A.Quliyev deyib ki, Nardaranda insanların dinə bağlılığı onların hər hansı bir məsələdən sui-istifadələri üçün əsas olmamalıdır: "Təəssüf ki, bu hal proseslərdə müşahidə olundu. Amma bir daha hamı əmin oldu ki, Azərbaycan dövlətçiliyinə qarşı addımlar atmaq, dövlətin qanunlarını pozmaq olmaz. Onlar qanun qarşısında cavab verəcək və dövlətin sərt təpkisi ilə üzləşəcəklər. Təəssüflər olsun ki, orada ölənlər də oldu. Polislərimiz həlak oldu. Nardaranda belə insidentlər ilk dəfə baş vermir. Bu məsələni ciddi şəkildə və birdəfəlik həll etmək lazımdır”.