Şənbə günü, 12 iyul 2025
     

Radikal Suriya yaraqlıları Rusiyanın öz üstünə yeriməyə hazırlaşır

Image

Rusiyanın İŞİD-dən başqa digər qruplaşmaları vurduğuna dair şok iddia çıxdı

Şimal qonşumuzun Suriyada başladığı genişmiqyaslı hərbi əməliyyatların təsir coğrafiyası genişlənməkdə davam edir. Artıq terrorçuların Rusiya hərbçilərinin aviazərbəsindən yayınmaq üçün İordaniyaya, Türkiyəyə keçməyə çalışması barədə müxtəlif məlumatlar səslənir. Belə vəziyyət bütün Yaxın Şərqdə gərgin vəziyyətin yaranmasına rəvac verəcək.
Bu arada "ən-Nüsra" terror təşkilatının lideri Əbu Məhəmməd əl Qolani bəyan edib ki, Rusiyanın sünnilərə zərbə endirməsinə cavab olaraq, ələvilərə qarşı hücumları artıracaqlar. Onun sözlərinə görə, Rusiya İŞİD-dən başqa bütün qruplaşmalara hücum edir. "Rusiya Şərqə yeni səlib yürüşü təşkil edib. Suriya müharibəsi rusları məcbur edəcək ki, Əfqanıstanda qarşılaşdıqları dəhşətləri unutsunlar". Qeyd edək ki, "ən-Nüsra" "Əl Qaidə"nin Suriya qanadıdır. Beləliklə, baş verənlər sünni-şiə qarşıdurmasını da gücləndirəcək.
Bundan əlavə, İŞİD tərəfdarlarının Rusiyaya zərbə vurmaq üçün Qafqazda da vəziyyəti gərginləşdirməyə çalışacağı tamamilə gözləniləndir. Gürcüstanın "Kviris-Palitra" qəzetinə müsahibəsində "Əsəd ül Şam" briqadasının liderlərindən olan Əbdürrəhman Şişani da Qafqazda kifayət qədər tərəfdarlarının olduğunu bildirir.
Şişani, həmçinin, Suriyada çeçen döyüşçülərinin sayının çox olduğunu qeyd edib: "Suriyada çeçen anlayışı Rusiyaya düşmən deməkdir. Ona görə də biz özümüzü "Şişani" adlandırırıq. Biz deyirdik ki, Suriyadan mütləq Rusiyaya gedəcəyik, lakin Moskvanın özü bura gəldi. Rusiya buraya quru qoşunlarını göndərəcəksə, o zaman biz onlara Qroznını yenidən yaşadacağıq". Rusiya isə həqiqətən də Suriyaya quru qoşunlarının yeridilməsini düşünür. Məhz belə bir vaxtda
Rusiyanın Suriyaya ekipajı ilə birlikdə TOS-1A "Solntsepek" ağır odsaçan sistemlərini göndərdiyinə dair sübutlar yayılıb. Məlumatlara əsasən, Suriyaya göndərilən "Solntsepek" odsaçan sistemləri Rusiya ordusunun 20-ci əlahiddə radiasiya, kimyəvi və bioloji müdafiə alayına aiddir. Sentyabrın ikinci yarısından etibarən bu alayda fəallıq qeydə alınıb. Suriyaya göndərilmək üçün hərbi texnikanın, zabitlərin və müqavilə əsasında xidmət keçən hərbçilərin hazırlıqları başlayıb. T-90 tanklarının şassisi üzərində yerləşən odsaçan sistemlərin Suriyaya hərbi gəmilərlə daşındığı bildirilir. Ehtimal edilir ki, bu, Rusiyanın Suriyada quru əməliyyatlarına başlamaq planları ilə bağlıdır. "Solntsepek" odsaçan sistemləri dəhşətli dağıdıcı gücə malikdir və "cəhənnəm silahı" kimi tanınır. Amma Rusiyanın Suriyada belə hərbi fəallığı Qafqaz üçün ciddi təhdid yaradır. Yaxın Şərq üzrə mütəxəssis Vasili Papava bildirir ki, Rusiyanın Suriya hökumətinə birbaşa hərbi dəstək verməsi Qafqaz ölkələri üçün müəyyən risqlər yarada bilər. "Məlum olduğu kimi, Suriyaya Əsəd hökumətinə qarşı vuruşmağa təxminən 200-300 Gürcüstan vətəndaşı yollanıb. Onların arasında etnik gürcülər yoxdur, bu şəxslər əsasən çeçen-kistinlilərdir. İndiyə qədər yaraqlıların yaxın gələcəkdə Suriya hökumətini devirmək üçün az da olsa ümidləri var idisə, Rusiyanın müharibəyə daxil olmasından sonra bu ümidlər, demək olar ki, sıfıra enib. Onlar hazırda seçim qarşısında qalıblar: ya bu müharibə alovunda məhv olmalı, ya da hakimiyyət orqanlarına təslim olmalıdırlar". Onun sözlərinə görə, üçüncü bir yol da var - geriyə, Qafqaza qayıdaraq "Rusiyadan intiqam almağa" cəhd etmək yolu və terrorçuların bu yoldan da istifadə edə biləcəkləri istisna deyil. "Bununla əlaqədar Gürcüstan rəhbərliyi seçim qarşısında qalır: sərhəd nəzarət məntəqələrində nəzarətin gücləndirilməsi və artırılması, həmçinin xüsusi xidmət orqanları kanalları vasitəsilə informasiya mübadiləsini həyata keçirmək üçün Ermənistan və Azərbaycanla bu sahədə əməkdaşlığın qurulması". Xatırladaq ki, bu günlərdə Rusiyanın məşhur "Soverşenno sekretno" nəşrinin araşdırmasında baş verənlərin Qafqazda da öz təsirini tapdığı bildirilib: "İŞİD faktiki olaraq Şimali Qafqazda özünə yer edib. İŞİD bütövlükdə Qafqazı ələ keçirmək üçün mübarizə aparır. İndi "Qafqaz əmirliyi"nə daxil olan çox az sayda qruplaşma var ki, İŞİD-i qəbul etmir. Lakin o dəqiqdir ki, indi "Qafqaz əmirliyi" bütövlükdə İŞİD-in nəzarətindədir".Nəşr yazır ki, hazırda İŞİD tərkibində minlərlə rusiyalı və qafqazlı döyüşçü vuruşur. "E" analitik mərkəzinin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin hərəkətə keçməsindən sonra Şimali Qafqazdan İŞİD sıralarına qoşulanların sayı artıb. Mərkəzin analitiki Arsen Bidov bildirir: "Bu fonda Qafqaz gəncləri arasında qəti fikir formalaşdı ki, Suriya və İraqa gedərək cihada qoşulanlar haqlıdır. Hesab edirəm ki, bu ilin sonuna kimi Şimali Qafqazdan Suriyaya gedənlərin sayı artacaq". Mərkəzin digər analitiki Yuri Batırov hesab edir ki, İŞİD gəncləri pul qarşılığında da öz sıralarına qatır: "İŞİD-in malik olduğu maliyyə imkanları böyükdür. Həm ələ keçirdikləri neft quyularından, həm narkoticarətdən, həm də Səudiyyə Ərəbistanı və Küveytdən gələn pullar hesabına qruplaşmanın 2 milyarddan artıq vəsaitə malik olduğu deyilir. Bu pul kasıblığın daşını atmaq istəyən insanların cəlb edilməsi üçün yetərincədir".
Yuri Batırov daha bir təhlükədən xəbər verir. Onun sözlərinə görə, "Qafqaz əmirliyi" ayrıca qol olanda burada əsasən çeçenlər və ərəblər təmsil olunurdu: "Yəni təhlükənin kimlər tərəfindən gəldiyi məlum idi. İndi isə İŞİD-in nəzarətinə keçir. İŞİD tərkibində isə 80-dən artıq ölkədən gələn döyüşçülər var. Onlar başqa yerdən Rusiya ərazisinə asanlıqla keçə və istədiklərini edə bilərlər. Bunu müəyyənləşdirmək çətin olacaq". "Soverşenno sekretno" qeyd edir ki, artıq İŞİD Şimali Qafqaza daxil olub və terror qruplaşması bütün Qafqaz üçün təhlükə mənbəyidir. Onu da xatırladaq ki, İŞİD-in məşhur çeçen lideri Ömər Şişaninin Şimali Qafqaza təsir imkanları çoxdur. Rusiyanın cənubundan Suriyaya gedənlər məhz onun rəhbərliyi altında hərəkət edir. Bütün bunlar Şimali Qafqazda vəziyyətin gərginləşəcəyindən xəbər verir.
Tahir TAĞIYEV




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910