çərşənbə axşamı günü, 24 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


Təbiidir ki, dünyada ən çox əhalisi olan (1 milyard 300 milyondan artıq) dövlət ucuz işçi qüvvə kimi insan resursları ilə də fərqlənir. Belə ki, dünyanın hər yerinə yayılan və bütün sahələrdə çalışan çinlilər getdikcə yaşadıqları ölkələr (baxmayaraq onlar həmişə kompakt yaşayırlar, xaricdə öz ölkələrinin adət-ənənələrinin qoruyucusuna çevrilirlər) inteqrasiya olunur. İstisna deyil ki, hansı sahədəsə söz sahibliyi hüququnu da daşısınlar. Təsadüfi deyil ki, Çin istehsalı dünyanın ən məşhur və bahalı brendlərini, yaxud brend olmayan mallarını bir aydan sonra ən ucuz qiymətə istehsal edir və dünya bazarına bu malları çıxarmağa müvəffəq olur.

Bütün bunlarla yanaşı Əli Həsənov qeyd edir ki, region dövlətləri ilə ideoloji, iqtisadi-siyasi əlaqələr yaratmaq baxımından da Çin sərfəli tərəfdaş hesab olunur. Bu ölkə bir qayda olaraq, tərəfdaş dövlətlərin daxili siyasi və ideoloji həyatına müdaxilə etmir, daha çox onlarla iqtisadi və mədəni əməkdaşlıq, ölkələrarası dostluq münasibətləri yaratmağa meyl göstərir. Çin bir qayda olaraq geosiyasi və geoiqtisadi rəqiblərinə münasibətdə özünü təmkinli aparır. Çalışır ki, ölkəsinin milli maraqlarını münaqişəsiz, birbaşa, üz-üzə gəlmədən, toqquşmadan reallaşdırsın. Bölgədə fəallığı seçilən ilə, nüvə silahına sahib çıxdıqdan sonra regionda nüfuzunu artıran geosiyasi maraqlarını Hindistan və İrana zidd olan ölkələrdən biri də Pakistandır. Qeyd edək ki, bu ölkənin Türkiyə və Azərbaycana geosiyasi tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətlər getdikcə dərinləşir.

Nəzərə almaq lazımdır ki, bu tərəfdaşlıq və əməkdaşlığın kökündə tarixi münasibətlər durur. Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra, dövlətimizin suverenliyini tanıyan ikinci ölkə (birinci Türkiyə idi) Pakistan olub. Hörmətli professor yazır ki, Pakistanı tam əminliklə Azərbaycanın hərbi-strateji müttəfiqi hesab etmək olar. Çünki bütün sahələrdə, Dağlıq Qarabağ məsələsində də Pakistan Azərbaycana birmənalı şəkildə dəstək verən ölkələrin önündə gedir.

Əli Həsənov yazır: "Qeyd etmək lazımdır ki, Pakistan indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb və ən müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Öz növbəsində Azərbaycan da Kəşmir problemində Pakistanın mövqeyini dəstəkləyir və TRASEKA layihəsində müşahidəçi kimi iştirak edən bu dövlətə hərtərəfli dəstək verir. Bundan başqa, rəsmi Bakı üçün Pakistanın Azərbaycan hərbiçilərinin hazırlığında oynadığı rol islam ölkələrinə təsir imkanları da vacib amildir...”(Bax. s. 391)

***

Kitabın II bölümünün "postsovet məkanının ümumi geosiyasi xarakteristikası: MDB ölkələri və Rusiya; Fərqli maraqlar və regional geosiyasi fəaliyyətin əsas xüsusiyyətləri” mövzusu da, fikrimcə çox obyektiv araşdırılıb və cərəyan edən hadisələri müəllif dolğunluqla göstərə bilib.

***

Məlumdur ki, müasir Azərbaycan dövlətinin sərhədləri daxilində (baxmayaraq bu sərhədlərin müəyyən hissəsini zaman-zaman itirmişik.) yaşayan əhalinin taleyi yüz ildən artıq Çar Rusiyasının (1813-Gülüstan, 1828-Türkmənçay müqavilələri), bu rejim 1917-ci ildə fevral burjua inqilabından sonra 71 il ərzində (1920-1991 illər) sovetlər birliyinin əlində olub. Bir zamanlar ərazisinin bir ucu Hind okeanına, bir ucu Bağdada, digər ucu isə Qara dənizə dayanan və regionda siyasi və iqtisadi, hərbi münasibətləri müəyyənləşdirən, Azərbaycan ərazisində mövcud olan türk dövlətləri XVIII əsrdən başlayaraq tənəzzülə uğramış, son nəticədə parçalanaarq iki yerə bölünmüş, indiki ərazimiz iki yüz ilə yaxın bir müddətdə Rusiyanın tabeçiliyində olmuşdur. Bu tabeçilik (bura bütün- geosiyasi, geoiqtisadi, hərbi-geostrateji münasibət daxildir) 1991-ci ilin sonunda aradan qalxdıqdan sonra (qeyd etməliyəm ki, 8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusiya rəhbərlərinin Belovejskdə imzaladığı müqavilə əsasında SSRİ adlı dövlətin daha fəaliyyət göstərmədiyini elan etdilər. Əslində bu üç dövlət SSRİ-nin tərkibindən çıxmaq haqqında bəyanat verdi.) aradan qalxdıqdan dərhal sonra digər respublikalar da SSRİ-nin tərkibindən çıxmaq haqqında bəyanat verdilər. Azərbaycan Sovet Sosialist respublikası da bu siyasi proseslərdən kənarda qalmadı, baxmayaraq Azərbaycan tərəfi hələ 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti özünün müstəqillik haqqında aktını qəbul etmiş və 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikasının varis elan etmişdi. Lakin, SSRİ-nin varisi olan Rusiya bölgədə gedən geosiyasi prosesləri nəzarətdə saxlamaq üçün elə Belovejskdə razılığa gəldilər ki, Avrasiyada gələcək subregional inteqrasiya proseslərinin formalaşmasının mərkəzində yeni bir təşkilat dayansın- Müstəqil Dövlətlər Birliyi (MDB). MDB-nin yaradılması haqqında üç dövlətin imzaladağı sazişdə bəyan edilirdi ki, bundan sonra SSRİ beynəlxalq hüququn və beynəlxalq münasibətlərin subyekti kimi öz fəaliyyətini dayandırır, onun yerində isə üç müstəqil dövlətin bərabərhüquqlu əsasda birləşdiyi MDB fəaliyyətə başlayır. Təsəvvür edirsinizmi, bu sətirlərin müəllifi də daxil olmaqla, dünyaya hakimlik iddiasından əl çəkməyən, minlərlə, yüzminlərlə, milyonlarla insanın beynini ideoloji cəhətdən "süzgəcdən keçirib, təmizləyən” yaxud onları SSRİ-nin ən sərt həbsxanalarına siyasi və iqtisadi baxışlarına görə sürgün edən və çürüdən, məşhur "üçlük” tərəfindən sorğu-sualsız güllələnən, apardığı ideologiyaya görə dünyada inqilablar etməyi bacaran, həm də dünyada söz sahibi olan SSRİ adlanan imperiya süquta uğradı. Səsi, sorağı sonra çıxacaq (SSRİ- nin 80-90-cı illərdə Sovet respublikalarında yaratdığı problemlər hələ də həll olunmur, Rusiyanın geosiyasi maraqlarına uyğun olaraq adətən münaqişələr bir müddət "dondurulur”, zaman gəldikdə isə rəsmi Moskva bu münaqişələri yenidən alovlandırır.) bir imperiyanın aqibəti səssiz-səmirsiz həll olunur. Yalnız üç dövlət arasında saziş imzalandıqdan sonra, dünya dövlətlərinə və ictimaiyyətinə məlum olur ki, SSRİ adlanan bir dövlət daha fəaliyyət göstərmir, beynəlxalq təşkilatların subyekti deyil.

Ən əsası isə dağılan imperiya məkanında həm vətəndaş müharibələri, həm müharibə, münaqişə və toqquşmalar getdikcə daha da qızışır. Adama elə gəlir ki, bütün bunlar heç zaman dayanmayacaq, həmişə belə olacaq, Rusiyanın nəzarətindən təkcə Əfqanıstan, Yaxın Şərq, Latın Amerikasında bəzi dövlətlər deyil, həm də Şərqi Avropada özünün ilhaq etdiyi Şərqi Avropa dövlətləri çıxdı; Almaniya birləşdi, Çexoslavakiya iki yerə, Yuqaslaviya bir neçə dövlətə bölündü. Onun ideologiyasına xidmət edən milyonlarla insan birdən-birə dəyərsizləşdilər, iş yerlərini itirdilər, bununla da qarşıdurmanın bir tərəfinə çevrildilər. Elə, 90-cı illərin əvvəllərində Rusiyanın özündə Dövlət Duması tərəfindən bir neçə dəfə çevrilişə cəhd edilməsi buna bariz nümunədir. Hələ, keçmiş SSRİ respublikalarında, yəni Azərbaycan, Gürcüstan və Ermənistanda, daxili müharibələrlə, münaqişələrlə, toqquşmalar ilə müşaiyət olunan münasibətlərdən, yaxud Rusiyanın Çeçenistanla uzun illər apardığı müharibədən bəhs etmirəm. Mövzumuzdan kənarda olduğu üçün, sadəcə olaraq, hörmətli oxucularımıza bunu xatırladıram.

Ardı var

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ