çərşənbə günü, 23 sentyabr 2026
     

Üç müttəfiq ölkə Rusiyaya baxmadan Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi...

Image


Azər Həsrət: "Rusiya artıq anlamalıdır ki, bizim bölgədən tamamilə çəkilməlidir"

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşünün yekununda qəbul edilən İstanbul Bəyannaməsində tərəflər arasında strateji tərəfdaşlığın və regional əməkdaşlığın daha da gücləndirilməsi məqsədi vurğulanıb. Sənəddə ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha təsdiqlənib.

Bəyannamədə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyi qeyd olunub, regional əməkdaşlığın bu məqsədlərə xidmət etdiyi bildirilib. Tərəflər enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər strateji enerji layihələrinin region və Avropanın enerji təminatında mühüm rol oynadığını qeyd ediblər.

Sənəddə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Orta Dəhlizin inkişafı və Bakı-Tiflis-Qars dəmir yolunun tranzit imkanlarının artırılması məsələləri ön plana çıxarılıb. Bununla yanaşı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında əməkdaşlığın təşviqi və yeni iqtisadi imkanların yaradılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi dəstəklənib.

Bəyannamədə yaşıl enerji, bərpa olunan enerji mənbələri, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi niyyəti də ifadə olunub. Eyni zamanda terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı, insan alveri və kibercinayətkarlıq kimi təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

Tərəflər üçtərəfli əməkdaşlıq formatının regional sabitliyə və iqtisadi inkişafa töhfə verdiyini qeyd edərək bu mexanizmin gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər. Növbəti üçtərəfli görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi planlaşdırılır.

Azərbaycan, Türkiyə və Gürcüstanın İstanbul Bəyannaməsində ərazi bütövlüyü və suverenliyə dəstəyi xüsusi vurğulaması, hazırkı regional reallıqlar fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi və region dövlətləri ilə münasibətləri baxımından hansı siyasi mesajları ehtiva edir?

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə açıqlamasında Türkiyə, Azərbaycan və Gürcüstan arasında formalaşan üçtərəfli əməkdaşlıq formatını müsbət qiymətləndirərək bildirib ki, bu platformanın uğurlu fəaliyyəti regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin bir araya gələrək ortaq mesajlar verməsi regionda sabitliyə qarşı çıxan qüvvələrə ciddi siqnaldır: "Azərbaycan, Gürcüstan və qardaş Türkiyənin bir arada olması, xüsusilə də bu cür mesajların verilməsi bizə qarşı olanlara, torpaqlarımıza göz dikənlərə əslində xəbərdarlıq xarakteri daşıyır".

A.Həsrət hesab edir ki, Ermənistan da gələcəkdə bu əməkdaşlıq platformasına qoşulmalıdır. Onun fikrincə, parlament seçkilərini geridə qoyan Ermənistanın regional əməkdaşlıq proseslərinə daha fəal şəkildə cəlb olunması bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Şərhçi xatırladıb ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən "3+3" formatı Cənubi Qafqazın üç dövləti ilə yanaşı Rusiya, İran və Türkiyənin də iştirakını nəzərdə tuturdu. Lakin Gürcüstanın ərazilərinin bir hissəsinin Rusiya tərəfindən işğal altında saxlanılması səbəbindən Tbilisi bu platformada iştirak etməyib və nəticədə format gözlənilən səmərəni verməyib.

A.Həsrət bildirib ki, həmin dövrdə o, alternativ olaraq "3+1" formatını təklif edib. Bu modeldə Azərbaycan, Gürcüstan və Ermənistanın Türkiyə ilə birlikdə regional məsələləri müzakirə etməsi nəzərdə tutulur: "Yalnız Türkiyə region ölkələrinin heç birinə qarşı ərazi iddiası ilə çıxış etmir. Buna görə də üç Cənubi Qafqaz respublikası Türkiyə ilə birlikdə daha səmərəli əməkdaşlıq qura bilər".

Onun fikrincə, Türkiyə-Azərbaycan-Gürcüstan formatı indiyədək uğurlu nəticələr verib və son görüşdə də region üçün vacib mesajlar səsləndirilib. Şərhçi hesab edir ki, gələcəkdə Ermənistanın da bu əməkdaşlıq formatına qoşulması məqsədəuyğun olardı.

A.Həsrətin sözlərinə görə, verilən əsas mesajlardan biri Rusiyaya ünvanlanıb: "Rusiya artıq anlamalıdır ki, o bizim bölgədən tamamilə çəkilməlidir. Eyni zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsində region ölkələri güzəştə getmək niyyətində deyil".

Şərhçi hesab edir ki, Moskva bu cür mesajlardan narahat olsa da, regionda əvvəlki təsir imkanlarına malik deyil: "Rusiya bacarsaydı, Ermənistanda gedən proseslərə daha fəal müdaxilə edərdi. Bu səbəbdən də hesab edirəm ki, verilən mesajlara cavab olaraq yalnız ehtiyatlı bəyanatlarla kifayətlənəcək".

A.Həsrətin fikrincə, Cənubi Qafqazda regional əməkdaşlığın gələcəyi məhz bölgə dövlətləri ilə Türkiyənin daha sıx koordinasiyasından keçir və bu model həm regional təhlükəsizliyin, həm də siyasi sabitliyin möhkəmlənməsinə xidmət edə bilər.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ