çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Dürüst ermənilərin etirafları və ya onların nadürüst ermənilərdən fərqi...

Image


Dünyada irq, dil və din fərqi güdmədən bütün erməni kütləsinə hər cür imkanı istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cümhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq verən başqa bir dövlət və ya millət göstərmək mümkün deyildir. Ancaq ermənilər Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında qurduqları Ermənistanda bu haqqı türklərə tanımırlar.
Tarixi rəsmi sənədlər bu yazdıqlarımızı isbat edir. Fəqət ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, I Dünya müharibəsi və sonrasında Anadolunu və Azərbaycanı yaxıb-yandırdıqları kimi, bu gün də Azərbaycanın Qarabağ bölgəsini və ətrafını yaxıb-yandırırlar. Onlar Azərbaycanla atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, bu dövlətlə müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan Azərbaycan sərhədçilərinə, sərhəddə yaşayan insanlarımıza atəş açır, sərhədçiləri və sərhəddə yaşayan Azərbaycan vətəndaşlarını təzyiq altında tutmaqdan qalmır, hər gün olmasa da, tez-tez azərbaycan əsgərini və ya vətəndaşını şəhid edirlər. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alırlar. Bütün dünya ictimaiyyəti də bu hadisələrə seyrçi qalır, Xocalı soyqırımına seyrçi qaldıqları kimi.
Görün tanınmış bəzi erməni yazıçıları "erməni məsələsi"nə dair düşüncələrini necə açıqlamışlar. T.Hacıqokyan yazır: "...Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri, kəndlərini yandırıb külə döndərdikləri və Zəngəzur, Şərur, Daralagöz, Meqri, Ərbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, keyfi xüsusiyyət, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı..."
Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916-cı ildə nəşr olunmuş kitabında bunları oxuyuruq: "...Ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələnmişlər..."
Erməni yazıçı H.Osipyan 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən "Müharibə və quruluşun 10 ili," adlı kitabında bunları qeyd etmişdir: "...Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağılasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların varlıqları talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.
Milli çatışmalar üçün və türk cəmiyyətini yox etmək məqsədilə devrimçi Daşnak hökuməti qırx minə yaxın adamı silahlandırdı, tərtibli orduların xaricində çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi.Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı..."
Beləcə, dürüst erməni yazıçıları bu yazıları ilə Ermənistanın quruluşunun qeyri-qanuni olduğunu və ermənilərin törətdikləri vəhşilikləri isbat edirlər.
Yuxarıda qeyd etdiyimiz düşüncələrin nə qədər doğru olduğunu təsbit etmək üçün digər millətlərə mənsub bir adamın deyil, bir erməninin türklərə qarşı qeyri-insani hadisələr törədən erməni terrorunu protest məqsədilə özünü yandıraraq həyatına son verən Artin Penikin məktubunu oxumaq kifayət edər:
"Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizi protest edib özümü yandırıram. Sizə səslənirəm ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızca öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüzminlərlə insanlar qeyb oldu. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunlarıdamı yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Bu gün necə qardaşca keçinilirsə, bundan sonra da eynən davam edilməlidir. Lakin siz günahsız insanları əxlaqsızca öldürməyə davam etsəniz, and içərək deyirəm: "Kökünüz qazılacaq!" Özünüzə gəlin! Bizim tanıdığımız ermənilər mərd olar, məsum insanları əxlaqsızca arxadan vurub öldürməz. Sizi bir erməni olaraq qəbul etmirəm, lənətləyirəm..."
Hörmətlə, hamınıza əlvida.
Artin Penik"
Dürüst bir erməninin ürəyindən gələn bu sözlərin həqiqi bir mənası vardır! Tarixi həqiqətlər və doğru olanlar bax budur!
İndi isə rus generalı Mayevskinin bəzi qeydlərini nəzərinizə çatdırmaq istərdik:
"1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-birlərilə dostca dolanırdılar. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları komediyadan başqa bir şey deyildir..."
Keçmiş tarixlərdə erməni komitəçilərlə bir amerikalının söhbəti bu baxımdan çox mənalı görünür. Söhbəti aparan amerikalı Dr.Hamlinin (İstanbuldakı amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893 tarixli məktubun qısa bir bölümü belədir ("Boston" qəzetində yayımlanmışdır):
"...Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə Dr.Hamlin "necə?" - deyə sorduqda, komitəçinin cavabı belə olmuşdur: "Bütün imperatorluqda təşkilatlanmış Qncak çətələri türkləri öldürüb kəndlərini yandıracaqlar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcəklər." Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində: "Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!.." - demişdir.
Doğrudan da bu, qorxunc bir plan olmuşdur. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini "yazıq," "haqsız-hüquqsuz" bir millət olaraq göstərməyə çalışmışlar.
Son olaraq Ermənistanın ilk Baş naziri, Daşnaksütyun komitəsinin rəhbəri O.Kaçaznuninin "Artıq Daşnaksütyunun görəcəyi bir iş yoxdur" başlığı altında Buxarest konfransına təqdim etdiyi raportun bir bölümünü qeyd etmək istərdik. Bu raport 1914-1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəliyinə gətirilən "erməni soyqırımı"nın baş verib-vermədiyinə dair başda gələn rəsmi sənədlərdən biridir.
O.Kaçaznuni öz çıxışında belə demişdir:
"Yoldaşlar! Bu məsələlər mənim çox uzun və çox kədərli düşüncələrimin əsas mövzusunu əmələ gətirib. Sizin də bu mövzuları düşündüyünüzdən şübhəm yoxdur. Ancaq sizin də eyni nəticəyə gəlib-gəlməyəcəyinizi bilmirəm. Qorxuram belə olmasın. Qorxuram ki, tələffüz etmək çətin olsa da, mənim vicdanımın səsini dinləyərək gəldiyim nəticə konfrans iştirakçılarının qarşı irticasını, bəlkə də öfkəsini çəksin. Mən buna hazıram. Ancaq buna inanmağınızı xahiş edirəm: bu sözləri yazmaq və imzalamaq, bunları məndən eşidərkən hiss edəcəklərinizə nisbətən, mənim üçün daha çətin olubdur. Mənim deyəcəklərim kifayət qədər düşünülməyən qənaətlərin bir nəticəsi deyildir. Bütün bunlar köklü qənaətlərin və dəqiq şüurun bir nəticəsidir, çünki mən düşünməyə, anlamağa, mühakimə etməyə, qiymətləndirməyə və mövqe müəyyən etməyə kifayət qədər sahibəm. Buna görə də, az da olsa səbr etməyinizi və danışacağım mövzulara obyektiv yaxınlaşmağa çalışmağınızı xahiş edirəm. Bilirəm, komitə qayğıları ilə yaşayan və komitə ölçüləri çərçivəsində düşünən şəxslərin bunu etməsi asan olmayacaqdır. Buna görə bu mövzunu yersiz görsəniz, sizdən üzr istəyirəm. Başqa şərtlərdə bu sözlər lazımsız və yersiz görünə bilər. Lakin mənim təqdim edəcəyim təbliğin fərqli məzmunu sizin geniş düşüncənizə və şüurunuza xitab etməyimi məcbur edir və mənə haqq verir. Mövzuya keçirəm.
Könüllü dəstələrin qurulması lazım idimi sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünə xas polad bir məntiqi vardır. 1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başlandı. Bu, erməni xalqının 25 il boyunca bəslənən psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı...
Bu gün (əgər məsuliyyət mövzusu gündəmə gələrsə) kimin günahkar olduğunu tədqiq etmək də mənasızdır. Psikopos Mesrop, A.Xatisov, Doktor Zavriev, S.Arutyunov, Dro və Andranik olmasaydılar, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdilər. Könüllü dəstələrin qurulmaları bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaqdır. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi.
1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, Daşnaksütyun da daxil olmaqla Rusiya erməniləri baxımından bir həyacanlanma və ümid dövrü idi. Biz qeydsiz-şərtsiz Rusiyaya yönələn vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsirilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq...
1915-ci ilin ikinci yarısı və 1916-cı ilin tamamı bizim üçün ümumi bir yas dövrü oldu. Van, Eleşkirt, Basen mühacirləri, qırğından qurtaranların hamısı - on minlərlə, yüzminlərlə insan gəlib Rusiyanın erməni qəzalarına doluşdular. Ac, çılpaq, xəstə və qorxu içərisində olan insanlar şəhər və kəndlərimizə yerləşirdilər. Bu ac insanlar çörək tapa bilməyən bir ölkəyə gəlirdilər. Gücsüz, xəstə, dərmansız mühacirlər açıqda qalırdılar. Şirak və Ararat vadiləri böyük bir xəstəxananı xatırladırdı. Buralarda minlərlə erməni bizim gözlərimizin qabağında aclıqdan və xəstəlikdən ölürdülər. Biz bu insanların həyatlarını qurtarmaqda acizdik. Qızğınlıq və qorxu içərisində olan bizlər günahkar axtarırdıq və bu günahkarı "Rus hökuməti ilə onun yalançı siyasəti" olaraq müəyyən etdik. Biz, sosial baxımdan yetişmiş insanlara xas bir çaşqınlıq içərisində bir küncdən digərinə sovrulurduq. Rus hökumətinə qarşı dünənki inamımız nə qədər kor-koranə və əsassız idisə, bugünkü günahlandırmalarımız da o qədər kor-koranə və əsassızdır. O zamanlar rusların bilərəkdən ağır və qətiyyətsiz davrandıqları, yerli erməniləri qətl etmək üçün türklərə imkan yaratdıqları söylənirdi. Guya, ruslar Ermənistanı boşaltmaq və oralara kazakları yerləşdirmək üçün belə davranır, Kont Lobanov-Rostovskinin hər kəs tərəfindən bilinən "ermənisiz Ermənistan" planı həyata keçirilirmiş. Yalnız xalq deyil, komitəmiz və ağlı başında olan yoldaşlarımızın da bir çoxu belə düşünürdü...
Təbii ki, bizim könüllü dəstələrimiz Vanı və Muşu tezliklə ələ keçirməyə çalışırdılar. Oralara erməniləri qurtarmaq üçün gedirdilər. Əslində rus ordu hissələri erməni könüllülərindən əmələ gəlmirdi və onların fərqli məqsədləri var idı. Onlarda görünən və bizim bir xəyanət olaraq qiymətləndirdiyimiz ağır və qətiyyətsiz davranış, rus komandanlarının qeyri-adi zəifliyilə və ya bizim tərəfdən bilinməyən ümumi hərbi qaydalarla açıqlana bilər.
Bu hadisələri, qeyri-adi və çox maraqlı olduğuna baxmayaraq, ələ almamağımız lazım idi. Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi taptalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə, bilirdik, lakin bəzən müharibənin ancaq erməni məsələsinə görə başladıldığını saflıqla düşünürdük. Ruslar hücuma keçdikdə, onların erməniləri qətl etmələri üçün türklərə imkan verdiklərinə inandıq. Biz hər iki halda məqsəd və niyyətləri qarışdırırdıq. Rusların xəyanətlərini axtarır və əlbəttə, tapırdıq. Altı ay əvvəl də rusların xeyirxahlıqla yaxınlaşmalarının isbatını eyni bu şəkildə axtarmış və tapmışdıq.
Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu, bizim milli psixologiyamızın bir xüsusiyyətidir. Daşnaksütyun komitəsi bundan qaça bilməyibdir.
Rusların bizə qarşı təhrikedici davranmalarında sanki xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi..."
1923-cü ilin aprel ayında Daşnaksütyun komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan "erməni soyqırımı"nın uydurma olduğunu rəsmən ortaya qoyur.
Yuxarıda bəzi bölümlərini qeyd etdiyimiz raportu yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, "soyqırıma" uğradığı iddia edilən tərəfin Baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiklərimiz daha ciddi əhəmiyyət qazanır. "Soyqırıma" uğradıqları iddia edilən ermənilərin Baş nazirləri, baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi ermənilərin imperialist güclərə alət olduqlarını açıq ürəklə ortaya qoyur. Beləliklə, Daşnaksütyun komitəsinin lideri, Ermənistanın ilk Baş naziri O.Kaçaznuninin 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən Daşnaksütyun konfransına təqdim etdiyi raportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeydsiz-şərtsiz satılıblar; Osmanlı dövlətinin köçürülmə qərarı müdafiə məqsədinə uyğun olubdur; ermənilər dənizdən-dənizə proyekti kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik ediliblər; Daşnaksütyun komitəsi xaricində bir günahkar axtarılmamalıdır.
Bu qeyd etdiklərimizi nəzərə aldıqda ortaya bir sual çıxır: "Bu gün "erməni soyqırımı" iddialarını müzakirə edən və "erməni soyqırımı" haqqında qərarlar alan ölkələr Ermənistanın ilk Baş nazirinə güvənmirlərsə, kimə güvənirlər? Heç şübhəsiz, Ermənistanın ilk Baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan Daşnaksütyun komitəsinin lideri O.Kaçaznuninin raportu ermənilərin böyük yalanına son verir!..
Hesab edirik ki, Ermənistanın ilk Baş naziri O.Kaçaznuninin Daşnaksütyun komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportu çox sayda dillərə tərcümə etdirilib dünya ictimaiyyətinə çatdırılmalıdır. Biz, bu raportun tərcümələri ABŞ Təmsilçilər Məclisi Beynəlxalq Əlaqələr Komitəsinə, ingilislərin, fransızların, almanların və "erməni soyqırımı"nı qəbul edən ölkələrin Milli Məclislərinə təqdim edilməlidir, düşüncəsindəyik. Qoy onlar "erməni soyqırımı" və ya "ermənilərə qarşı törədilən qətliamları" tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistanın ilk Baş nazirindən öyrənsinlər!..
Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılmış bir tarix yatır. Bu azdırılmış tarixin yalan olmasını rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Əks təqdirdə tarixi yalanlar davam etdiriləcəkdir. Biz, illərdən bəri davam etdirilən bu əslsiz iddialar qarşısında əsl günahkarların, vətəndaşı olduğu dövlətə qarşı xəyanət edən ermənilər olduğunu və tarixin yalan bilməzliyini dünya ictimaiyyətinə, xüsusilə də erməni iddialarına dəstək verən dövlətlərə rəsmi sənədlərlə bildirməliyik, həm də inkarı mümkün olmayan arxiv sənədlərilə!.. Çünki arxiv sənədləri kimin məzlum, kimin cinayətkar olduğunu ortaya qoyur, erməni komitəçilərin və çətələrin Anadoluda və Azərbaycanda törətdikləri qətliam və qeyri-insani hərəkətlərini rəsmən isbat edir.
Fazil QARAOĞLU,
professor







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ