"Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Qərb ölkələrinin təzyiqlərinə məruz qalır". APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov rusiyalı jurnalistlərə açıqlamasında deyib. "Bizim prezidentimiz müstəqil siyasət yeritmək istəyir və bu, çoxlarının xoşuna gəlmir. Bizə olan təzyiqlərin əsl səbəbi budur”, - deyə o, söyləyib.