Rusiyanın Suriyadakı əməliyyatlarından qaçan İŞİD yaraqlıları İraqda da sığınacaq tapa bilməyəcəklər.
Baki-xeber.com xəbər verir ki, Suriyadakı hava bombardımanı ilə bölgədə stratej tarazlığı dəyişdirən Rusiya indi də ABŞ-ın yaxın müttəfiqi İraqı da vurmağa hazırlaşır. İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Hakim El Zamil Moskva və Bağdadın Suriyadan İraqa qaçan İŞİD yaraqlılarına qarşı hava əməliyyatları ilə bağlı razılaşdığını açıqlayıb.
İranın "Fars” agentliyinin xəbərinə görə, iraqlı millət vəkili Zamil ölkə parlamentinin Rusiyaya İraqdakı İŞİD hədəflərinə qarşı hava əməliyyatlarına "yaşıl işıq” yandırdığını bildirib: "İraq Suriyadan bu ölkəyə qaçan İŞİD Yaraqlılarını vurması ilə bağlı Rusiya ilə razılaşdı"