ABŞ-ın Nyu York şəhərinin ən məşhur mafiya qruplarından Siciliya mənşəli Qambino ailəsi İŞİD hücumlarına qarşı xalqı qorumağı təklif edib.
Baki-xeber.com xəbər verir ki, Qambino ailəsindən Ciovanni Qambino Nyu Yorkluları FBI, Daxili Təhlükəsizlik Təşkilatı kimi təşkilatlardan daha yaxşı qoruya biləcəklərini iddia edərək, "Rəsmi təhlükəsizlik təşkilatları ümumiyyətlə gec hərəkətə keçir və hadisələrin tam şəkilini bilmir, çünki kəşfiyyatları zəifdir" – deyə bildirib.
Paris hücumlarından sonra təhlükəsizlik məsələsinin daha vacib olduğunu deyən Qambino bildirib ki, İŞİD Nyu Yorka hücum planlaşdırsa, əvvəl Siciliya mafyası ilə qarşılaşmalı olacaq.
Qambino dünyanın təhlükədə olduğunu da bildirib: "Amma Nyu Yorkun məhəllələrində yaşayıb siciliyalılarla əlaqəsi olanların qorxmasına gərək yoxdur. Biz dostlarımızı və ailələrimizi radikallardan və terrorçulardan, xüsusilə də İŞİD deyilən zalım və psixopat təşkilatdan qoruyacağıq".