütyun" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə ediblər.
1918-ci il yanvarın 11-də Rusiya bolşevik hökumətinin "Rusiya tərəfindən işğal edilmiş Türkiyə Ermənistanında yaşayan ermənilərin, tam müstəqillik də daxil olmaqla, öz müqəddəratını azad təyin etmək hüququ"nu dəstəkləyən dekreti dərc ediləndən sonra S.Şaumyan birdəfəlik erməni ekspansionizmi yolunu tutub. S.Şaumyanın ikili partiya mənsubiyyəti faktı onu izah edir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlı əhalinin kütləvi şəkildə qırılmasını təşkil edərkən daşnak silahlı dəstələrindən istifadə edib... Nəticədə üç gün ərzində - 1918-ci il martın 30-dan aprelin 1-dək bolşevik-daşnak qoşunları Bakıda 12 minə yaxın azərbaycanlını milli mənsubiyyətinə görə məhv edib. Bütün bunlardan sonra S.Şaumyanı azərbaycanlıların soyqırımının əsas təşkilatçısı hesab etməmək olarmı? Zatən S.Şaumyan sonralar etiraf edir: "Biz bəhanədən istifadə etdik..." O, hər bir azərbaycanlının qanına susayan Andranikə göndərdiyi 1918-ci il tarixli teleqramında belə yazırdı: "Sizin teleqramı aldım, bütün mətni Moskvaya - Mərkəzi hökumətə bildirdim. Mən şəxsən sizi, həqiqi milli qəhrəmanı təbrik edirəm. Sizin bayrağınız altında vuruşan bütün qəhrəman əsgərlərə və bütün zəhmətkeş sakinlərə salam söyləyin. Mənimlə əlaqə yaratmaq üçün yollar axtarmağınızı rica edirəm." Bu da yetmiş il boyunca başımıza tac etdiyimiz, dilimizdən heç düşürmədiyimiz, adını bir çox təşkilat və yerlərə verdiyimiz S.Şaumyan!..
"...Azərbaycan özü müharibəyə başlayıb, özü də uduzub" deyən Serj Sarkisyanın məsuliyyətsiz bəyanatının həyasızlığına mat qalırsan. Ermənistanın təcavüzünü öz üzərində hiss edən və ona qarşı heç vaxt ərazi iddiaları irəli sürməyən (bunun üçün artıqlaması ilə tarixi əsasların olduğuna baxmayaraq) Azərbaycan bu gün təcavüzkar dövlətin, işğalçı dövlətin, beynəlxalq konvensiyaları pozan dövlətin başçısının dilindən həyasızcasına ittiham eşidir. Bu yerdə istər-istəməz Göbbelsin sözləri yada düşür: "Yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılar". Polşanın Almaniyaya, Küveytin isə İraqa "hücumları" da yada düşür. Azərbaycan heç vaxt Ermənistan ərazisinin beşdəbir hissəsini işğal etmək, erməniləri oradan qovmaq və orada oyuncaq rejim yaratmaq niyyətində olmayıb. Bu cür riyakar bəyanatların müəllifi başqa bir məsələ üzərində düşünsəydi, pis olmazdı: əgər onun dediyi kimi məğlubiyyətin nəticələri heç vaxt xoşagələn olmursa, onda ermənilər Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında erməni qiyamının nəticələri barədə nə üçün onilliklər boyu şivən qaldırırlar? Onlar özləri öz dövlətinə xain çıxıb, ona arxadan zərbə vurub, düşmən tərəfə keçib, ölkənin şərqində müsəlman əhalini qırmağa başlayıblar və bunun nəticələrinə görə elə özləri də məsuliyyət daşıyırlar! Guya bu cür əməllərin nəticələri xoşagələn də ola bilərmiş. Ermənilər hansı "soyqırımı"ndan danışa bilərlər ki, o vaxt bu söz yox idi. Hələ üstəlik, onlar XX əsrdə soyqırımın "ilk qurbanları" olmaq istəyirlər, guya bundan əvvəl bütün müsəlman əhalini qılncdan keçirən ermənilər özləri deyilmiş.
Başqasının torpağını zəbt etmək və işğal faktına əsasən onu öz torpağı elan etməyin mümkün olduğu vaxtlar keçib. Artıq dünya bir neçə əsr bundan əvvəlki dünya deyil. Buna görə də Ermənistanın ekspansionist başbilənləri qonşularına ərazi iddialarını əsaslandırmaq üçün əvvəlcə tarixi arqumentə müraciət etməyi qərara alıblar: "Bu torpaqlar vaxtilə bizim olub, biz yerli xalqıq, siz gəlmə, deməli, haqqımız var. "Bu məqsədlə faktlarla saxtalaşdırılan tarix versiyası uydurulub..."
Bütün bu faktların üstündən sükutla keçməklə İrəvanı qədim erməni şəhəri kimi qələmə vermək istəyən erməni tarixçilərini oxucuların öz mühakiməsinə buraxırıq.
Bu təkzibedilməz faktlara baxmayaraq, erməni tarixçiləri qədim Azərbaycan torpağı olan İrəvan əyalətini özününküləşdirmək, həmin ərazilərdə saxta Ermənistan tarixi yaratmaq üçün misli görünməyən hoqqabazlıqlardan çıxırlar. Bu istiqamətdə xüsusi canfəşanlıq göstərən və "yeni tarixi metodu" nümayiş etdirən erməni alimlərindən biri A.D.Papazyandır. Ermənistanın Matenadaran əlyazmalar fondunda saxlanan XIV-XVII əsrlərə aid fars dilli sənədlərin bir hissəsini rus dilinə çevirən müəllif tərcümə zamanı mətnlərə orijinalda olmayan ifadələr əlavə etmək, mətnlərin mahiyyətini əsaslı şəkildə dəyişən təhriflərə yol verməklə İrəvanda ermənilərin tarixini qədimləşdirmək üçün ermənisayağı qabiliyyət və bacarıq nümayiş etdirib.
Onlar buna "qələbə" deyirlər? Qaliblər özlərini bu cür aparmır və başqa ölkələrdən xahiş etmirlər ki, onları məğlub olandan qorusunlar! Azərbaycanın hərbi gücü barədə gedən informasiya Ermənistan rəhbərliyini görünməyən vahiməyə salıb. Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artması fonunda Ermənistan hərbi blokun arxasında gizlənməyə çalışır. Halbuki, Ermənistandan başqa bu blokun bütün üzvləri Azərbaycana dost ölkələrdir və onlar Ermənistanın işğalçı mahiyyətini başa düşür.
Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılan bir tarix yatır. Bu azdırılan tarixin yalan olmasını rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Əks təqdirdə tarixi yalanlar davam etdiriləcək. Madam ki, danışmağa məcbur edildik, danışmalıyıq, həm də inkarı mümkün olmayan arxiv sənədlərilə!.. Çünki arxiv sənədləri kimin məzlum, kimin cinayətkar olduğunu ortaya qoyur, ərazi iddialarını və ittihamları tarixin yalan bilməzliyi qarşısında çürüdür, erməni komitəçilərin və çətələrin Anadoluda və Azərbaycanda törətdiyi qətliam və qeyri-insani hərəkətlərini rəsmən isbat edir.
Rusiyanın sağlam düşüncəli siyasətçiləri Ermənistanın Rusiyanı qarşıdurmalara sövq etmək cəhdlərini görür. Bu baxımdan "Politiçeskie issledovaniq" jurnalında dərc edilən məqalə diqqəti cəlb edir. Məqalədə belə deyilir: "Yeni yaradılan bütün müstəqil dövlətlər arasında Ermənistan, ümumiyyətlə, yeganə dövlətdir ki, 1988-1990-cı illərdə azərbaycanlıları öz ata-baba yurdundan qovduqdan sonra təkcə 1993-cü il ərzində yaxın və uzaq xarici ölkələrə köçən 300 minə yaxın sakinindən məhrum olduğunu da nəzərə alsaq, demək olar ki, monomilli ölkəyə çevrilib. Fəqət bu "uğur" erməni xalqına çox baha başa gəlib və bu xalq hələ bundan sonra da bu prosesin ağrısını çəkməli olacaq".
Ermənilər Balkanlardan Anadoluya, Anadoludan Qafqaza qovulduqdan sonra millət kəlməsinə yaraşmayan uydurduqları yalanlarla bir yol tutub gedirlər. Baxaq görək bu gedişin, bu istəklərin sonu nə olacaq. Onlar Qarabağ, Naxçıvan və Anadoludan sonra İrandan, İraqdan, Suriyadan, Gürcüstandan, Rusiyadan, Balkanlardan da torpaq sahəsi istəsələr təəccüblənməmək lazımdır.
Dünənin bugünü, bugünün sabahı vardır. Sabahlara çatmaq isə, əlbəttə, adil millətlərə nəsib olar. Yoxsa dünyanın bir ölkəsində "sıxıntı" içərisində yaşayan və dünya ictimaiyyətini öz çirkin əməllərinə alət edən, hətta zaman-zaman bunda müvəffəqiyyət əldə edən ermənilər bu paydan nəsiblərini ala bilməzlər. Biz, ermənilər həqiqətən özlərinin iddia etdikləri kimi, dünyanın ən qədim millətlərindən biri olsaydılar, onda bugünkü erməni əhalisinin sayı yüz milyonlarla ifadə edilərdi düşüncəsindəyik.
Ermənistan prezidenti S.Sarkisyanın tamamilə cəfəng, elmi və tarixi faktlarla heç bir əlaqəsi olmayan bəyanatında deyilir ki, Qarabağ əhalisi minilliklər boyu guya "yalnız ermənilərdən" ibarət olub, "türk-müsəlman" köçəri tayfaları isə yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlayıb. Onların sayı ötən əsrin əvvəllərində əhalinin ümumi sayının yalnız 5 faizini təşkil edirdi".
Sarkisyanın "kəşfi," yumşaq desək, erməni tarixşünaslarının yazdıqları ilə uyğun gəlmir.
Məsələn, Corc Burnutyan yazır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər (Serj Sarkisyan ermənilərin ümumi əhalinin 95 faizini təşkil etdiyini deyir!). Həqiqətdə isə, rəsmi statistika məlumatlarına görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizindən çoxunu təşkil edirdi..."
İnsanın özünə daim yaxşılıq edənə - hələ bu qonşusudursa - pisliklə qarşılıq verməsini heç bir məntiq və vicdan qəbul etməz. Təəssüflər olsun ki, ermənilər bu sahədə də çempionluğu heç kimə vermək istəmirlər. Müqəddəs türk torpaqları məsum türklərin qanıilə boyanıb. Buna baxmayaraq, 1988-ci ildə baş verən zəlzələdə böyüklüyümüzü göstərib yardım əlimizi uzatdıq. Ermənilər isə ilk olaraq yardıma gələn biz türklərin təyyarəsini enməyə qoymadılar, onu partladıb çox sayda insanımızı vəhşicəsinə qətl etdilər. Bax, türk insanı ilə erməni arasındakı fərq bundadır!
Bütün bunlara baxmayaraq, erməni tarixşünasları yenə də çərənləyir və özlərini heç vaxt yaşamadıqları yerlərin sakinləri sayırlar. Ermənilər bu alimliklə dunyanı inandırmaq istəyirlər ki, guya bu yerləri tutmağa tarixi haqları vardır. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Heç şübhəsiz, reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salıb və qonaqlara yanlış məsləhətlər verib... Yəni artistlik edib. Bu da S.Sarkisyanın münafiqliyindən, onun bir aktyor kimi rolunu mükəmməl oynamasından irəli gəlir. Doğrudur, o, rəhbərliyə gəlmədən əvvəl də aktyorluq edirdi. Amma vəzifə başına keçdikdən sonra aktyorluq sənətində o qədər irəliləyib ki, xalq artisi səviyyəsinə qədər yüksəlib. Bu da bir həqiqətdir ki, dünya tarixində əsas sənəti aktyorluq olan adamlar arasından dövlət rəhbərliyinə gələnlər olub. Məsələn, R.Reyqan kimi. Amma o, vəzifə başına keçdikdən sonra aktyorluğu buraxıb, sözün əsl mənasında bir rəhbər olub, ABŞ kimi böyük bir dövləti müvəffəqiyyətlə idarə edib. R.Reyqan ABŞ tarixində ən yaxşı rəhbərlərdən biri olub. Serj Sarkisyan isə, yuxarıda qeyd etdiyimiz kimi, vəzifə başına keçdikdən sonra aktyorluq vəzifəsini o qədər "müvəffəqiyyətlə" yerinə yetirib ki, bu gün o, ERMƏNİSTAN XALQ ARTİSTİ ADINA LAYİQ GÖRÜLƏ BİLƏR!!!
Fazil QARAOĞLU,
professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ