Suriyada fəaliyyət göstərən "Əl-Qaidə” əlaqəli Əl Nusra təşkilatı, president Bəşər Əsəd və Hizbullah lideri Hassan Nasrullahın başına pul mükafatı qoyub.
Baki-xeber.com xəbər verir ki, təşkilat həmçinin Rusiyanın hava əməliyyatlarına qarşı, Suriyadakı nusayrilərin məskunlaşdığı ərazilərə hücum çağırışı edib.
Əl Nusra lideri Əbu Məhəmməd Əl Culani Suriya prezidenti Əsədi öldürən adama 3 milyon avro mükafat verəcəklərini bildirib. Culani Suriya ordusu ilə birlikdə əməliyyatlarda iştirak edən Livan Hizbullahının lideri Nəsrullahın öldürülməsi üçün isə 2 milyon avro mükafat vəd edib.