çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Azərbaycanlı milyarderin durumu daha da pisləşdi

Image


Son dövrlərdə böyük maliyyə problemi ilə üzləşən azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyadakı bütün mülkləri tədricən əlindən çıxmaqdadır. Elə Türkiyədə də onun maddi durumunun yaxşı olduğunu söyləmək olmaz. Xatırladaq ki, oliqarx Türkiyədəki borclarına görə sahibi olduğu "Mardan Palace" otelini də itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Otel Telman İsmayılovun "Garanti Bankası"na olan 203 milyon lirə kredit borcuna görə satışa çıxarıla bilər. Müəyyən olunmuş vaxta qədər borc ödənilməsə, 1.4 milyard dollara başa gələn otel 650 milyon lirədən satışa çıxarılacaq. Telman İsmayılovun borcu ödəmək üçün təxminən bir həftə vaxtı var. Borc ödənilməsə, otelin satışına dair ilk hərrac oktyabrın 14-də keçiriləcək. Bundan əvvəl "Mardan Palace" Telman İsmayılovun "Halk Bank"dan götürdüyü 100 milyon dollar kredit borcuna görə hərraca çıxarılmışdı. Hərrac isə iyunun 3-nə müəyyən edilmişdi. Lakin Telman İsmayılov son anda bankla kredit borcunun ödənilməsi müddətinin uzadılmasına dair anlaşma əldə edib və hərrac ləğv edilib. Ancaq məlum olub ki, bundan sonra "Garanti Bankası" otelin satışa çıxarılması üçün müraciət edib. Bundan əvvəl isə məlum olmuşdu ki, "Mardan Palace"dan 2,2 milyon türk lirəsi borcunu ala bilməyən "Art Decor" adlı şirkətin iddiası əsasında otelin satışa çıxarılması məsələsi gündəmdədir. Türkiyə mətbuatı yazır ki, "Mardan Palace"dan borclarını tələb edənlərin sayı çoxdur. 21 iddia üzrə əmlaka həbs qoyulması proseduru davam edir, 5 iddia üzrə isə prosedurlar dayandırılıb.
Rusiyada da işlər yolunda getmir. "VTB qrup"a daxil olan "Bank Moskvı" da Moskva Arbitraj Məhkəməsində Telman İsmayılovun AST qrupuna daxil olan "KBF AST" MMC şirkətinə qarşı 213 milyon dollardan artıq məbləğin alınmasına dair iddia qaldırıb. İşə üçüncü şəxs qismində "Ruslayn 2000" MMC cəlb olunub.
"Bank Moskvı" eyni zamanda cavabdeh şəxsin əmlakına həbs qoyulması şəklində təminedici tədbirlərin görülməsi iddiası ilə ərizə verib. Hazırda isə Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı" Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib. "Kommersant" qəzeti yazır bank ondan indi əvvəlkindən daha çox həcmdə, yəni 286 milyon dolların qaytarılmasını tələb edir. Ərizəyə əsasən, İsmayılovu "Ruslayn 2000" MMC və "Tropicano Finance B.V. " şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 milyon dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb edirlər: "İsmayılov Telman Mərdan oğlu uzun müddətdir pul öhdəliklərini icra etmədiyi üçün belə qərara gəlmək olar ki, o, ödəmə qabiliyyətli deyil". Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bankın nümayəndələri əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyiblər, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub. Özü də bütün bunlar bir müddət əvvəl Telman İsmayılov haqda şok iddialar meydana çıxdıqdan sonra baş verməyə başlayıb.
Rusiyanın "Soverşenno sekretno" qəzeti isə həmin vaxt belə məlumat yaymışdı ki, Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinin hakimiyyətini devirmək üçün Qərb dairələri tərəfindən ələ alınıb. Qəzetin yazdığına görə, Qərbin xüsusi xidmət orqanları Telman İsmayılovu və digər iş adamlarını Vladimir Putini və onun hakimiyyətini devirmək üçün gizli agent kimi öz tərəflərinə çəkiblər. Qeyd olunurdu ki, Qərbin xüsusi xidmət orqanları "yatmış gizli agent" axtarışına çıxıb oliqarxlar arasında namizədlər seçərkən soyuq düşüncə ilə dəqiq hesablama aparıblar":Belə ki, hər bir namizəd seçilərkən onun Rusiya hakimiyyətindəki əlaqələri və hakimiyyət daxilində gedən proseslərə təsir imkanları öyrənilib. Qərbin xüsusi xidmət orqanları belə oliqarx namizədləri seçərkən onları inandırmağa çox vaxt lazım gəlməyib. Çünki bu iş adamlarının Rusiyanın indiki hakimiyyətinə qarşı "dişlərini qıcamış" vəziyyətdə olduğu məlum olub".
Bütün bunların ardınca məhkəmədə iş adamına qarşı qaldırılan iddialar təmin edilir və bu, Telman İsmayılovun maddi durumunu daha ağır vəziyyətə gətirir. Onun çətin günləri isə Putinin əmrilə ona məxsus "Çerkizovsk" bazarının bağlanmasından sonra başladı. Bazar İsmayılovun hər gün milyonlarla dollar götürdüyü ən iri gəlir mənbəyi idi. Lakin artıq bu mənbə yoxdur.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ