Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azərbaycanın geosiyasəti"
Tarix: 27.10.2015 / 01:23
Bölmə: Siyasət
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Qeyd edək ki, MDB adlı təşkilat yarandıqdan sonra 1991-93-sü illərdə SSRİ-ni birləşdirən on beş respublikadan on biri- Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Tacikistan, Ermənistan və ən sonda Azərbaycan bu təşkilata üzv oldu. Qalan dörd respublikadan üçü- Latviya, Litva, Estoniya hökumətləri Avropa Birliyinə, NATO-ya və s. inteqrasiya olunmaları haqqında istəklərini bildirdilər və bu yöndə fəaliyyətə başlayaraq, qısa müddətdə gözlə görünən müsbət nəticələr əldə etdilər.
Türkmənistan isə "bitərəf dövlət" siyasi kursunu yürütmək adı ilə bu quruma üzv olmaqdan imtina etdi.
SSRİ-nin yoxluğu şəraitində bu quruma üzv olan ölkələr, ilk növbədə özünün sərhəd və digər pay bölgüləri (bura iqtisadi sahələr sənaye obyektlərinin bölünməsi, hərbi texnika və sursatların paylanması və s. məsələlər daxildir) problemlərini müzakirə obyektinə çevirdilər. Son nəticədə əksər respublikalar belə razılığa gəldilər ki, ölkələrarası sərhədləri SSRİ tərkibində 1991-ci ilə qədər mövcud olan keçmiş inzibati bölgülər çərçivəsində saxlasınlar.
Bununla yanaşı, Rusiya özünün geosiyasi maraqlarını nəzərə alaraq 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılmasının təşəbbüsçüsü oldu və bu təşkilat yarandıqdan sonra, MDB-yə üzv olan on bir dövlətdən üçü- Azərbaycan, Gürcüstan və Moldova ərazisində Rusiya tərəfindən yaranan və idarə edilən münaqişələr səbəbindən quruma üzv olmaqdan imtina etdilər.
Hörmətli professor Əli Həsənov yazır ki, MDB tərkibində ayrı-ayrı geosiyasi məsələlərə, xüsusilə də hərbi-strateji və təhlükəsizlik üzrə dərinləşdirilmiş inteqrasiya proseslərinə ehtiyatlı yanaşma siyasəti, bir çox dövlətlərin yürütdüyü müstəqil xarici siyasət kursunun tələblərindən irəli gəlirdi. Rusiya təşkilata üzv ölkələrin hər biri ilə münasibətlərini və onlar üzərindəki geosiyasi və geostrateji təsirini daha çox MDB-nin dövlətüstü və idarəetmə mexanizmləri vasitəsilə deyil, daha çox üzv ölkələrlə ikitərəfli münasibətləri dərinləşdirmək vasitəsilə reallaşdırmağa çalışırdı.
Müəllif yazır: "... MDB-nin müstəqil, regional-beynəlxalq təşkilat kimi fəaliyyətinə və gələcək perspektivlərinə, Rusiyanın digər üzv dövlətlərin ona münasibətinə, bu sahədə bir neçə həlledici geosiyasi amil və məqam özünü biruzə verir.
- İlk növbədə qeyd edilməlidir ki, MDB üzvü olan dövlətlərin hər biri geosiyasi maraqlarını təmin etmək üçün ayrılıqda dünyanın qabaqcıl və inkişaf etmiş - ABŞ, Avropa Birliyi, Yaponiya, Çin və s. ilə ikitərəfli və nüfuzlu beynəlxalq qurumlarla çoxtərəfli əlaqələrə can atır...;
- İkincisi, MDB-də əsas və aparıcı rolu Rusiya oynayır. Bu qurumun sədrliyi elə yarandığı gündən məhz Rusiyaya məxsusdur. Bu amil bir tərəfdən digər üzv dövlətlərin MDB tərkibində hüquqlarının qeyri-bərabər olduğunu, digər tərəfdən isə siyasi, iqtisadi və digər inteqrasiya proseslərində üzvlər arasında qeyri-bərabər şəraitin mövcudluğunu göstərir...;
- Üçüncüsü, MDB çərçivəsində formalaşdırılan ümumi xarici və daxili siyasət, dünyada, regionda və üzv dövlətlərin ərazisində baş verən geosiyasi xarakterli və proseslərə yanaşmalar bir qayda olaraq üzv ölkələrin milli maraqlarını tam əks etdirmir...;
- Dördüncüsü, MDB tərkibində həyata keçirilən regional inteqrasiyanın sürəti, dərinliyi və başqa geosiyasi məsələlərlə bağlı üzv ölkələrin maraq və mənafeləri ciddi fərqlənir. MDB-nin hərbi-geostrateji məsələlərlə təhlükəsizlik və müdafiə sahəsi ilə bağlı dərinləşdirilmiş inteqrasiya planları bir qrup üçün məqbul, digəri üçün qeyri-məqbul hesab olunur...;
- Beşincisi, MDB beynəlxalq aləmdə Avrasiya subregional inteqrasiya təşkilatı kimi tanınsa da, beynəlxalq münasibətlər və hüquq sistemində öz vahid səsi, yeri və rolu olan qurum- hüquqi şəxs statusu ilə tanına bilməyib..." (Bax. s. 397-399)
***
Görünən budur ki, MDB geosiyasi, geoiqtisadi, hərbi-geostrateji proseslərdə inteqrasiya rolunu oynaya bilmədi. Bunun da bir çox səbəblərini yuxarıda qeyd etməklə yanaşı, bir məsələni də vurğulamaq yerinə düşərdi.
Məsələ bundadır ki, Rusiyanın MDB-yə üzv ölkələr arasında apardığı uğursuz siyasət bunun bariz nümunəsidir. Belə ki, Rusiya MDB-yə daxil olan ölkələr arasında yürütdüyü "ikili siyasətin" nəticəsində bu quruma olan etibar getdikcə zəiflədi və sonda yeni qurumların yaranmasına səbəb oldu. Fikir verin, bir tərəfdən Rusiya geosiyasi inteqrasiyanın tərəfdarı kimi çıxış edir, digər tərəfdən isə MDB-yə üzv olan bəzi dövlətlərdə separatizmə, bölücülüyə, qarşıdurmaya, münaqişəyə rəvac verib. Məsələn, Rusiya Gürcüstanda, Moldovada, Ukraynada, qeyri-rəsmi olaraq Dağlıq Qarabağda separatçı rejimlərə dəstək verir, özünün regionda geosiyasi, hərbi-geostrateji maraqlarını həyata keçirmək istəyir və buna da çalışır. MDB-yə üzv dövlətlərin hansı Rusiyaya deyil, bütün dünyada gedən proseslərə inteqrasiya olunmaq istəyir, o zaman rəsmi Moskvanın təhdidləri ilə qarşılaşır. Bu da onun getdikcə etibarlılığını və nüfuzunu itirir. Bu səbəbdən də son illər yaranmış Rusiya-Belarus İttifaqı (RBİ), Avrasiya İqtisadi Birliyi (AİB), Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatı (MAƏT), Türk Dövlətlər Birliyi (TDB), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və s. qurumlar dərinləşmiş inteqrasiya proseslərində MDB-nin indiki fəaliyyətindən fərqli olaraq xeyli irəli gediblər. Bu təbiidir, çünki MDB məkanına müxtəlif geosiyasi maraqları mövcud olan dövlətlər bir araya gəliblər. Bir qütbdə əraziləri işğal olunmuş, yaxud münaqişələr içində çabalayan dövlətlər, digər qütbdə isə ya bu ilhaqa və münaqişəyə rəvac verən, ya da bu qarşıdurmada birbaşa iştirak edən dövlətlər durur. Məsələn, 2008-ci ilin avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsi və bu dövlətin paytaxtının 50 kilometrliyində hərbi qoşunlarını yerləşdirməsi buna bariz nümunədir. Yalnız beynəlxalq qurumların və Qərb dövlətlərinin səyi nəticəsində Rusiya öz qoşunlarını geri çəkməsinə baxmayaraq onları qondarma rejim olan Osetiyada yerləşdirdi. Belə bir addım Gürcüstanın MDB üzvlüyündən çıxması ilə nəticələndi.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra postsovet məkanında əsl geosiyasi ittifaq nümunəsi Rusiya və Belarus arasında yaranan qurum ola bilər. Belə ki, bu ittifaq özündə vahid iqtisadi məkan, vahid valyuta, enerji təminatı, ümumi dövlətüstü qurumlar və başqa fəaliyyət növləri ehtiva edir. Lakin MDB-yə üzv ölkələr bu quruma daxil olmağa tələsmirlər. Əslində, bu ittifaq Rusiyanın MDB çərçivəsində gələcək yaratmaq istədiyi Vahid İqtisadi Məkan və Gömrük İttifaqının mini layihəsi idi. Buna gedən yolda sonradan yaranan "dördlər" və Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın da daxil olduğu "beşlik" bu günə qədər tam gücü ilə fəaliyyət göstərə bilmir. Bunun da əsas səbəbi üzv dövlətlər arasında iqtisadi maraq və qarşılıqlı mənafe sisteminin sona qədər, dərk olunmuş şəkildə işlənib hazırlanmasıdır. Buna heç Rusiya da imkan verməyəcək, çünki Rusiya alt qatda özünün geosiyasi və hərbi-geostrateji mənafelərini qarşılıqlı mənafeyə qurban verə bilməz. Rəsmi Moskvanın analitikləri belə hesab edirlər ki, qarşılıqlı mənafe son nəticədə siyasi və hərbi təsirini üzv ölkələri arasında itirəcək.
Ardı var
Yunus Oğuz
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
Tarix: 23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
Tarix: 23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
Tarix: 23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
Tarix: 23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
Tarix: 23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
Tarix: 23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
Tarix: 23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
Tarix: 23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
Tarix: 23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
Tarix: 23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ