"Azərbaycandakı parlament seçkiləri mürəkkəb beynəlxalq şərait fonunda keçəcək”. Trend-in məlumatına görə, bu barədə Secki-2015.az saytına açıqlamasında Rusiyanın "KUB” analitik mərkəzinin eksperti Nadana Fridrixson bildirib.
Ekspert Azərbaycandakı parlament seçkilərinin Türkiyədəki siyasi proseslə eyni gündə - noyabrın 1-də keçiriləcəyi faktını diqqətə çatdırıb.
Ekspert bildirib ki, cari ilin iyununda Türkiyədə parlament seçkiləri keçirildi: "Seçkilərlə bağlı çıxış edən qardaş ölkənin Baş naziri Əhməd Davudoğlu bildirdi ki, ölkədəki daxili siyasətin vəziyyəti həmin seçkilərdə öz əksini tapdı. Əlbəttə ki, Azərbaycandakı vəziyyət Türkiyəyə nisbətən daha möhkəmdir. Milli Məclisdəki yerləri tutmaq üçün hakim partiya, demək olar ki, bütün şanslara malikdir. Bundan başqa, seçkilərin nəticələrinə görə ölkədə hər hansı ciddi çaxnaşmaların olacağını güman etmək çətindir”.