ABŞ Rusiyanın Suriyada Əsəd rejimini gücləndirməyə hesablanmış əməliyyatları və İran, Hizbullah və rejim ittifaqının qarşısına yeni bir ittifaqla çıxdı.
Baki-xeber.com xəbər verir ki, Demokratik Suriya Gücləri adı verilən ittifaq Obama rəhbərliyinin suriyalı müxaliflərə təlim proqramından imtina etməsinin ardından yaradılıb. Buna qarşılıq Obama rəhbərliyi İŞİD-in nəzarətindəki bölgələrə koordinasiyalı hücumlar həyata keçirmək üçün "YPG-nin komandirlərindən seçilən bir qrupu" dəstəkləmə qərarı verdi. Qərbli qaynaqlara görə, bu, Rusiyanın Suriyadakı hərbi müdaxiləsinin ardından Obama rəhbərliyinə böyük bir simvolik qələbə qazandırır.
Demokratik Suriya Güclərində səkkiz qrup birləşib. Bunlar: YPG ilə YPJ (25 min kişi və qadın döyüşçü yer alır), "Suriya Ərəb Koalisiyası" (Hasekedə 1200 döyüşçüsü var), İnqilabçılar Ordusu (Hələb çölündə və Rakka sərhədində 2500-3000 döyüşçüsü var), Burkan əl Fırat qrupu ( 4000-5000 döyüşçü), əl Sanadid gücləri (700 döyüşçü), Əl-Cəzirə qrupu (700 döyüşçüsü var, tayfaların iştirakı ilə bu say arta bilər), Süryani Əsgəri Şurasının (1500 döyüşçü).
Suriyanın şimalında kürdlərin təşkilatı PYD və müxtəlif müxalif qrupların ittifaqı ilə qurulduğu açıqlanan Demokratik Suriya Ordusunun ABŞ liderliyindəki koalisiyanın dəstəyilə əməliyyatlara hazırlaşdığı bildirilir. 50 min kürd-Ərəb döyüşçünü özündə birləşdirən ordunun yarısını YPG üzvləri – kürdlər təşkil edir.