Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın AŞPA-da Ermənistanla Sərsəng döyüşü...
Tarix: 27.11.2015 / 02:24
Bölmə: Siyasət
Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir...
AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr gərgin keçmişdir. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanması barədə təklif irəli sürdü.
Bu təklif səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi.
Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilmədi. Qeyd edilməlidir ki, irəli sürülən düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və 4 noyabrda Siyasi Məsələlər Komitəsi tərəfindən qəbul edilmiş "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair" məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Aydın idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən salmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və bu cəfəngiyyat xarakteri daşıyan düzəliş də qəbul edilmədi. Sonda Bosniyalı deputat, xanım Milisa Markoviçin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsi bütövlükdə səsverməyə qoyuldu, 22 səs lehinə, 3 səs isə əleyhinə olmaqla, əksər səs çoxluğu ilə qəbul edildi. Bu tarixi qələbə oldu.
Bu qələbə ciddi mübarizə nəticəsində mümkün olmuşdur və ona qısa nəzər salmağı vacib hesab edirəm.
AVCİYA-nın "Sərsəng harayı" layihəsi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə "Sərsəng harayı" adlı genişmiqyaslı layihə həyata keçirməyə başladı.
Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarət olmuşdur.
Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Goranboy rayonlarında layihənin ofisləri fəaliyyət göstərib, layihənin internet səhifəsi yaradılıb. Mütəmadi olaraq KİV vasitəsilə dünya ictimaiyyəti məlumatlandırılıb. Bu sahədə fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və beynəlxalq səviyyədə fəaliyyət göstərən 3 mindən artıq KİV-də ingilis, alman və fransız dillərində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə məlumatlar dərc edilib.
Layihə çərçivəsində müxtəlif konfranslar, təlim və seminarlar, müsabiqələr keçirilmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayında layihə çərçivəsində Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində beynəlxalq konfrans, 9-11 noyabr 2013-cü il tarixlərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Goranboy rayonlarında ictimaiyyətin və vəzifəli şəxslərin iştirakı ilə 5 "dəyirmi masa" keçirilmişdir.
Gənc rəssamlar arasında "Sərsəng harayı" adlı rəsm müsabiqəsi və jurnalistlər arasında Sərsəng su anbarının təhdidlərinə dair məqalə müsabiqəsi keçirilib.
Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən rayonların sakinləri tərəfindən beynəlxalq təşkilatlara göndərilmiş minlərlə müraciətin öz ünvanlarına çatdırılması təşkil edilib. AVCİYA-nın "Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri", "Sərsəg SOS: Humanitar Böhran Təhdidi" və "Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit" adlı kitablar nəşr edilib, 10 dekabr 2014-cü il tarixində Beynəlxalq İnsan Hüquqları günündə bir sıra xarici ölkə səfirlikləri, mətbuat nümayəndələri və ictimai xadimlərin iştirakı ilə "Sərsəngə yürüş" aksiyası keçirilib.
Qeyd etmək istərdim ki, AVCİYA fəaliyyətdə olduğu 10 il ərzində vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətlərdə layihələr icra etmişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutmuşdur. AVCİYA-nın bu qəbildən olan işləri kimi, üç dildə nəşr edilmiş "Xocalı soyqırımı: milyon imza - bir tələb" kitabını, Qarabağla bağlı təsis olunmuş elektron jurnalı, Qarabağa edilən yürüşləri və sair qeyd etmək olar. Sərsəng layihəsi isə görülən bütün bu işlərin zirvəsində durur. Çünki bu layihə vasitəsilə 23 ildir unudulmuş Sərsəng problemi aktuallaşdırılmış, problemin beynəlxalq aləmə çatdırılmasına nail olunmuş və nəhayət, Sərsəng su anbarına dair qətnamə layihəsinin beynəlxalq platformada gündəmə gətirilməsinə təkan olmuşdur.
Sərsəng beynəlxalq platformada
a) ATƏT PA
ATƏT PA-nın 3 iyul 2013-cü il tarixdə İstanbulda sessiyası keçirildi. Sərsəng su anbarı ilə bağlı "Enerji təhlükəsizliyinin ətraf mühit ölçüsü" adlı qətnamə layihəsinin 10-cu və 16-cı bəndlərinə 2 düzəliş təklifi təqdim edildi. Lakin bu düzəlişlər səsvermə zamanı anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində qəbul edilmədi.
b) Avronest PA
Sərsəng su hövzəsində gözlənilən humanitar fəlakətə dair 2013-cü ilin may ayında Avronest PA-da təcili qətnamə layihəsi təqdim etdik. Bu qətnamə layihəsi prosedur qaydalarına əməl edilməklə və vaxtında təqdim edilməsinə baxmayaraq, Avropa Parlamentinin bəzi anti-Azərbaycan deputatlarının və siyasi fraksiyaların səyləri nəticəsində müxtəlif bəhanələrlə gündəlikdən çıxarıldı.
c) AŞPA rəhbərliyi ilə Sərsəng döyüşü
Mənim müəllifliyim və təşəbbüsümlə AŞPA-nın 2013-cü ilin yaz və yay sessiyaları zamanı Ermənistanın işğalı altında olan Sərsəng su anbarına dair sənəd 2 qətnamə təklifi təqdim edildi. Lakin AŞPA rəhbərliyi məqsədyönlü şəkildə onun müzakirələrə çıxarılmasının qarşısını aldı.
Bunlara baxmayaraq, 25 iyunda AŞPA-da mənim müəllifliyimlə və Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Lakin Sədarət Komitəsində bu sənədin də qarşısı alındı.
Sərsəng su anbarının vəziyyəti və təhdidləri ilə bağlı məruzə hazırlanmasına dair cəhdlərimizin qarşısının alınmasına baxmayaraq, 2014-cü ilin mart ayında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı yeni qətnamə təklifi irəli sürdüm. Bu təklif əvvəlcə 6 aprel 2014-cü il tarixdə Strasburqda Sədarət Komitəsində müzakirə edildi. Bu dəfə Sədarət Komitəsinin qətnamə təklifinə dair məruzə hazırlanması barədə rəy qəbul edildi. Büro 11 aprel iclasında məsələni məruzə hazırlanması üçün Sosial Məsələlər Komitəsinə göndərmək qərarı verdi. Bu qərar elə həmin gün Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqləndi. Nəhayət, 2014-cü ilin 12 may tarixində Sosial Məsələlər Komitəsi Nikosiyada keçirilən iclasında bosniyalı deputat xanım Milisa Markoviçi "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsinin hazırlanması üçün məruzəçi təyin etdi.
d) Məruzəyə və məruzəçiyə hücumlar
Ermənistan tərəfi problemin ATƏT-in Minsk Qrupu çərçivəsindən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə çıxış edir və bunun danışıq prosesinə mane olduğunu bəhanə gətirərək, öz işğalçı siyasətini ört-basdır etməyə çalışır, Azərbaycan ərazilərini işğal etməsi və işğal altında olan Sərsəng su anbarı ilə bağlı AŞPA-da hər hansı müzakirələr aparılmasının və qətnamələr qəbul edilməsinin qarşısını almağa çalışır. Odur ki, Ermənistan tərəfi "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair" məruzəçi Robert Volter kimi "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi"nə dair məruzəçi Milisa Markoviçlə də əməkdaşlıq etməkdən imtina etmişdir.
AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanladı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər etməsi üçün şərait yaratmamışdır. Ermənistanın AŞPA katibliyinə cavabı isə qeyri-ciddi və gülünc olmuşdur. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma "DQR"ə müraciət etməyi məsləhət görmüşdür. Ermənistanın bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma "DQR"lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya "DQR"i tanıması və onunla əməkdaşlıq etməsi barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmiş oldu.
Ermənistanın bu destruktiv mövqeyinə baxmayaraq, xanım deputat Milisa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər etmiş, Azərbaycanda rəsmi dövlət orqanları ilə, "SOS Sərsəng" layihəsi həyata keçirən AVCİYA nümayəndələri ilə görüşlər keçirmiş, Sərsəng su anbarının işğal altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etmiş, yerli əhali ilə söhbət etmiş, yerlərdə real vəziyyətlə tanış olmuş və məruzəni hazırlayaraq Sosial Məsələlər Komitəsinə təqdim etmişdir.
Ermənistan tərəfi hər vəchlə məruzənin hazırlanmasının, Komitədə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışmışdır. Bunun üçün Ermənistan rəsmiləri, prezident və xarici işlər naziri səviyyəsində AŞPA üzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər etmiş, Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları AŞPA üzvləri ilə görüşərək onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışmış, məruzəçinin Sərsəng su anbarı yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzənin gündəlikdən çıxarılmasını tələb etmişlər.
e) Ermənistana işğalçı möhürü vuruldu
Qeyd edilməlidir ki, işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın dərhal azad edilməsinə dair təqdim etdiyim 2 qətnamə layihəsi əsasında Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə gərginliyin artmasına dair" hazırladığı məruzəsinin noyabr ayının 4-də Siyasi Məsələlər Komitəsinin iclasında qəbul edilməsi ilə Ermənistana işğalçı damğası vurulmuş oldu.
Bununla bərabər, Sosial Məsələlər Komitəsində mənim təklif etdiyim üçüncü qətnamə təklifi əsasında yenə də noyabr ayında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsinin qəbul edilməsi Ermənistanın öz işğalçılıq siyasətini həyata keçirməsi üçün hətta dünyada həyat mənbəyi hesab edilən sudan silah kimi istifadə etməsini dünyaya bəyan etmiş oldu və Ermənistana vurulmuş işğalçı möhürünü bir daha təsdiqlədi.
f) Ermənistanın təlaşı və özünümüdafiə cəhdləri
AŞPA Siyasi Komitəsində işğal edilmiş torpaqlarımızla bağlı qətnamə qəbul edildikdən sonra məğlubiyyət təlaşı yaşayan ermənilər 23 noyabrda Sərsəng su anbarına dair qətnamə layihəsinin də qəbul edilə biləcəyindən dərin təşvişə düşdülər. Onlar böhtan, yalan, iftira və sair bu kimi özlərinə xas olan yollarla öz riyakarlıqlarını həyata keçirməyə başladılar. Bütün bunlarla yanaşı, onlar məruzəçiyə, onun təmsil etdiyi dövlətə də bütün mümkün vasitələrlə təsir və təzyiq etdilər. Erməni milli konqresi fraksiyasının rəhbəri Levon Zurabyan 20 noyabr 2015-ci il tarixli brifinqdə bildirirdi ki, onun da daxil olduğu Ermənistanın AŞPA-da nümayəndə heyəti işğala dair qətnamə təklifi üzrə məruzəçi Jan-Klon Minyonun təyin olunmasına çalışmış, lakin uduzmuşlar. Bununla da o, ermənipərəst Jan-Klod Minyonla işbirliklərini açıq etiraf edir. Jan-Klod Minyon AŞPA prezidenti olduğu dövrdə həm işğalla bağlı, həm də Sərsəng su anbarına dair verdiyim qətnamə təkliflərinə iki dəfə veto qoymuşdur.
Bu məruzələr gündəmə gələn dövrdən bu günədək AŞPA prezidenti olmuş hər iki şəxs- Jan-Klod Minyon və Ann Brassör deputatların yaddaşında Azərbaycan torpaqlarının işğalı ilə bağlı hər iki məruzəyə qarşı kəskin mövqedə olan və ermənilərin müdafiəsində duran AŞPA rəhbərləri kimi qalacaqlar.
Yeri gəlmişkən, hər iki məruzədə, eləcə də Azərbaycanla bağlı digər məsələlərdə Azərbaycana qarşı düşmən mövqedə olan, ölkəmizin mənfi imicini formalaşdırmaq üçün daim böyük fədakarlıqlar göstərən AŞPA baş katibi Savitskinin də misilsiz "xidmətləri"ni qeyd etmək istərdim.
Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmin ərəfədə, 20 noyabr 2015-ci il tarixində geniş müsahibə ilə çıxış etdi. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin bu çərçivədən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə olduqlarını, Minsk Qrupu həmsədrlərinin bu qətnamənin danışıq formatının dəyişdirilməsi cəhdlərinin nizamlanma prosesinə mane ola biləcəyi fikrində olduqlarını bəyan etmişdir. Halbuki, Minsk Qrupu həmsədri Ceyms Uorlik 06 noyabr 2015-ci il tarixində yerli xəbər agentliyinə verdiyi müsahibədə AŞPA-nın bu qətnaməsini alqışladığını, AŞPA məruzəçiləri ilə bu məsələnin həllində məsləhətləşmələr aparılmasına hazır olduqlarını bildirmişdi.
Edvard Nalbandyanın bildirdiyinə görə, məruzəçi Robert Volter Dağlıq Qarabağa səfər etmək üçün guya 22 sentyabr tarixində qondarma "DQR" rəhbərliyinə yazılı müraciət edib, guya qondarma "DQR" Sərsəng su anbarı məsələsində də əməkdaşlıq etmək niyyətindədir, onlar AŞPA məruzəçisini qəbul etməyə hazırdır.
Burdan da açıq-aydın görünür ki, işğalçı tərəf separatçı rejimin adını hallandırmaqla xal qazanmaq, işğalı qanuniləşdirmək istəyindən əl çəkmir. Əlbəttə ki, AŞPA-nın tanımadığı bir quruma məruzəçinin məktub göndərməsi və ya hər hansı bir əməkdaşlıq edilməsi tam cəfəngiyyatdır. Qəbul edilmiş son qətnamədə də AŞPA birmənalı olaraq Ermənistanı işğalçı adlandırır, AŞPA ilə məruzələrin hazırlanması prosesində əməkdaşlıq etmədiyinə görə Ermənistanı ittiham edir.
Bu faktlar bir daha sübüt edir ki, Nalbandyan düşdükləri məğlub durumdan çıxmaq üçün yalan danışmaqdan, dünya ictimaiyyətini açıq şəkildə aldatmaqdan belə çəkinmir. Öz məğlubiyyətləri ilə barışa bilməyən ermənilər eyni zamanda günahkar axtarışına da çıxmışdılar.
Noyabr ayında ilk məğlubiyyətlərindən sonra təşvişə düşmüş ermənilər etdikləri bütün riyakarlıqlara baxmayaraq, növbəti dəfə uğursuzluğa düçar oldular.
Nəticə
Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasında qəbul edilmiş "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnaməsi Azərbaycanın işğal altında qalmış strateji obyekti olan Sərsəng su anbarına dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir.
Bu qətnamə çox vacib və xüsusi əhəmiyyət kəsb edən sənəddir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı faktı bir daha öz təsdiqini tapır, işğal altında olan ərazilərə qonşu olan Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan əhalisi üçün humanitar və ekoloji problemlər yaratması pislənir, Sərsəng su anbarının baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır, Ermənistan hakimiyyətindən su ehtiyatlarından siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmaq və öz silahlı qüvvələrini sözügedən regiondan dərhal geri çəkməsi tələb edilir.
Bütövlükdə, bu sənəd Ermənistanın işğalçı siyasətinin mahiyyətini bir daha təsdiqləyir, Ermənistanın işğalı nəticəsində bölgədə yaranmış vəziyyətlə dünya ictimaiyyətini məlumatlandırır, danışıqlarda Azərbaycanın mövqeyini gücləndirir, beynəlxalq aləmdə Ermənistana siyasi təzyiqlərin artırılması üçün Azərbaycanın imkanlarını genişləndirir.
Xüsusilə vurğulamalıyam ki, AŞPA-da işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın azadlığa buraxılmasına dair 2 qətnamə təklifi əsasında "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" qətnaməsinin, həm də Sərsəng su anbarına dair "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnaməsinin qəbulu uğrunda mübarizə həmişə Azərbaycan Respublikasının Prezidentinin nəzarəti altında olmuşdur və bu qətnamələrin qəbulu Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.
Bu qətnamələrin qəbulu mənim bir Azərbaycan övladı kimi vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edirəm ki, bu qətnamələr AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaq. Çünki bu bizim haqq səsimizdir!
Nəhayət, sonda qeyd etmək istərdim ki, 6 dekabr 2015-ci ildə 75 yaşım tamam olur. Ötən illəri xatırlayarkən hər zaman düşünürəm: "Görəsən arxada qoyduğum illərdə xalqım, vətənim, torpağım üçün yaddaqalan nə isə edə bildimmi?" 3 qətnamə layihəmin qəbul edilməsi ilə möhtəşəm qələbənin həyəcan və sevincini yaşayarkən, çox sevdiyim 4 misranı xatırladım. Sanki şair bu 4 misranı mənə həsr etmişdir:
Düşünmə ki qocalmısan,
Hər yaranan qocalammaz.
Qocaldıqca ucalmısan,
Hər qocalan ucalammaz.
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ