çərşənbə axşamı günü, 24 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azərbaycanın geosiyasəti"
Tarix: 03.10.2015 / 03:10
Bölmə: Siyasət
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Digər bir tərəfdən Xəzər dənizini də imperiyanın başbilənləri iç dənizə çevirmək uğrunda mücadilə, mübarizə və müharibələr aparır, maliyyə, əsgəri itkilər onları bu yoldan çəkindirmirdi. Hətta IV İvan Qroznı XVI əsrin ikinci yarısında Həştərxanı işğal edəndə Osmanlı imperiyası Azov dənizindən Xəzər dənizinə bu şəhəri azad etmək üçün kanal çəkməyə başlamış və təəssüflər olsun ki, yeniçərilərin narazılığından sonra bu iş yarımçıq qalmışdı. Odur ki, müasir dövrdə tarixdən sızıb gələn qan yaddaşı Türkiyəni bu bölgədə ingilisdən, rusdan fərqli olaraq doğma edir. Təsadüfi deyil ki, Qafqazdan keçən və ən mühüm strateji əhəmiyyəti özündə daşıyan layihələr (İpək yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Bakı-Tiflis-Qars, TAP, TANAP və s.) Türkiyə üzərindən keçir və bu ölkə Rusiya, İranla geosiyasi, geostrateji mübarizədə qalib gələrək öz mövqelərini bölgədə daha da gücləndirdi.
Bu barədə hörmətli professor Əli Həsənov yazır: " Üçüncü minilliyin başlanğıcından NATO-nun "Şərqə doğru genişlənmə" siyasəti fonunda Türkiyə ABŞ-ın dəstəyi ilə Qafqazın, Orta Asiya və Xəzər hövzəsinin ən təsirli hərbi geostrateji oyunçularından biri rolunu oynamağa başlayır. SSRİ-nin süqutundan sonra bu ölkə, ümumiyyətlə, həm müstəqil şəkildə, həm də üzvü olduğu NATO hərbi blokunun strategiyası çərçivəsində Xəzər-Qara dəniz hövzəsinin, xüsusən, Cənubi Qafqazın regional geosiyasi münasibətlər sistemində öz mövqelərini gücləndirməyə başlayır. Bu istiqamətdə rəsmi Ankaranın fəaliyyətində həm beynəlxalq strateji maraqlar (NATO blokunun ümumi strateji maraqları), həm öz milli mənafeləri, həm regional-etnik (Qafqazda yaşayan türkdilli xalqların dəstəyini qazanmaq, onlara lazımi himayə göstərmək) , həm də dini amillər (Qafqazın müsəlman əhalisinin İranın təsirinə düşməməsinin qarşısını almaq) özünü qabarıq şəkildə büruzə vermişdir..."(Bax. s. 325)
Qeyd etmək lazımdır ki, son onildə, xüsusən də Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyyətə yiyələndikdən sonra Türkiyə NATO-nun və ABŞ-ın geosiyasi, geoiqtisadi, geostrateji maraqlarından və mənafelərindən imtina etmədən özünün mənafelərini daha çox qabartmaq siyasətini sərgiləyir. Belə ki, bu ölkə ABŞ və NATO-nun, xüsusən də ABŞ-ın Avrasiyada yürütməyə çalışdığı.
"Böyük Yaxın Şərq" siyasətinə qarşı çıxır, eyni zamanda onun İraq siyasətinə, Rusiyanın Gürcüstan müharibəsinə, Qərb-İran qarşıdurmasına, bu ölkəyə embarqo qoyulmasına (Türkiyə İrana qoyulan embarqoya məhəl qoymadan, əksinə, ildən-ilə İranla ticari dövriyyəsini getdikcə daha da artırmaqla bir çox strateji məsələlərdə onunla əməkdaşlıq edib və etməkdədir.), Misir, Tunis, Liviya hadisələrinə, İsrail-Fələstin, Azərbaycan-Ermənistan münaqişələrinə fərqli yanaşır. Buna görə də, bəzi analitiklər belə hesab edirlər ki, Türkiyə bölgədə NATO-dan və ABŞ-dan fərqli olaraq öz milli maraqlarını qorumaq naminə müstəqil siyasət yürüdür. Bu da bəzən Qərb maraq və mənafelərinə söykənmir. Bu baxımdan Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə təsis olunan və etnik birliyə söykənən "Türkdilli dövlətlər birliyi" adlı qurumun yaradılması səciyyəvidir. Hətta bu birlik çərçivəsində region ölkələrinə 1.5 milyard ABŞ dolları həcmində kredit ayırması, bu ölkələrə sərmayə yönəltməsi mütəxəssislərin diqqətindən yayınmır və yuxarıda qeyd etdiyimiz "müstəqil siyasət yürütmək" fikrini bir daha təsdiq edir.
***
Qeyd etməliyik ki, ABŞ-ın, eləcə də üzv olduğu NATO-nun Türkiyəyə münasibəti heç zaman birmənalı olmayıb. Bunun da tarixi səbəbləri mövcuddur. Belə ki, Türkiyənin sələfi sayılan Osmanlı İmperiyasının ardıcıl olaraq Qərbə yürüş etməsini (Türkiyə təkcə Qərbə yürüş etməyib, eyni zamanda Şərqə, Cənuba, Şimala da hərbi yürüşləri olub), Avropanın Şərq torpaqlarının ilhaqını, hətta Vyana qapısının önündə dayanmasını, o zaman dünya geosiyasətində aparıcı rol oynamasını Avropa dövlətləri hələ unutmayıb. Bura xristian və islam qarşıdurmasını əlavə etsək, mənzərə daha da aydınlaşar və ABŞ-ın və Qərb dövlətlərinin Türkiyənin regional oyunçudan planetar oyunçuya çevrilməsinin səbəbləri daha da qabarıq məlum olar. Planetar oyunçular Türkiyənin bölgədə oynadığı rolu nəzərə alaraq, yalnız bölgədə liderliyi ilə kifayətlənməsini istəyirlər. Əli Həsənov qeyd edir ki, müasir dövrdə Türkiyənin bölgədə və dünyada reallaşdırmağa çalışdığı, geosiyasi ədəbiyyatda bəzi dairələr tərəfindən "yeni osmanlı siyasəti" kimi dəyərləndirilən "fəal regional liderlik" diplomatiyası ilə bağlıdır. Xüsusən, Türkiyənin son illərdə iqtisadiyyat cəhətdən həddən artıq güclənməsi və yürütdüyü "regional lider" siyasəti, Qərbin razılığını almadan Rusiya ilə sərbəst tərəfdaşlıq münasibətləri yaratması, İsrail-Fələstin münaqişəsində sərgilədiyi "Fələstinə tam dəstək siyasəti", "Dünyanın ərköyün balası" hesab etdiyi İsrailə qarşı çıxması (Bura əlavə etmək olar ABŞ-ın və NATO-nun İraqa qarşı hərbi əməliyyatlar başlayanda onlara dəstək verməsi və bu hərbi əməliyyatlara qoşulmaması, yaxud Misirdə baş verən inqilabdan, Hüsnü Mübarək devriləndən sonra Qərbin istəklərinə və maraqlarına zidd olaraq "Müsəlman qardaşları"na dəstək verməsi) və s. dünya yəhudi diasporunun mövqelərinin güclü olduğu əksər ölkələrdə ciddi antitürk kampaniyasına rəvac vermişdi.
Türkiyə Respublikasının geosiyasi maraqlarını nəzərə alaraq deyə bilərik ki, onun qonşu dövlətlərlə münasibəti birmənalı deyil. Belə ki, Türkiyə Bolqarıstandan 3 milyon qaçqına sığınacaq verməsini (bu gün müəyyən mənada Bolqarıstanda münasibətlər nisbətən yumşalsa belə) hələ yaddan çıxarmayıb, Kiprin türklər yaşayan ərazidə münasibət səbəbindən Yunanıstanla tarixi qarşıdurması (nəzərə alaq ki, Yunanıstan bir neçə əsr Osmanlı imperiyasının işğalı altında olub, bu gün də bu ölkənin Türkiyəyə torpaq iddiaları var), İraqın şimalında və yunan Kiprinin PKK-çı silahlı qüvvələrini dəstəkləməsi səbəbindən İraqla münasibəti, Suriya ilə diktator rejiminin devrilməsində və bu ölkənin müxalifətə dəstək verməsi, İranla münasibətdə ideoloji və regional maraq çərçivəsində liderlik uğrunda mübarizə aparması, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsinin bu ölkə tərəfindən ilhaq edilməsi, eyni zamanda Ermənistanın Türkiyənin şərqində altı rayon iddiası onun qonşularla münasibətlərində gərginlikdən xəbər verir. Yalnız Türkiyənin Azərbaycanla qonşuluq, əməkdaşlıq, tərəfdaşlıq siyasətində "bir millət, iki dövlət" tezisini əsas tutaraq, eyni zamanda Azərbaycanın bütün strateji layihələrinin Türkiyədən keçməsi, həm də iki dövlət arasında ümumi geosiyasi maraqları və strateji əməkdaşlıq səbəbindən gərginlik yaşanmır. Əksinə, bu iki dövlət arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Lakin mütəxəssislər hesab edir ki, hansı siyasət yürütməsindən asılı olmayaraq, Türkiyənin dünyanın ən mühüm geosiyasi məkanında yerləşməsi, transmilli geoiqtisadi və hərbi-geostrateji dəhlizlərə, dəniz yollarına nəzarət etməsi, bəzi məsələlər üzrə Rusiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı təsirini zəiflətməsi, son zamanlara qədər İranın radikal fundamentalizminin qarşısında "milli və dini sipər rolunu oynaması və onun Qərb üçün bundan sonra da əvəzsiz müttəfiq kimi qalmasını şərtləndirir.
Əli Həsənov ABŞ politoloqu Zbiqnev Bjezinskiyə istinadən yazır ki: "Türkiyə Rusiyanın Cənub sərhədlərində Almaniyanın ABŞ üçün vaxtilə Orta və Şərqi Avropada oynadığı geosiyasi rolu oynayır". Z.Bjezinski Türkiyənin regionda önəmini qısa olaraq aşağıdakı amillərlə əsaslandırır:
* Türkiyə Qara dəniz regionunda vəziyyətin sabit qalmasında mühüm rol oynayır;
* Aralıq dənizindən Qara dənizə keçidləri nəzarətdə saxlayır;
* Rusiyanın Qafqazdakı mövqelərinin güclənməsinə imkan vermir;
* İslam fundamentalizminə qarşı sipər rolunu oynayır;
* NATO-nun cənubdakı dayağıdır və s." (Bax. s. 230-231)
(Ardı var)
Yunus OĞUZ
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı -
“Hörmüzdən dərs çıxarın” nə deməkdir?
Tarix: 23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
Tarix: 23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
Tarix: 23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
Tarix: 23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
Tarix: 23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
Tarix: 23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
Tarix: 23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
Tarix: 23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
Tarix: 23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
Tarix: 23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...
24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında
– Qətər Vaşinqtona xəbərdarlıq etdi...
24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq
- avtobus sürücülərinin nəzərinə...
24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm
- ADSEA yayılan məlumatı təkzib etdi
24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı -
“Hörmüzdən dərs çıxarın” nə deməkdir?
24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır?
Alman kəşfiyyatından şok xəbər
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ