çərşənbə axşamı günü, 24 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
65 saylı seçki dairəsi sakinlərinin Əhliman Əmiraslanov uduşu...
Tarix: 15.10.2015 / 03:33
Bölmə: Siyasət
38 il əvvəl - 1977-ci ildə dövrün elm korifeyi akademik Bloxin də onu seçmişdi...
2010-cu ildə Milli Məclisin deputatı seçilən və hazırda da bu şərəfli fəaliyyətini müvəffəqiyyətlə davam etdirən Azərbaycan Tibb Universitetinin rektoru, SSRİ Dövlət mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, "Şöhrət" ordenli akademik Əhliman Tapdıq oğlu Əmiraslanov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəddir.
Akademik Ə.T.Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə Bakıdakı Onkoloji Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. 1974-1977-ci illərdə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (ÜOEM) aspirantı olub. 1977-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikasının yüksək erudisiyaya, qibtəli istedada, əməksevərliyə və bacarığa malik gənc alimi ÜOEM-in baş direktoru akademik N.N.Bloxinin təklifi ilə müstəsna hal kimi bu mərkəzdə saxlanaraq, 20 ilə yaxın bir müddətdə Onkoloji Elmi Mərkəzin baş elmi işçisi, böyük elmi işçisi, aparıcı elmi işçisi, şöbə müdiri və professoru vəzifələrində çalışıb. Alim 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib. Bu dövrlərdə çoxlu sayda mürəkkəb cərrahiyyə əməliyyatları, o cümlədən dünyanın yalnız bir neçə məhşur klinikasında icra olunan və SSRİ miqyasında ilk dəfə Azərbaycan alimi akademik Əhliman Əmiraslanov tərəfindən həyata keçirilən "Rotasion plastika" əməliyyatı böyük məharətlə yerinə yetirilib.
Qısa müddətdə SSRİ hüdudlarından dünya miqyasına qanadlanan elmi populyarlıq...
Sümük sarkomasının bütün incəliklərini dünya mətbuatında geniş şərh edən və beynəlxalq elmi konqreslərdə sanballı çıxışları ilə fərqlənən alimin adı, tezliklə, nəinki keçmiş Sovetlər İttifaqında, eləcə də dünyanın hər yerində tanınıb və şöhrətlənib.
Ə.T.Əmiraslanov 1979-1985-ci illər ərzində Moskvada apardığı səmərəli elmi-tədqiqat işlərinə görə ardıcıl olaraq SSRİ TEA-nın ÜOEM-inin rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Həmin illər ərzində ümumi onkologiya şöbəsində "Sümük şişlərinin müalicə metodlarının təkmilləşdirilməsi" mövzusu üzrə cavabdehlik görkəmli alim Ə.T.Əmiraslanova tapşırılıb və o bu vəzifənin də öhdəsindən bacarıqla gəlib. Dünya şöhrətli mütəxəssislərdən olan görkəmli cərrah-onkoloq akademik N.N.Trapeznikov qeyd edirdi ki, "Əhliman Əmiraslanov Moskvada işləyərkən onun mövzu ətrafında əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə dəyərli yeni elmi nəticələr idi və həmin nəticələr xarici ölkə alimlərinin bu sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayırdı".
Ə.T.Əmiraslanov ardıcıl olaraq bir neçə elmi araşdırmanı müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq edib. Belə elmi araşdırmalar sırasında dayaq-hərəkət aparatı şişləri zamanı bərpa müalicəsi metodları əsas yer tutur.
Görkəmli alim iyirminci yüzilliyin 70-80-ci illərində "Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Məktəbinə rəhbərlik edib və dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalları ilə təltif edilib.
Ə.T.Əmiraslanovun "Uşaq, yeniyetmə və yaşlılarda osteogen sarkomanın kompleks müalicə metodu" adlı elmi araşdırması SSRİ səhiyyə nazirinin əmri ilə tibb elminin səhiyyə praktikasında qazanılan mühüm nailiyyətlərinin təcrübəyə tətbiqinin Ümumittifaq perspektiv planına daxil edilib.
1985-ci ildə Ə.T.Əmiraslanovun məhsuldar fəaliyyəti "Sümük sarkomaları" adlı monoqrafiyada öz əksini tapıb və bu orijinal monoqrafiyaya görə o, SSRİ Tibb Elmləri Akademiyasının 5 ildə bir dəfə ən dəyərli elmi işlərə görə təqdim edilən "akademik N.N.Petrov adına" mükafatı və medalı ilə təltif edilib.
Dünyada tanınan və layiqli nüfuz qazanan alim 1986-cı ildə elm və texnika sahəsi üzrə "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi" haqqındakı silsilə elmi-texnoloji işlərinə görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Bir çoxları çətinlikdən Azərbaycan elmini atıb xaricə gedəndə Əhliman Əmiraslanov məhz Azərbaycana qayıtdı
Akademik Ə.T.Əmiraslanov Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində praktik işlərlə bərabər, böyük elmi-təşkilati işlərlə də məşğul olub. O, həmin illərdə "Onkologiya" ixtisası üzrə İxtisaslaşdırılmış elmi şuranın, həmçinin Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) Onkoloji Elmi Mərkəzinin elmi şurasının üzvü olub, Moskvada işlədiyi müddətdə 12 tibb elmləri namizədi və 5 tibb elmləri doktorunun yetişməsinə bilavasitə rəhbərlik edib.
Əhliman müəllim SSRİ TEA-nın ÜOEM-ində təşkil edilmiş hospitalizasiya üzrə daimi komissiyanın üzvü olub və 1988-ci ildə SSRİ TEA-nın ÜOEM-də keçirilən "Sümük sarkomalarının müalicəsi" adlı Onkoloqlar Məktəbinin Beynəlxalq Təşkilat Komitəsi tərkibində aktiv fəaliyyət göstərib.
Akademik Ə.T.Əmiraslanov yüksək ixtisaslı tibb kadrları hazırlığındakı, eləcə də tibb elminin və səhiyyənin inkişafındakı görkəmli xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri Azərbaycan üçün çox çətin, ağır illər idi. Bu illərdə, digər sahələrdə olduğu kimi, tibb sahəsindən olan bir çox mütəxəssislər də Azərbaycanı tərk edib başqa ölkələrə gedirdilər. Azərbaycandan beyin axınının gücləndiyi belə bir dövrdə Əhliman Əmiraslanov Moskvadakı rahat iş yerindən çıxaraq Bakıya gəlməyi və Azərbaycanın ağır illərində ona öz peşəkar həkimliyi ilə dayaq olmağı qərarlaşdırıb. O öz xeyirxahlığı, təmənnasız xidməti ilə tezliklə əhalinin hörmət və məhəbbətini qazanıb. Alim öz doğma xalqına xidmət etməkdən, çətin günlərdə öz xalqının arasında olmaqdan zövq alır. Əhliman Əmiraslanov bu ünsiyyəti, bu münasibəti indi də davam etdirir. İşləri nə qədər çox olsa da, o hər gün səhərlər öz həkimlik peşəsi ilə məşğul olmağa üstünlük verir və xəstələrə şəfa verməkdən məmnunluq duyur. Ona görə də xalq onu təkcə dünya şöhrətli alim, bacarıqlı təşkilatçı, səriştəli təhsil işçisi kimi deyil, həm də qayğıkeş, ünsiyyətli və şəfalı bir həkim kimi tanıyır və sevir. Əhliman Əmiraslanov xalqına, vətəninə xidmət etməyi özünə övladlıq borcu hesab edir.
Akademik Ə.T.Əmiraslanovun elmi-tədqiqat işlərinin əsasını dayaq-hərəkət aparatı, yumşaq toxumalar və bir sıra daxili orqanların, həmçinin vəzlərin bədxassəli şişlərinin öyrənilməsi, eləcə də onların effektli müalicə metodlarının və profilaktikasının işlənib hazırlanması, bu metodların praktikada uğurla tətbiq edilməsi təşkil edir.
Alimin bu sahədə təklif etdiyi yeni müalicə metodları artıq sınaqdan çıxaraq praktik səhiyyədə müvəffəqiyyətlə tətbiq olunub və hazırda ondan müxtəlif klinikalarda geniş miqyasda istifadə edilir. Onun təklif etdiyi müasir müalicə metodları xəstəliyin uzaq nəticələrini yaxşılaşdırır, əlillik dərəcəsini azaldır, qısa müddətdə xəstələrin aktiv əməyə və məişətə qayıtmalarına kömək edir.
Əhliman müəllim həm Moskvada fəaliyyət göstərdiyi vaxtlar SSRİ TEA-nın ÜOEM-ində, həm də hazırda Bakıda ATU-nun Onkoloji Klinikasında böyük praktiki işlər aparır, çoxlu sayda xəstə qəbul edərək məsləhətlər verir, bilavasitə özü mürəkkəb cərrahi əməliyyatları yerinə yetirir.
Akademik Ə.T.Əmiraslanov Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçənlərə, SSRİ TEA-nın ÜOEM-in aspirant və ordinatorlarına, Bakıda isə Azərbaycan Tibb Universitetinin tələbələrinə, rezidentlərinə, dinləyicilərinə ixtisası üzrə maraqlı və məzmunlu mühazirələr oxuyaraq təcrübəli pedaqoq kimi dərin hörmət və böyük nüfuz qazanıb. O dəfələrlə respublikanın və xarici ölkələrin tibb alimləri, səhiyyə işçiləri qarşısında "Dayaq-hərəkət aparatının bədxassəli şişlərinin müasir müalicə metodlarının işlənib hazırlanması və təcrübəyə tətbiqi" mövzusu üzrə akt nitqi söyləyib və həmin nitq tibb ictimaiyyətinin böyük marağına səbəb olub. Akademik Ə.T.Əmiraslanov az vaxt ərzində ATU-nun tibb təhsili sistemində bir sıra islahatlar həyata keçirib və kadr hazırlığının təkmilləşməsinin əsasını qoyub.
Azərbaycanlı tələbələr üçün əvəzsiz dərslik töhfəsini də o etdi
Akademik Ə.T.Əmiraslanov 450-dən çox çap olunmuş elmi əsərin müəllifidir. Onun əsərlərinin böyük əksəriyyəti dünyanın bir çox ölkələrinin nüfuzlu jurnal, toplu və məcmuələrində nəşr edilib. Əsərlərindən 18-i monoqrafiya, 16-sı ixtira və səmərəliləşdirici təkliflər, 28-i dərslik və dərs vəsaiti, 20-si metodik tövsiyədir. O, həmçinin, onlarla elmi-kütləvi məqalənin və görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən kitab və məqalələrin müəllifidir.
Akademik Ə.T.Əmiraslanovun "Onkologiya" adlı ilk orijinal dərsliyi azərbaycanlı tələbələr üçün əvəzsiz töhfə olub və onların, eləcə də həkimlərin, rezident və doktorantların stolüstü kitabına çevrilib. Onun 1995-ci ildə Ankarada çapdan çıxan "Bədxassəli sümük şişlərinin proqnozu", 1999-cu ildə çap olunan "Onkoloji kaxeksiya" adlı monoqrafiyaları da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Alimin "Mədə və qida borusu xərçəngi olan xəstələrdə kaxeksiya" adlı kitabı həm rus, həm də ingilis dillərində Türkiyədə nəfis şəkildə çap olunub və dünya oxucularının istifadəsinə verilib. Bunlardan əlavə, 1987-ci ildə Nyu-Yorkda, 1989-cu ildə Tokioda müvafiq olaraq dünyanın məşhur onkoloqlarından W.F.Enneking və T.Yamamura kimi görkəmli alimlərin redaktorluğu ilə çap olunmuş sanballı rəhbərliklərin hər birinin böyük bir bölməsində Azərbaycan alimi Ə.T.Əmiraslanovun onkologiyanın müasir problemlərinə dair ümumiləşmiş işlərinin dəyərli nəticələrini əks etdirən yazılara geniş yer verilib.
Akademik Ə.T.Əmiraslanovun bilavasitə rəhbərliyi və məsləhətçiliyi altında 47 nəfər dissertasiya işi müdafiə edib və onlardan da 32 nəfəri tibb elmləri namizədi, 15 nəfəri tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Akademik Ə.T.Əmiraslanovun elmi işləri nəinki ölkəmizdə və yaxın xaric sayılan MDB ölkələrində, eləcə də dünyanın digər qabaqcıl ölkələrində geniş rezonans yaradıb. O dəfələrlə Amerika Birləşmiş Ştatlarında, Fransada, Yaponiyada, İtaliyada, İsveçdə, Yunanıstanda, Macarıstanda, Bolqarıstanda, Çexiyada, Almaniyada, Sinqapurda, Türkiyədə, Rusiya Federasiyasında, Polşada, İsraildə, Pakistanda, Kanadada, İranda, Avstriyada və digər ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxışlar edib, onkologiya sahəsində əldə etdiyi yenilikləri beynəlxalq miqyasda böyük müvəffəqiyyətlə nümayiş etdirib.
Görkəmli alim bir sıra nüfuzlu beynəlxalq qurumların, o cümlədən Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Amerika Kliniki Onkoloqlar Cəmiyyətinin üzvüdür.
Onun fədakarlığı sayəsində ATU Qafqazın ilki kimi London ... Beynəlxalq reyestrinə düşdü
Akademik Ə.T.Əmiraslanovun fədakarlığı və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyəti nəticəsində 1996-cı ildə keçmiş SSRİ-nin bir çox respublikalarının, o cümlədən Qafqaz respublikalarının ali tibb məktəbləri arasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə salınıb, 1998-ci ildə isə ATU Qara Dəniz Hövzəsi ətrafı Ölkələrin Ali Məktəblər Birliyinə daxil edilib, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Bütün bunlar da ATU-nun, bütövlükdə Azərbaycan tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin beynəlxalq miqyasda geniş nüfuz qazanmasına, həmçinin diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib. Bu illər ərzində ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində ATU-da müasir tipli dörd unikal klinika yaradılıb. 2011-ci ildə, inkişaf etmiş bütün xarici ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də diplomdansonrakı təhsilin rezidentura sistemi ilə aparılmasına başlanıb.
Ə.T.Əmiraslanov 1998-ci ilin yanvarında aparılan sorğuya əsasən "1997-ci ilin elm adamı" fəxri adına layiq görülüb. 1998-ci ildə dünya elminə verdiyi dəyərli töhfələrə görə onun adı Kembricdə çapdan çıxan "XX əsrin 2000 görkəmli şəxsiyyəti" məcmuəsinin əsas hissəsinə daxil edilib. O, həmçinin, həmin ildə tibb elminin, tibb təhsili sisteminin inkişafı yolunda, eləcə də onkologiya sahəsində əldə etdiyi nailiyyətlərin səhiyyə praktikasında geniş tətbiqi yolunda qazanılan yüksək nəticələrə görə Amerika Bioqrafiya İnstitutunun "Qızıl Statuya" mükafatına, 1999-cu ildə isə Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafata və böyük qızıl medalına layiq görülüb.
Akademik Ə.T.Əmiraslanov 1999-cu ildə UNESCO xətti üzrə "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Milli Komitəsinin sədr müavini seçilib, 2000-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub, 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib, 2006-cı ildən UNESCO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvüdür, UNESCO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi seçilib. Akademik Ə.T.Əmiraslanov 2007-ci ildə RTEA-nın akademik N.N.Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI yüzilliyin liderləri" Proqramı çərçivəsində "Millətin intellekti" adlı beynəlxalq təltifə layiq görülüb, 2010-cu ilin aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən, akademik Ə.T.Əmiraslanovun adı "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının", "Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın", həmçinin "Azərbaycan Respublikası Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvləri siyahısına salınıb. Akademik Ə.T.Əmiraslanov 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü, Dünya Azərbaycanlılarının III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, 2012-ci ildə Türkiyənin Qazi Universitetinin "Fəxri doktoru" seçilib.
Əhliman müəllim yaradıcılığının - ictimai-siyasi, elmi-pedaqoji, praktiki müalicə işləri üzrə fəaliyyətinin ən parlaq, ən məhsuldar dövrünə qədəm qoyaraq, gərgin zəhmət bahasına əldə etdiyi dəyərli nailiyyətlərini gündən-günə artırır. O hər gün səhər tezdən onkoloji klinikada olur, palatalarda əməliyyat olunmuş xəstələrə baş çəkir, öz gəlişi ilə onların əhval-ruhiyyəsinin yaxşılaşmasına, həkimlərə olan inamlarının artmasına güclü təkan verir. Əhliman müəllim xəstələrlə ünsiyyətdə o qədər mülayimlik, o qədər səmimilik göstərir ki, xəstələrin gözündə parlayan ümid qığılcımları, həyat sevgisi, minnətdarlıq duyğuları aydın görünür, hiss edilir.
Görkəmli alim, ictimai-siyasi xadim akademik Əhliman Əmiraslanovu yorulmağa qoymayan, intizarla onun yolunu gözləyən xəstələrə kömək etməyə tələsdirən xəstələrin ona olan inamının, ona ümid çırağı kimi baxmalarının səmimiyyətidir.
Akademik Əhliman Əmiraslanov 2010-cu ildən indiyə qədər Milli Məclisin deputatı vəzifəsini uğurla yerinə yetirir. O, həmçinin, Türkdilli ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TürkPA-nın) komitə sədridir.
Hazırda Azərbaycan Respublikası parlament seçkiləri ərəfəsindədir və təbliğat-təşviqat kampaniyası gedir. Yeni Azərbaycan Partiyası və bütövlükdə cəmiyyət bu seçkilərə yüksək əhval-ruhiyyədə gedir.
Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən akademik Əhliman Əmiraslanov həmişə bəyan edir ki, "YAP ölkəmizin ictimai-siyasi həyatında ən aktiv rol oynayan siyasi təşkilatdır. YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. İnamla demək olar ki, YAP cəmiyyətin avanqard siyasi qüvvəsi kimi xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsində özünün layiqli töhfəsini verib. Bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ləyaqətlə xalqa xidmət göstərir".
O inanır ki, xalqın etimadını qazanan YAP-ın namizədi kimi yenidən Milli Məclisin üzvü olacaq...
Akademik Əhliman Əmiraslanov Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirak edir. Bu proqramın icrası nəticəsində ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yaxından qayğısı sayəsində onun deputat olduğu bölgələrdən Saatlı, Sabirabad, Kürdəmir rayonlarında da böyük abadlıq, quruculuq işləri görülür, infrastruktur dəyişdirilir, xalqın rifah halı durmadan yaxşılaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik şəkildə inkişaf etməsi akademik Ə.T.Əmiraslanovun deputatlığa namizəd göstərildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinə aid regionlarda da özünün bariz əksini tapıb. Belə ki, dövlət proqramlarının yerinə yetirilməsi sayəsində bu bölgələrdə də investorların regionlara cəlb edilməsinə əlverişli şərait yaradılıb, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüşə səbəb olub. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə gətirib çıxarır. Bütün bunlarla yanaşı, ölkəmizin digər bölgələrində olduğu kimi Saatlı, Sabirabad, Kürdəmir bölgələrində də xeyli sayda tibb ocaqları, məktəblər, mədəniyyət evləri, sosial obyektlər tikilib istifadəyə verilib. Görülən bütün bu işlər Azərbaycan Prezidentinin ölkə əhalisinə göstərdiyi diqqət və qayğısı kimi dəyərləndirilir. Bu xeyirxah işlərin hazırda da davam etdirilməsi xalqa daha uğurlu gələcək vəd edir. Bu vədlərin yerinə yetiriləcəyinin heç kimdə şübhə doğurmaması akademik Əhliman Əmiraslanovu ürəkdən sevindirir.
Deputat Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilərlə ötən 5 il ərzində çoxsaylı görüşlər keçirib, onların ortaya çıxan problemləri ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırıb və bu problemlərin həllinə nail olub.
Akademik Ə.T.Əmiraslanov Yeni Azərbaycan Partiyasının namizədi kimi bu seçkidə də uğur qazanacağına və seçicilərinin ona səs verəcəklərinə inanır. O inanır ki, xalqın etimadını qazanan, ölkəni işıqlı gələcəyə aparan Yeni Azərbaycan Partiyasının namizədi kimi yenidən Milli Məclisin üzvü adına layiq görüləcək, seçicilərinin ona göstərdikləri etimadı yenidən doğruldacaq.
Məzmunlu bir alim və ictimai xadim ömrünün əsas detalları göz qabağındadır. Görünür ki, onu indiyə qədər çox SEÇİBLƏR. Saysız fəxri adların, dövlət mükafatlarının, elmi titulların, mötəbər kürsülərin layiqli sahibi kimi seçiblər. O isə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin seçicilərini seçib, bu dairədəki minlərlə insanın fikir və düşüncələrinin, istək və arzularının, hüquqlarının müdafiəçisi olmaq məsuliyyətini çiyninə götürüb.
Siz də onu seçin!
Namiq QULİYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
Tarix: 23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
Tarix: 23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
Tarix: 23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
Tarix: 23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
Tarix: 23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
Tarix: 23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
Tarix: 23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
Tarix: 23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
Tarix: 23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
Tarix: 23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ