çərşənbə axşamı günü, 24 noyabr 2026
     

İslam dünyasının iki nəhəngi müharibəyə addım-addım yaxınlaşır

Image


Cənub qonşumuzla bəzi ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı arasında artan gərginlik Yaxın Şərqdə onsuz da mürəkkəb vəziyyəti daha da pisləşdirə bilər. Bu isə ümumilikdə müsəlman aləminə ciddi zərbə deməkdir. Hazırda İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin getdikcə daha da gərginləşməsi müşahidə olunur.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr deyib ki, İran Livan, Suriya, İraq və Yəmən kimi ölkələrin daxili işlərinə qarışmaqdan imtina etməlidir. O, növbəti dəfə Bəşər Əsədin Suriya prezidenti vəzifəsindən getməli olduğu fikrini təkrarlayıb: "İran Suriyada döyüşən və ərəb torpaqlarını işğal edən bir ölkədir. İran işğala davam etdiyi müddətcə Suriya böhranının həllində heç bir rol ala bilməyəcək. İranın danışıqlarda iştirak etməsi üçün Suriyadan çəkilməsi və Bəşər Əsəd rejiminə silah yardımını dayandırması lazımdır. Biz Suriyada dövlət qurumlarını mühafizə edəcək keçid heyətinin qurulmasını dəstəkləyirik. Keçid heyətinin qurulmasından sonra isə Əsəd vəzifəsindən getməlidir".
Bu arada yayılan məlumata görə, İran Suriyada daha bir yüksək rütbəli hərbçisini itirib. Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibindəki "İmam Hüseyn" briqadasının komandirlərindən olan polkovnik Müslim Hizab Suriyada həyatını itirib. Suriya ordusunda hərbi məsləhətçi vəzifəsini yerinə yetirən polkovnikin nə vaxt öldürüldüyü bildirilmir. Onun cənazəsinin İrana gətirilərək İsfahanda dəfn edildiyi xəbər verilir.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran bu ölkədə yüksək komandanlıq səviyyəsində ciddi itkilər verir. İran ötən həftə Suriyada 3 generalını itirib. Bununla da 2013-cü ilin fevralından indiyə kimi Suriyada öldürülən iranlı generalların sayı 8-ə çatıb. Amma bütün bunlar İranın Suriyadan geri çəkilməsinə hansısa təsir göstərmir. Əksinə, Rusiyanın yaxından hərbi yardımı ilə güclənən Əsəd rejiminə İranın köməyi artır. Bu da Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin daha sərt reaksiyasına səbəb olur. Səudiyyə Ərəbistanı və İran arasındakı münsibətlərin pisləşməsi bir sıra digər səbəblərlə bağlıdır. İran prezidenti Həsən Ruhaninin Yəməndə husi üsyançılarına qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumlarını sərt tənqid etməsindən sonra iki ölkə arasında gərginlik daha da artıb. Səudiyyə Ərəbistanının Yəməndəki kampaniyasını soyqırım və cinayət adlandıran İranın Yəməndəki husi üsyançılarına həm hərbi, həm də maliyyə cəhətdən dəstək verdiyi də heç kimə sirr deyil. Ərəb dövlətləri ilə İran arasındakı münasibətlərin gərginləşməsinə digər səbəb Səudiyyə Ərəbistanı ilə Bəhreynin birləşməsi ideyasına İranın verdiyi sərt reaksiyadır. Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbi "Səudiyyə Ərəbistanı-Bəhreyn Birliyi Layihəsi" ilə bağlı İrana müraciət edərək, onun Bəhreynə qarşı həyata keçirdiyi media kampaniyasına son verməsini tələb etmişdi: "Bəhreynlə Səudiyyə Ərəbistanı arasındakı birləşmə ideyası iki suveren ölkəni maraqlandıran bir məsələdir və başqa ölkələrin bu məsələyə müdaxilə etmə hüququ yoxdur". Əhalisinin çoxu şiə olan Bəhreyndə sünni monarxiya iqtidarı mövcuddur. İran bu ölkənin daxilində müəyyən planlar həyata keçirməyə çalışsa da, Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi ilə bu planların qarşısı alınıb. Bəhreyndəki strateji binaları Səudiyyə Ərəbistanının əsgərləri qoruyur. Ölkədə gərgin atmosfer isə hələ də davam edir. İran isə bildirib ki, Bəhreyn onun tarixi ərazisidir.
Bunlarla yanaşı, Həcc ziyarəti zamanı baş verən faciə ilə bağlı olaraq İran Səudiyyə Ərəbistanının ünvanına çox kəskin bəyanatlar verib. Səudiyyə Ərəbistanı da, öz növbəsində, baş verən faciədə iranlı zəvvarları günahlandırıb. Beləliklə, İran və Səudiyyə Ərəbistanı indiki halda bütün cəbhələrdə mübarizə aparır. Hər iki tərəf regionda maraqlarını qorumaq üçün fəaliyyətini genişləndirir. Digər tərəfdən, burada neft faktoru da rol oynayır. İranın yenidən neft bazarına girməsi Səudiyyə Ərəbistanının mövqelərinə böyük zərbədir. Çünki İran da neft qaynaqlarına görə dünyada ilk sıralardadır. İran dünya neft bazarında öz mövqeyini qaytararaq Səudiyyə Ərəbistanının mövqeyini daraldacaq. Bu isə ərəb ölkələri ilə İran arasında bazar uğrunda rəqabətə səbəb olacaq. Bundan əlavə, Qərb sanksiyalarının götürülməsi fonunda Səudiyyə Ərəbistanı İranın nüvə silahı yarada biləcəyini bəyan edir və bunu özü üçün böyük təhdid adlandırır. Özünün Yaxın Şərqdəki önəmli müttəfiqi hesab etdiyi ABŞ-ın İrana bu haqqı verməsini heç cür qəbul edə bilməyən rəsmi Ər-Riyad İsrailə qoşulub bütün beynəlxalq tədbirlərdə bu məsələni gündəmə gətirir. Artıq baş verənlərdən sonra Səudiyyə Ərəbistanı özü də nüvə enerjisi təsisatlarının yaradılması istiqamətində işə başlayıb. Xatırladaq ki, bu məsələ Rusiya tərəfi ilə müzakirə olunub və tərəflər Səudiyyə Ərəbistanında nüvə enerjisi təsisatlarının yaradılması haqda da razılıq əldə edib. Səudiyyə Ərəbistanı bununla İranla aralarında pariteti qoruya biləcəyini və Tehranla mübarizəsini effektiv davam etdirəcəyini düşünür. Bütün bunlar isə Yaxın Şərqdə müsəlman aləminin iki böyük ölkəsi arasında böyük çəkişmənin davam edəcəyini göstərir və müsəlman dünyasına ciddi zərbə sayılır.
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ