"Seçki kampaniyası dövründə həm namizədlər, həm də partiyalar arasında rəqabət müşahidə olunur”. Seçki-2015.az sayt xəbər verir ki, azərbaycanlı politoloq, "Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin "Rossiyskaya qazeta”da dərc edilən məqaləsində belə deyilir.
Bildirilir ki, builki seçkilərdə də gənclərin istər mandat uğrunda mübarizəsi, istərsə də sosial şəbəkələrdəki fəallığı xüsusi diqqət çəkir. Onun sözlərinə görə, əsas diqqətçəkən məqamlardan biri müxalifətin fəal gəncləri öz tərəflərinə çəkmək cəhdləridir.