APA-nın Avropa bürosunun xəbərinə görə, Böyük Palata qərara alıb ki, demokratik bir ölkədə orada yaşayan erməni icmasının hüquqlarını qorumaq naminə Doğu Perinçəkə qarşı cinayət işi açılması doğru deyil. Qərarı AİHM sədri Din Şpilman özü açıqlayıb. Qərar Avropa Şurasına üzv ölkələrin uydurma "erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul etməsini mümkünsüz edir.