çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Suriya Rusiya üçün ikinci Əfqanıstan, ya...

Image


Rusiyanın 1979-cu ildə Əfqanıstandakı əməliyyatlarından sonra ilk dəfə sərhədləri xaricinə çıxdığı Suriyada nələr edəcəyi dünyanın gündəmində...

Rusiya döyüş təyyarələrinin Suriyada başlatdığı hava əməliyyatı dünya gündəmini qarışdırdı. Bu əməliyyatlar "İŞİD-mi, yoxsa müxaliflərə qarşımı" sualını da özü ilə gətirdi. Rusiya İŞİD hədəflərini bombaladığını, suriyalı müxaliflər və Qərb isə onun mülki vətəndaşları vurduğunu iddia edir. Hər iki cəbhədən fərqli iddialar səslənir. Rusiya dünən də 30 hədəfi bombalayıb, hədəflər arasında "Fəth Ordusu"nun da olduğu bildirilir.
İordaniya xəbər saytı "Al Bawaba"nın xəbərinə görə, rus qırıcıları Suriyadakı "Əl-Qaidə"yə bağlı Nusra Cəbhəsinə aid hədəfləri vurub. Təşkilatın "Fəth Ordusu"nun qərargahının 30 dəfə bombardman edildiyi və yaraqlıların hədəf alındığı qeyd edilir.
CNN televiziyasına açıqlama verən amerikalı senator Con Makkeyn isə Rusiya döyüş təyyarələrinin Suriyada CIA (ABŞ kəşfiyyatı) tərəfindən təlim keçirilən Azad Suriya Ordusunun döyüşçülərini də vurduğunu bildirib. Makkeyn bununla bağlı məlumatı bölgədəki mənbələrdən aldığını bildirib. "Reuters"ə açıqlama verən Azad Suriya Ordusu komandirlərindən biri isə Rusiya təyyarələrinin təlim düşərgələrindən birini vurduğunu bildirib.
Obama administrasiyası bildirib ki, Rusiyanın Suriya daxilində kimi bombaladığını bilmir. Hələlik bilinən odur ki, Rusiya CIA-nın sınaqdan çıxardığı, ABŞ silahlarından istifadə edən üsyançı qrupa zərbə endirib. "Tajammu al-Aaza" qruplaşmasının rəhbəri Jamil al-Saleh deyib ki, zərbələr onların Suriyanın qərbindəki əl-Latamina bazasına dəyib.
"Foreign Policy" yazır ki, üsyançılara ABŞ istehsalı olan avadanlıq verilib. Üstəlik, əməliyyatların mərkəzində ABŞ kəşfiyyat rəsmilərinin olduğu bildirilir. Yəni bütün bunlar "Tajammu al-Aaza"ya silahların rəsmi icazə ilə verildiyini göstərir: "Bu qrupa silah verilməsinin bir səbəbi o ola bilər ki, "Tajammu al-Aaza" ABŞ-ın cihadçı hərəkata hava kampaniyasını dəstəkləyib. Qruplaşma bir bəyanatında İŞİD-i Suriya inqilabına təhlükə adlandırıb və beynəlxalq koalisiyanı Əsəd rejiminə qarşı hava kampaniyasını genişləndirməyə çağırıb".
Rusiya İraqdakı ABŞ səfirliyinə xəbərdarlıq göndərib ki, Rusiyanın bomba zərbələri zamanı koalisiya Suriyanın hava məkanından kənar dursun, ancaq amerikanlar etiraz edib. Sonradan Kreml bu məlumatları təkzib edib.
Livanda "Hizbullah"a, dolayısı ilə Bəşər Əsəd rejiminə yaxınlığı ilə tanınan "Mayadeen TV" rus təyyarələrinin cümə axşamı müxaliflərin nəzarətindəki bölgələri vurduğuna dair məlumat yayıb. Televiziya çərşənbə günü başlayan bombardımanlarda İdlib və Hamanın güneyinin də hədəf alındığını bildirir. Bu bölgələr də İŞİD-lə döyüşən müxalif qrupların əlindədir.
Müxaliflər tərəfindən ələ keçirilən İdlib şəhəri Əsədin məmləkəti Lazkiyəyə və ətrafına yaxın olduğuna görə rejim tərəfindən böyük əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, dünən də Rusiya Suriyada Humus bölgəsində 20 hava əməliyyatı keçirib. Rusiya 8 İŞİD hədəfini vurduğunu iddia edir, ABŞ isə "Rusiyanın vurduğu bölgədə İŞİD yoxdur" deyir. ABŞ bildirib ki, hədəflərin Suriya prezidenti Bəşər Əsədin opponentləri olduğundan narahatdır.
Müxalif Azad Suriya Ordusuna bağlı bir qrup isə rus qırıcılarının İŞİD-i deyil, onları hədəf aldığını və 26 nəfərin öldüyünü iddia edir. Müxaliflər bir az da irəli gedərək Rusiyanın onları hədəf almasının Vaşinqtonla razılaşdırılmış ola biləcəyini də iddia edir. Kreml isə Rusiyanın Suriyada başlatdığı hava hücumlarında terror təşkilatlarının hədəf alındığını bildirir. Putinin sözçüsü Dmitri Peskov hədəflərin Suriya ordusu ilə birlikdə seçildiyini bildirib.
Onu da qeyd edək ki, Suriyada təsadüfi insidentlərin baş verməsindən qorunmaq üçün Rusiya hərbçiləri ABŞ həmkarları ilə yaxın vaxtlarda məsləhətləşmələrə başlayacaq. Bu barədə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrovun birgə mətbuat konfransında elan olunub.
Rusiyanın 1979-cu ildə Əfqanıstan ərazisindəki hava əməliyyatlarından sonra ilk dəfə sərhədləri xaricinə çıxdığı Suriyada nələr edəcəyi indi bütün dünyada müzakirə mövzusuna çevrilib.
"İndependent" qəzeti isə yazır ki, Rusiyanın Suriyada bombardmana başlaması oradakı vətəndaş müharibəsində dönüş yaradacaq. Bu, Rusiya və ABŞ-ın münaqişənin yanında deyil ortasında, ana səhnədə olacaqları mənasına gəlir. Döyüşə tamamilə daxil olmaları isə qarşıdurmanı daha erkən bitirə bilər. Bu vəziyyətdə Vaşinqton və Moskvanın yerli müttəfiqləri üzərindəki nəzarəti də artacaq.
"Rusiyanın hökumət qüvvələrinə hərbi dəstəyi, Dəməşqin böyük ehtimalla hərbi cəhətdən məğlub olmayacağını, İŞİD və "Əl-Qaidə" kimi qrupların isə qazanmayacağını göstərir. Ancaq bu, Bəşər Əsədin hakimiyyətdə qalacağı mənasını vermir. Suriya dövləti, xüsusilə də Suriya ordusu isə, İraqda 2003-cü ildə Səddamın devrilməsindən sonra dövlətin çökməsi təcrübəsinin əksinə, var olmağa davam edəcək".
Qəzet yazır ki, ruslar Hələbin şimalındadır, Hama, Humus və Dəməşqdə İŞİD-in nəzarətindəki bölgələr də vurula bilər. Ümumiyyətlə, hava əməliyyatlarının sərtliyi çox şeylərə təsir edə bilər: "ABŞ liderliyindəki koalisiya İraqda 4.122 İŞİD hədəfini, Suriyada isə 2.362 İŞİD mövqeyini vurmuşdu. Ancaq bu hava əməliyyatları təşkilatın 17 mayda İraqda Ramadini, 22 mayda isə Suriyada Palmiranı ələ keçirməsinin qarşısını ala bilməmişdi.
Rusiyanın hərbi əməliyyatları bu böyüklükdə olmayacaq. Ancaq yaxşı həyata keçirilən quru qüvvələri ilə koordinasiyalı hava əməliyyatları İŞİD-ə qarşı işə yaraya bilər. Eynilə Kobani və Hasekedə olduğu kimi".
Müəllif rusların Bağdadda keçən həftə qurulan və Rusiya, İran, İraq tərəfindən idarə edilən kəşfiyyat xidməti ilə çalışdıqlarını bildirir: "Suriyadakı yerli və beynəlxalq aktorlar Rusiyanın hərbi müdaxiləsinə necə reaksiya verəcək? Qarşıdurmalarının mürəkkəbliyi nəzərə alındıqda bunu qabaqcadan proqnozlaşdırmaq, demək olar ki, qeyri-mümkündür.
Suriya böhranı Rusiyaya yenidən ABŞ-a meydan oxuyan və Sovetlər Birliyi qədər olmasa da, böyük güc olmaq imkanı tanıdı. Döyüşə girən Moskva bu döyüşü qazanmalıdır, əks halda yeni statusunu itirə bilər".
ABŞ rəsmiləri və beynəlxalq hüquq ekspertləri bloombergview.com-a deyiblər ki, Rusiya hökuməti açıq-aşkar Suriya ordusuna kömək edir. Bu halda, prezident Putin də daxil olmaqla, ölkə rəsmiləri hərbi cinayətlərə yardım etdiklərinə görə cinayət təqibinə məruz qala bilərlər. Ancaq bəzi ekspertlər Rusiyanın bu məsələdə məsuliyyətini sübuta yetirməyi çətin məsələ sayır. Onlar Rusiyanın həmin qəddarlıqda birbaşa iştirak etmədiyini, eyni məntiqlə Birləşmiş Ştatların da İraq və Cənubi Sudan ordusuna hərbi yardım göstərdiyini vurğulayır. Bu ordulara qarşı da ittihamlar var. Ancaq digər tərəfdən, Birləşmiş Ştatlar qanunvericiliyi insan haqlarını pozan ordulara birbaşa yardımı qadağan edir. Rusiyada belə bir prosedur yoxdur.
"The Financial Times" isə keçmiş ABŞ prezidenti Corc Buşla Putinin oxşar Şərq siyasətini təhlil edib: Corc Buşun məşhur bir deyimi var ki, Vladimir Putinin gözlərinin içinə baxıb və onun ruhunu görüb. Ola bilsin, elə də olub - ABŞ-ın keçmiş, Rusiyanın indiki prezidentləri terrorla mübarizə məsələsində ruh-qardaşlarına oxşamağa başlayırlar. Prezident Buş kimi prezident Putin də hərbi qüvvələrini Yaxın Şərqə yerləşdirmək qərarı verib və bunu terrorçuluqla müharibə çərçivəsində etdiyini deyir. Prezident Buş kimi Rusiya lideri də iddia edir ki, bəşəri dünya adından hərəkət edir, qlobal dəstək istəyir".
Ancaq qəzet, 2003-cü ildə olduğu kimi, indi də "terrorçu" anlayışının qarışıq olduğunu yazır. O vaxt da cənab Buşun tənqidçiləri Səddam Hüseynin 11 sentyabr terroruna bağlılığına sübutun olmadığını deyirdilər. Eləcə də Rusiyanın Suriyaya endirdiyi zərbələrin cihadçıları hədəfə almadığına dair geniş məlumatlar yayılır.
Tahir TAĞIYEV






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ