çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Rusiya-Türkiyə müharibəsi başlanır?

Image


Şimal qonşumuzun Suriyada başladığı hərbi əməliyyatlardan ən çox təsirlənən ölkələrdən birinin də Türkiyə olduğu heç kimə sirr deyil. Proseslər göstərir ki, hərbi əməliyyatların davam etməsinin Türkiyəyə təsiri hələ də artmaqda davam edəcək. Lakin əsas problem baş verənlərin Rusiya-Türkiyə qarşıdurmasına gətirib çıxara biləcəyidir.
Ümumiyyətlə, əksər ekspertlər bildirir ki, Rusiyanın Suriyadakı hava kampaniyası bütövlükdə regionda uzunmüddətli geostrateji nəticələrə səbəb olacaq, lakin Türkiyə üçün bu nəticələr xüsusilə ciddi ola bilər. Rusiya öz tarixində ilk dəfə olaraq Xəzər dənizindəki hərbi gəmilərdən uzaqmənzilli raketlərlə atəş açmaqla gərginliyi xeyli artırıb və onun hərbi təyyarələri iki dəfə Türkiyənin hava sərhədini pozub. Bunun ardınca Rusiyanın, eləcə də ABŞ-ın kürdlərə yardım etdiyi üzə çıxıb. Məsələ ilə bağlı hər iki ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və onlara xəbərdarlıq edilib. Ankara Moskva və Vaşinqtonu PKK-nın Suriyadakı qolu olan PYD-yə hərbi yardım göstərməkdə ittiham edib. Baş nazir Əhməd Davudoğlu isə bildirib ki, PYD və PKK ayrıseçkiliyinin artıq mənası qalmayıb":PYD və PKK-nı 5-6 ay əvvəl bir-birindən ayırmaq, bəlkə də, bir anlam daşıya bilərdi, amma indi bu ayrıseçkiliyin artıq bir mənası qalmayıb. Kim olursa olsun, PKK və PYD-yə silah və sursat yardımı etsə, Şimali İraqda etdiklərimizi Suriyada da edərik". Amma belə görünür ki, ruslar və amerikalılar Suriyada təhlükəli oyunlarına davam etmək niyyətindədir.
"Reuters" agentliyi belə bir vaxtda məlumat yayıb ki, İranın mindən çox hərbçisi və "Hizbullah"ın döyüşçüləri Suriyanın Hələb əyalətində irimiqyaslı hücuma hazırlaşır. Xəbərə görə, onların hücumu Rusiya aviasiyasının müşayiətilə gerçəkləşdiriləcək. Məlumatda bildirilib ki, ötən həftə Hama əyalətində Bəşər Əsədin silahlı qüvvələrinin keçirdiyi quru əməliyyatında İran hərbçiləri də iştirak edib.
Qeyd edək ki, İsrailin "Haaretz" nəşri də analoji iddia ilə çıxış edib. İddiaya görə, Rusiya Suriyada cəbhənin sabitləşməsi ilə kifayətlənməyəcək və ölkənin şimalında böyük hücuma başlayacaq":Planın uğurlu icrası halında biz minlərlə İran hərbçisi, "Hizbullah" döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatları görəcəyik. Ötən həftə bütün dünya Suriya ərazisindəki terror qruplaşmalarının Xəzər dənizindən qanadlı raketlərlə vurulmasını izlədi. Bununla da ruslar hava zərbələri seriyasından sonra əməliyyatlara yeni silahı daxil etdilər. Rusiya göstərdi ki, sağ qalmaq üçün vuruşan Bəşər Əsədi himayə etmədən ötrü raketləri minlərlə kilometr uzaqdan heç bir tərəddüdsüz buraxmağa hazırdır". "Haaretz" qeyd edir ki, bütün bunlar ümumi mənzərənin yalnız bir hissəsidir: "Rusiyanın böyük hücum planının təfərrüatları tədricən görünür. Hazırkı mərhələdə yalnız hava zərbələri ilə "Hizbullah" döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatlar keçirilir. Rusiyanın hədəfi sahil bölgəsinin tamamilə Əsədin nəzarəti altına qaytarılmasından ibarət deyil. Bu ərazi ölkənin yalnız dörddə birini təşkil edir. Əsəd Rusiyanın dəstəyinə söykənərək böyük planın həyata keçirilməsinə cəhd edir. Sahil bölgəsinin qaytarılmasından sonra rejim şimalda Türkiyə ilə sərhəd zolağını tutmağa çalışacaq. Bura Hələb şəhəri də daxildir". Bu vəziyyət isə Türkiyə - Rusiya gərginliyini daha da artırır və hətta tərəflərin hərbi qarşıdurmasını da istisna etmir. İsrail nəşrinin yazdığına görə, Suriyada davam edən əməliyyat fonunda Rusiya tərəfinin İsraillə müzakirələri diqqət çəkir. "Rusiya, ehtimal ki, planlaşdırılan addımlara İsrailin qarışmamasında təkid edir".
Rusiyanın müdaxiləsində əsas məqsəd, şübhəsiz ki, Əsəd rejiminin möhkəmləndirilməsidir. Elə bu fonda ruslar başlıca olaraq İŞİD-in mövqelərini deyil, rejimin Türkiyə, Körfəz ölkələri və ABŞ tərəfindən dəstəklənən opponentlərini hədəfləyir. Bu, Türkiyə üçün heç də təkcə geostrateji məkanın itirilməsi risqi demək deyil. Rusiya ilə mürəkkəb münasibətlərinin korlanması Türkiyə üçün qısa və uzun perspektivdə çətinliklər yarada bilər. Qonşuluqdakı yeganə güclü müttəfiqi olan İraqın Kürdüstan Regional Hökumətinin getdikcə Rusiya ilə dostlaşması isə Türkiyə üçün ağır zərbə sayılır. ABŞ-ın "Stratfor" analitik mərkəzi bildirir ki, Rusiya aviasiyası Suriya ilə eyni vaxtda
İŞİD-in İraqdakı mövqelərinə aviazərbələr endirə bilər. Təşkilatın ekspertlərinin fikrincə, bu addım üçün rəsmi Bağdad Moskvaya müraciət etməlidir: "İraq rəsmən Kremlə müraciət etsə, o zaman Rusiya bu ölkədə öz hərbi bazasını yaradacaq.
Belə olan halda ruslar və amerikalılar eyni meydanda müharibə aparmalı olacaq. Bu da Moskvanın maraqları ilə üst-üstə düşür".
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ