çərşənbə günü, 23 sentyabr 2026
     
Vüqar Rəhimzadə: 9 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında dönüş nöqtəsidir

Image

1993-cü ilin 9 iyunu adi bir təqvim günü deyil, müasir müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış ilə Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, yenicə dövlət müstəqilliyini bərpa etmiş ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinin əsası qoyuldu. Ümumilikdə 1991-1993-cü illər Azərbaycanın müasir tarixində ən mürəkkəb və ziddiyyətli dövrlərdən biri kimi xarakterizə olunur. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, şəxsi maraqlarının əsirinə çevrilmələri ucbatından Azərbaycan bir dövlət təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə hökm sürən xaos, idarəetmədə yol verilən ciddi səhvlər, ayrı-ayrı siyasi qruplar arasında hakimiyyət uğrunda amansız mübarizə və məsuliyyətsiz qərarlar Azərbaycanı dərin böhrana sürükləmişdi. Həmin dövrdə hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsiz və yarıtmaz fəaliyyəti ölkənin milli maraqlarına ciddi zərbə vurmuş, dövlət idarəçiliyində xaos yaratmışdı.
Bu illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha da genişlənir, torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Orduda vahid komandanlığın olmaması, silahlı dəstələrin müxtəlif siyasi qrupların maraqlarına xidmət etməsi ölkənin müdafiə qabiliyyətini zəiflədirdi. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş qaldıran hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda həmin dövrü belə xarakterizə etmişdir: “Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi.”

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın çox böyük problemlərlə, itkilərlə üzləşdiyi 1991-1993-cü illər iki mərhələyə bölünür. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü kimi xarakterizə edilir. Həmin mərhələdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da artdı, azərbaycanlılar amansız soyqırımı aktları və qətliamlarla müşayiət olunan vəhşiliklərlə doğma yurdlarından qovuldular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. İkinci mərhələ 1992-ci ilin yay aylarından 1993-cü ilin iyununa qədərki dövrü əhatə edir. Bu mərhələ dövlətin idarə edilməsində biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü kimi səciyyələnir. Hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyur, Bakı küçələrində əlisilahlı şəxslər dəstə-dəstə gəzirdi. AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün faktiki olaraq vətəndaş müharibəsinə başlamışdı.

Vüqar Rəhimzadə vurğulayıb ki, məhz belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, ölkəni bu ağır sınaqdan çıxara biləcək dahi şəxsiyyətə, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər kəsin qəlbində dərin kök salmış narahatlığa son qoydu, insanların sabaha itmiş inamlarını özünə qaytardı. Başqa sözlə, bu qayıdış Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında dönüş nöqtəsi oldu. Xalqımız əmin idi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı düçar olduğu fəlakətdən qurtaracaq, müstəqilliyimizi qoruyub saxlayacaq və əbədi edəcək. Belə də oldu. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ümummilli Lider Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora getdi, şəhər sakinləri ilə, hərbi qulluqçularla görüşüb söhbət etdi. Ulu Öndərin bu addımı insanlarda sabaha böyük ümid yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcəyinə əminlik elə ilk andan öz təsdiqini tapdı. Ümummilli Lider Gəncədə qarşıdurmanın aradan qaldırılması, ölkədə sabitliyin bərpa olunması və milli birliyin təmin edilməsi istiqamətində mühüm müzakirələr apardı. Yaranmış siyasi böhrandan çıxış yolları ilə bağlı dəyərli tövsiyələrini verdi, ölkənin gələcəyi naminə bütün qüvvələri məsuliyyət və həmrəylik nümayiş etdirməyə çağırdı.

Ulu Öndər Heydər Əliyev Gəncə səfərinin nəticələri və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini Azərbaycan Ali Sovetinin iyunun 15-də keçirilən fövqəladə sessiyasında ətraflı şəkildə açıqladı. Həmin gün Azərbaycanın dövlətçilik tarixində taleyüklü hadisə kimi əbədiləşdi. Ali Sovetin sessiyasında deputatların yekdil qərarı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, ölkənin böhrandan çıxarılması, dövlət müstəqilliyinin qorunması və sabitliyin bərpası istiqamətində atılan ən doğru addım oldu.1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Azərbaycan Respublikasının Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü elan etdi. Beləliklə, Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, bir sözlə, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.

Millət vəkili bildirib ki, xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanı yenidən qurdu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bugünkü reallıqların əsasını qoydu. Buna görə də 9 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşında Milli Qurtuluşun başlanğıcı, dövlət müstəqilliyinin xilası və gələcəyə aparan yolun başlanğıcı kimi əbədi yaşayır. Həmin vaxtdan ötən 33 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi bugünkü Azərbaycandır. O Azərbaycan ki, son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edir, Zəfərdən Zəfərə inamla addımlayır.

Bu gün başlanğıcını 15 İyun-Milli Qurtuluş Günündən götürən uğurlarımızın miqyası ölçüyəgəlməzdir. Hər bir ölkənin, xalqın taleyində onun gələcəyini özündə ehtiva edən dönüş nöqtələri olur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, o cümlədən fəaliyyətinin Naxçıvan mərhələsində bu kimi həlledici məqamlar çoxluq təşkil edir. Reallıq budur ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, zənginləşdirəcək, zəfərlərə aparacağıq. Son 22 ildən artıq dövrün reallıqları hər bir vədin təsdiqidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ümummilli Lider Heydər Əliyevin 9 iyun 1993-cü ildə Bakıya qayıdışı ilə Azərbaycanın müasir tarixində başlanan mərhələ biri-birindən möhtəşəm uğurlarla, zəfərlərlə zənginləşir, dünyaya inkişafın Azərbaycan modelini təqdim edir. Bu gün müasir müstəqil, qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, qalibiyyət rəmzi olan üçrəngli Bayrağı azad Qarabağda və azad Şərqi Zəngəzurda əzəmətlə dalğalanan Azərbaycan qürur mənbəyimizdir. Bu möhtəşəm uğurumuz xalqımızın milli qürurunun, sarsılmaz birliyinin, əbədi müstəqilliyinin, suverenliyinin təntənəsidir!

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ