Bazar ertəsi günü, 23 noyabr 2026
     

Nardaranın gerçəkləri, "fəth olunmamış məkanın" sirləri...

Image


Niyə məhz Nardaran?

Nardaran kəndində iki polis əməkdaşı qətlə yetirildi. Bu terror aktından sonra Nardaranda yenə də kənd sakinlərini iğtişaşlara çəkmək istəyən qüvvələr aktivləşdilər. Nə üçün məhz Nardaran kəndində İslam dini ilə pərdələnən radikal ekstremistlər ifrat dərəcədə fəallaşmağa çalışır, kənd küçələrini dini atributikalı şüarlar, çağırışlar və yazılar "bəzəyir"? Niyə məhz Nardaranda dövlət qanunlarını tanımayan, hakimiyyətə aşkar meydan oxuyan qrup kəndi "fəth olunmamış məkan" təki tanıtmağa çalışır? Nə üçün Nardaranda Bakının digər kəndləri ilə müqayisədə qanun pozuntuları, narkomaniya, qatı xuliqanlıq halları daha çoxdur?
Hansı səbəblərdən Nardaranda "Şəriət modelli idarəetmə" mexanizmlərini işə salmağa can atanlar var və onların gerçək məqsədləri nədir?
Və ən nəhayət, niyə Azərbaycanda "Şəriətlə idarə olunan dövlət qurmaq" çağırışları Nardaranda səslənir, radikal və ekstremist şüarların ardı-arası kəsilmir, dövlətə, cəmiyyətə, qanuna, dünyəviliyə, hüquqa meydan oxuyanların səsi məhz bu kənddə daha "gur" çıxır?
Suallar çox olsa da, onlara cavab vermək zamanı çatıb.
Baş verənlərdə nardaranlıları ucdantutma suçlamaq yanlışdır.
Onları küçələrə çıxaranlar var və aksiyaların əvvəlcədən planlaşdırılaraq məkrli, hiyləgərcəsinə reallaşdırılması günlər keçdikcə aydın görünür.
Di gəl, həmin görüntüyə o qədər çalar qarışıb ki, həqiqəti yalan kimi qələmə verənlər sinələrinə döyür, qışqırır, "dövlət bizə qarşıdır" iftirasını xəbərdarlıq kimi səsləndirirlər.
Nardaran indi Azərbaycandan kənardakı qüvvələrin ölkəmizin içinə uzanan əllərinin dartdıqları iplərlə oynadılan marionetkaların sıravi dindarların adından çıxışlar edərək məhdud, kiçik məkanda siyasi dalan yaratmaq niyyətlərinin əyan olduğu bir yerə dönüb.

Ağsaqqallar Şurası niyə aciz qalıb?

Sakinlərin sosial problemlərinin həllinə yardım məqsədilə Nardaranda Ağsaqqallar Şurası yaradılıb. 11 nəfər daimi üzvü olan Şuranın sədri Məşədi Natiq Kərimovdur.
Ayda bir neçə dəfə yığışan Şuranın işinə gəldikdə, məşədi Natiqin dediyinə görə, kənd sakinlərinin problemlərindən danışır, müşküllərə çarə arayırlar.
Nardaranlıların dediyinə görə, kənd dini etiqada, islama sadiq məkandır: "Bəziləri Nardaranı İrana meylli, İranın təsiri altınlda olan kənd kimi təqdim elir. Belə deyil. Bəlkə etiraz aksiyalarında "Allahu-əkbər" dediyimizə görə belə söyləyirlər, bilmirəm".
Nardaran ağsaqqalları kəndi düşünür, sakinlərin problemlərinri həll etməyə can atırlar. Buna əsla şübhəm yox, çünki o ağsaqqaların çoxunu tanıyıram və harasa, nəyəsə, nəyə görəsə qulluq edən adamlar olduqlarını zənr etmirəm. Lakin bəhs etdiyim şəxsləri özlərinin də xəbəri olmadan Azərbaycandan kənardakı qüvvələrin ambisiyalarına, ölkəmizlə bağlı çox təhlükəli planların reallaşdırılması üçün vasitəyə çevirməyə can atırlar. Nardaranda son illər baş verən olayların xronologiyasına baxsaq, hadisələrin tam əksəriyyətinin Ağsaqqallar Şurasından xəbərsiz başladığını görərik.
Məşədi Natiq Kərimov "baş verənlər nəzarətimizdədir" deyə bilər, amma gerçəklik tərsini sübut edir.
Nardaranda bir qrup insan var ki, onlar kəndlilərin inanclarından, etiqadlarından, hisslərindən və istəklərindən sui-istifadə edir, islam dini mövzusunu, Əhli-Beyt anlamını, Hüseyniyyə qavramını istismara uğradırlar.
Hər olaydan sonra Nardaran ağsaqqallarının narahat simalarını, əndişəli davranışlarını görmək ağrılıdır, çünki onlar gerçəkdən kənd sakinlərinin qayğısını çəkən adamlar olsa da, hadisələri idarə etmək əvəzinə, yalnız gənclərin bir qisminə - hamısına, təbii ki, yox - söz deyib sözü eşidilən insanlara dönürlər.
Nardaran gənclərinin hiss və emosiyaları ilə mahircəsinə oynayan, manipulyasiyalarını peşəkarcasına reallaşdıranlar heç bir halda Ağsaqqallar Şurası deyil və ola da bilməz.
Nədən ki, kənd ağsaqqalları belə intriqaların genezisini, Azərbaycan hakimiyyətinə aşkar meydan oxumağı ustacasına islam və məişətlə bağlamağı bacarmayıblar, indi də bilmirlər.
Bacaranlar, bilənlər isə Tamamən ayrı fiqurlar sayılmalıdır. Nardaranı Azərbaycan hakimiyyətinə qarşı sürəkli etiraz edən məkan, "üsyankarların kəndi" kimi tanıtmaq istəyən, ölkə və xarici ölkələrin mediasında "Nardaran fenomeni", "Fəth olunmamış Nardaran" kimi qələmə verən, Azərbaycanın daxili siyasətində "Nardaran sindromu"nun olduğunu iddia edənlər də məhz həmin fiqurların təlimatçıları və idarəedənləri, baş verən olayları məharətlə rejissura edən qüvvələrin yerli nümayəndələridir.
Onların kimə, necə qulluq etdikləri bəllidir, lakin mimikriya etdiklərindən, daim din pərdəsi altında fəaliyyət göstərdiklərindən zərərsizləşdirilmələri nardaranlıların etirazlarına səbəb olur. Sualım var: nədən Nardaranda hər hansı aksiya keçirilən kimi paralel olaraq və ən yaxşı halda ertəsi gün Gəncədə "dəstək aksiya"ları başlanır? Nardaranda polis daşa tutulursa, mütləq şəkildə Gəncədə həmin olay təkrarlanır.
Nardaranda polisə əl qumbarası atılırsa, Gəncədə də "qəzəbli dindar"lar həmin teraktı təkrarlamaq istəyir.
Nardaranda hansısa məmurun ünvanına təhdidlər səslənirsə, "təxirəsalınmaz" şəkildə Gəncənin icra hakimiyyətinin rəhbərliyinin ünvanına təhqirlər və hədələr yağdırılır.
Fəlsəfədəki səbəb və nəticə arasındakı bağlılıq qanununu xatırlasaq, baş verənlərin sırf təsadüf, yaxud da komplo nəzəriyyəsi olduğunu söyləmək çətinləşər.
Gerçək budur ki, "Nardaran fenomeni" və ya "Nardaran sindromu" yoxdur - bu ifadələr süni olduğu qədər absurd və təhlükəlidir.
Nardarandakı dindarların obıvatel sayılaraq onlardan etiraz aksiyalarında "kütləvi səhnəciklərin fiqurantları" qismində istifadə olunmasına gəldikdə isə, dövlət qurumları, hüquq-mühafizə orqanları, rəsmi şəxslər hər hansı müdaxilə, danışıqlar və ya təsirlər vasitəsilə fəsadın qarşısını ala bilməz. Səbəb sadədir: bunu nardaranlıların özləri istəməlidir, onların özləri kəndə kənardan məkrli təsirlərə son qoymalıdır.
Dövlət mənsublarının nardaranlılarla danışıqlar aparmaq cəhdlərinin hələlik uğursuzluqla nəticələnməsinin vəsilələrindən ən önəmlisi də Nardarandakı dindarlara çox ustalıqla maskalanaraq məhz "kənd sakinlərinin adından danışdıqlarını" iddia edən qrupun təsirinin mövcudluğudur.
Bu qrup mənsubları özlərini az qala "həqiqət mücahidi, ədalət fədaisi" kimi tanıtmağa çalışırlar.
Onların məqsədi isə Nardarandan sürəkli olaraq rəsmi Bakıya təzyiq vasitəsi qismində istifadə etməkdir. Bu kənddə hansısa kütləvi həbslər və ya cəza tədbirinin keçirilməsi heç zaman planlaşdırılmayıb, bundan sonra da olan deyil. Lakin hansısa olaydan sonra jurnalistlər kəndə yollananda oradakı "usta aktyor"lar dərhal ön plana çıxır, "Nədir, hakimiyyət hamımızı tutmaq, öldürmək istəyir? Bu cavanların günahı nədir?!" söyləyir, coşub-kükrəyirlər.
Teatrşünaslar aktyorların belə davranışına "kütləyə oynamaq" deyirlər və bəhs etdiyim məqam siyasətdə də geniş yayılıb.
Nardaranda da kütləyə oynayanlar kütlədən yararlanaraq Azərbaycanda dini zəmində ayrıseçkiliyin, dindarlara məhz inanclarına görə təzyiqlərin olduğunu göstərməyə çalışanlardır.
Kəndə kənar təsirlərin olmadığını deyənlər təki, "Nardaran bütünlüklə İranın nəzarətindədir" söyləyənlər də yanılır. Doğrudur, Nardaranda namaz zamanı belə, az qala İran saatı ilə düzənlənir, kənddəki dini atributika İranın Qum və ya Nəcəf şəhərlərindəki analogiyalardan əsla fərqlənmir. Amma bir incə məqam var ki, o da Nardaranda istənilən aksiya başlamazdan əvvəl "fəal"ların borulara dəmir parçaları vuraraq səslər çıxarmaqla bir-birinə "xəbərdarlıq" yaymalarıdır.
Bu taktikadan müasir dövrdə Şərqdə ilk dəfə İranda 1976-cı ildə Qum şəhərində istifadə olunmuşdu. Azərbaycanlı siyasətçi, sonradan Ayətulla Xomeyninin baş nazir postuna təyin edəcəyi və həmin vəzifədə cəmi 9 ay çalışacaq Mehdi Bazərganın təşəbbüsü ilə etiraz aksiyasının başlanacağından kütləni xəbərdar etmək, habelə SAVAK təhlükəsizlik xidmətini duyuq salmamaq üçün qumlular əllərinə dəmir parçaları alıb evlərindəki boruları döyəcləyirdilər.
Qumlular bu səslərə "zənge-enqelab" deyirdilər ki, sonradan "döyəcləmə" taktikası bütün İrana yayıldı və "sədaye mazluman", yəni "məzlumların səsi" kimi tanındı.
Boruları döyəcləmə həm də həbsxanalarda geniş yayılmış "xəbərləşmə" metodudur və bu ideyanı Nardaranda "işə salan"lar həm də "cümləmiz inancımıza görə buraya həbs edilmişik" messicini verməyə can atırlar.

Bu, kiçik faktdır.

Nardaranlıları küçələrə çıxaran, onları sürəkli olaraq etirazlara və narazılığa səsləyənləri zərərsizləşdirməyin yalnız bir yolu var: kənd sakinlərinin dini məcrada təsirdən qurtarılması üçün effektiv addımlar atılmalıdır.
Əhli-beyt aşiqliyi, Hüseyniyyə anlamları ilə pərdələnərək nardaranlı gənclərin beyinlərini zəhərləyən, onların şüurlarında hakimiyyətin "taqut", itaətsizliyinsə "irşad və ictihad" olması yanlışlığı yaradanların qarşısının alınmasının yolu din xadimlərimizin nardaranlılarla daha sıx təmaslar quraraq onlara gerçək və yanlış yollar arasındakı fərqləri anlatmalarından keçir.
Qeyri formada heç bir təsir, xəbərdarlıq, nəzarət effekt verən deyil.

Nardaran adamları və problemlər

Nardaran kəndi bir sıra tanınmış şəxslərin kiçik vətənidir. Kənddə bir hamam, iki məscid və bir neçə ovdan tikdirən, vaxtilə yaşadığı məhəlləyə adı verilən Şeyx Məhəmməd Əmin ağa, din xadimi Şeyx Əhməd Nardarani, kəndin axundu olmuş Şeyx Rəsul ağa Nardarani, kəndlilərin dediklərinə görə, ayətulla Xomeyninin ustadı olmuş axund Cavad ağa Nardarani, qəzəl xiridarı Hacı Mail, ən nəhayət, müğənni Məmmədbağır Bağırzadə tanınmış nardaranlılar arasında adlarını unudulmazlar sırasına yazmış zatlardır.
Kəndin indiki sakinləri isə yaşamlarından narazı qaldıqlarını deyirlər və bu narazılığın başlıca səbəbinin də məişət problemləri olduğunu vurğulayırlar. Nardaranlılar işsizlikdən, mənzil-kommunal təsərrüfatındakı çətinliklərdən, hətta kənddəki ara yolların bərbad vəziyyətdə olmasından gileylənirlər. Dediklərinə görə, dövlət qurumları bu problemləri həll etmək istəmir.
Amma vəziyyət tam əksinədir.
1. İş tələbi. Nardaran sakinlərinin işlə təmin olunması məsələsinin həlli çox asandır və bununla bağlı müvafiq dövlət qurumlarının indiyədək sakinlərə ünvanladığı təkliflərin sayı az deyil. Fəqət, nardaranlıların fikirlərini və mövqelərini izhar etdiklərini söyləyənlərin dediyinə görə, "kəndlilər kənddə işləmək istəyirlər".
Bu isə iqtisadiyyatın təməl qaydalarına uyğun olmayan məsələdir. Yəni deyilənlər məntiqi sayılarsa, onda xırdalanlılar ancaq Xırdalanda işləməli, şüvəlanlılar kənddən kənar çıxmamalı, mərdəkanlılar yalnız kənd ərazisindəki şirkət və müəssisələrdə çalışmağa razılıq verməli, binəlilər və yainki qobulular isə ümumiyyətlə, Bakıya iş üçün getməkdən boyun qaçırmalıdırlar.
Həmin kəndlərin sakinləri, bəlli, ən müxtəlif sahələrdə, şəhərlərdə, hətta ölkələrdə işləyirlər və bu prosesdə heç bir problem görmürlər.
Eyni uğurla Bakı şəhərinin rayonlarının sakinləri də həmin kəndlərdə, o cümlədən Nardaranda işləyirlər.
"Nardaranlılar ancaq Nardaranda işləməlidir" tələbi, göründüyü kimi, məntiqdən kənar olmaqla yanaşı, demaqogiya təsiri bağışlayır.
2. Mənzil-kommunal təsərrüfatı, elektroenerji, işıq, su və qaz problemləri. Azərbayanda indi belə problemlərin çox sərt, hətta müşkül səviyyəyə çatdığı yaşayış məntəqələri çox az qalıb və həmin çətinliklərin də aradan qaldırılması üçün gərəkli tədbirlər görülür. Problemlərin yalnız Nardaranda olması iddiaları, yaxud da "dövlət qurumları Nardaranda bilərəkdən problemlər yaradır" açıqlamaları əsla inandırıcı təsir bağışlamır. Bakı kəndlərinin işıq, qaz və su təminatı ilə məşğul olan dövlət qurumlarının rəhbərlərini bir kənara qoysaq, həmin təşkilatlarda çalışan fəhlələr də bu sahələrdə ciddi problem olmadığını deyə bilər.
3. Yolların durumu. Kənddəki ara yolların tam təmiri və normal hala salınması üçün gərəkli işlərin görülmədiyini iddia edənlər həmin işlərə başlamağa mane olanlardır. 2004-cü ildən bəri dəfələrlə təmirə başlanıb, amma hər dəfə bəlli şəxslərin "narazılıq müdaxiləsi"ndən sonra dövlət qurumları münaqişəyə səbəb yaratmamaq üçün işləri yarımçıq dayandırıblar.
Hər dəfə "səhnə"də eyni adamlar olduğundan, bu prosesin əvvəlcədən hazırlandığı və yaxşı idarə olunduğu da görünürdü.
... Nardaran probleminin həlli, bəhs etdiyim kimi, asan deyil. Amma nə zamansa başlamaq gərəkdir və o zaman artıq yetişib.
Kənd ağsaqqalları ilə danışıqlarda ortaq məxrəcin tapılması, ümumi nəticəyə gəlinməsi üçün, onların təkziblərinə rəğmən, Nardaranda bir dəstə adamın kənardan idarə olunaraq İmam Hüseyn meydanında ortaya düşmələri, meydanı yalanla sulamaları fakt qismində ortaya qoyulmalıdır.
Məhz o adamlardır ki, özlərini bütün nardaranlılarla eyniləşdirərək mediada "nardaranlılar etiraz edirlər" anlayışının formalaşmasına can atırlar. Nardaranlılar küçələrə çıxır, aksiyalar keçirirlər - doğrudur. Amma "kütlə psixologiyası" anlamı bu şəxsləri özlərini cəmin toplananı, ümuminin parçası kimi hiss etmələrinə rəvac verir. Fərdlərin kütləyə çevrilməsi fəsadlıdır, amma həlli mövcud problemdir. Kənddəki durumun çözümü də ayrı-ayrı kəndlilərin təsir altına düşmələri, yalanı gerçək sanmaları, təlimatları məsləhət bilmələridir. Nardaran Abşeronda bir kənddir. Şüvələn, Fatmayı, Corat, Maştağa təki.
Sadaladığım kəndlərdən fərqli olaraq, Nardaranın "fəth olunmamış məkan" kimi qələmə verilməsinin səbəbi də məhz bu kəndi başqalarından ayırmaq, əlahiddə tutmaq və ətrafa təsir vasitəsinə çevirmək cəhdidir. Nardaranlılarsa artıq onlardan yararlanmaq istəyən məkri görməlidirlər.
Problemin həlli elə bundan başlanır.
Elçin Alıoğlu
Milli.Az 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ