Türkiyənin müxalif partiyalarından Milliyətçi Hərəkat Partiyasının (MHP) hazırkı vilayət başçılarından bəzilərinin Suriyada döyüşlərə qoşulduğu məlum olub.
Baki-xeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, partiyanın Esenler və Bağçılar vilayətlərinin başçıları Suat Yılmaz və Onur Yaşıl, eləcə də Ülkü Ocaqları 2-ci region başçısı Oğuzhan Başdoğanın bir neçə gün əvvəl quru yolu ilə Suriyaya keçərək Türkmen dağına getdiyi bildirilir.
Məlimata görə, buradakı türkmənlər tərəfindən qarşılanan iki mahal başçısı hərbi geyim və silah-sursatla təmin edilib. MHP-li liderlər Rusiya və Əsəd qüvvələrinin sıx bombardmanı altında olan Türkmən dağında Bayırbucak türklərilə birlikdə döyüşlərə qatılıb.