çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Miqrantlara qarşı Avropada daha təhlükəli siyasətin əlamətləri görünməyə başladı

Image


Qərbin Yaxın Şərq və Afrika ölkələrində, bəzi postsovet dövlətlərində həyata keçirdyi siyasət buradan ABŞ və Avropaya xeyli sayda miqrantın üz tutmasına səbəb olub. Lakin son vəziyyət Qərbin yenə də miqrantlara qarşı çox sərt mövqe sərgilədiyini göstərir. Bu isə miqrantlara qarşı atılan addımların daha da pisləşəcəyini deməyə əsas verir. Digər tərəfdən, bu fonda Qərbə miqrant axınının davam edəcəyi də gözlənir.
Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sosial şəbəkədə bu məqama belə şərh verib: "Bu gün miqrant-qaçqın böhranının müstəmləkə siyasətindən miras qalması haqqında danışmaq sərfəli deyil". N.Məmmədov hesab edir ki, əsas məsələ bu böhranı yaradan səbəblər və ölkələr haqqında dərin elmi araşdırmanın nəticəsi olan məlumatın yayılmasıdır: "Geosiyasi maraqlar uğrunda informasiya müharibəsinin yeni mərhələsi başlayır". Hələlik isə, yuxarıda qeyd olunduğu kimi, Qərbə miqrant axını davam edir və bura üz tutanları heç də xoş münasibət gözləmir. Məsələn, neofaşistlərdən və digər sağ radikal qüvvələrdən ibarət qrup Almaniyanın şərqindəki Qota şəhərində yerləşən qaçqın şəhərciyinə hücum edərək oranı yandırıb. Polis əməkdaşları jurnalistlərin işinə maneçilik törədib, onların şəkil və video çəkmələrinə imkan verməyib. Xatırladaq ki, bu, neofaşistlərin qaçqın düşərgəsinə ilk hücumu deyil. Belə ki, avqustun 21-də Bavariyada Azərbaycandan olan miqrantların da yaşadığı düşərgədə yanğın törədilmişdi. Avropa Şurası isə bildirir ki, miqrantların kütləvi axını sıravi almanlara ciddi təsir edib və ölkədə anti-İslam, rasizm və antisemitizm ab-havası yaradıb. Avropa Şurasının milli azlıqlar komitəsinin bəyanatında bildirilir ki, son vaxtlarda Almaniyada artan rasizim ab-havası, kütləvi anti-İslam aksiyaları qurumu ciddi narahat etməkdədir. Sənəddə qeyd olunur ki, bu ölkədə müsəlmanlara qarşı antisemitizm şüarları ilə keçirilən nümayişlərin intensiv hal alması və antimiqrant əhval-ruhiyyəsi nəinki radikal qruplar, eləcə də hüquq-mühafizə orqanları əməkdaşları arasında da müşahidə olunmaqdadır. Ötən ilin qışında Drezden şəhərində iyirmi beş min nəfərin qatıldığı "Qərbin İslamlaşması" əleyhinə aksiya buna dəlil olaraq göstərilir. Komitə tərəfindən rəsmi Berlinə tövsiyə edilir ki, əhali arasında səbr, dözümlülük və mədəniyyətlərarası dialoqun artırılması mühüm əhəmiyyət daşıyır. Almaniya hökumətini bu istiqamətdə vacib addımlar atmağa çağıran Avropa Şurası tərəfindən polis və təhlükəsizlik sisteminə rasizm və ksenofobiya zəminində cinayətlərin tez bir zamanda araşdırılmasına göstəriş verilməsi istənilir.
Lakin bunun əvəzində rəsmi Berlin miqrantların gəlişinin qarşısını almaq üçün artıq Avstriya ilə sərhəddə ciddi yoxlanış nəzarəti tətbiq edib. Ciddi nəzarət Polşa və Çexiya ilə sərhədlərdə də tətbiq edilir. Miqrantlara qarşı belə sərt mövqe təkcə Almaniyada müşahidə olunmur. ABŞ-da prezident seçkilərində ən iddialı namizədlərdən hesab olunan milyarder Donald Tramp bir qədər də irəli gedərək , seçkilərdə qələbə qazanacağı halda, suriyalı qaçqınları geri göndərəcəyini bildirib: "Hökumətin 200 min suriyalı qəbul etmək istədiyini eşidirəm. Dinləyin, onların hər biri İŞİD üzvü ola bilər. Suriyadan bura gələn insanlara xəbərdarlıq edirəm: seçkilərdə qələbə qazansam, geri dönəcəklər". Seçki kampaniyasında əsas yeri miqrant mövzusuna verən milyarder ABŞ-Meksika sərhədində hasar inşa edəcəyinə söz verib.
Avropanın müxtəlif dövlətləri isə miqrantları qəbul etməmək üçün fərqli addımlar atır. Məsələn, Çexiya hökuməti daxili işlər naziri Milan Xovanetsə qaçqınların dövlətlər arasında növbəti dəfə bölüşdürülməsi üzrə kvotalardan imtina etmək səlahiyyəti verib. Çexiya ilə yanaşı, Macarıstan, Polşa və Slovakiya da eyni mövqe sərgiləyir. Çex Respublikasının baş naziri Boquslav Sobotkanın fikrincə, Avropa yalnız qaçqınların yerləşdirilməsi problemini deyil, həm də sərhədlərin ciddi mühafizəsi və miqrantların çoxunun gəldiyi Suriya və Liviyada hərbi münaqişələrin dayandırılması məsələlərini həll etməlidir. İsveçin baş naziri Stefan Löven də deyib ki, Avropa İttifaqı ölkələri təkcə qaçqınlara kömək etməklə kifayətlənməli deyil, həm də Avropaya miqrant axınının yaratdığı böhranın səbəblərinin aradan qaldırılmasında daha fəal olmaq lazımdır: "Biz indi növbəti addımı atmalıyıq, İnsanların istər Suriyadan, istərsə də Afrika ölkələrindən qaçmalarının səbəblərini araşdırmalı və aradan qaldırmalıyıq. Əlbəttə, bizə xarici sərhədlərdə nəzarət lazımdır, lakin bununla yanaşı, qaçqın axınını, məsələn, Suriyadakı müharibənin yaratdığı böhranı aradan qaldırmaqda fəal olmalıyıq".
Qeyd edək ki, İsveç qəbul etdiyi qaçqınların sayına görə lider ölkələrdən biridir. Bu isə hökumət orqanlarına problem yaradır və ölkədə sol radikal antimiqrant siyasi partiyaların daha çox populyarlaşmasına səbəb olur. Həmin partiyalar isə miqrantlara qarşı sərt mövqeləri ilə seçilir.
Nahid SALAYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ