çərşənbə günü, 23 sentyabr 2026
     

İrəvanda seçkidən sonra böyük sual - Azərbaycanla sülhün taleyi necə olacaq?..

Image


Ermənistan baş naziri Nikol Paşinyanın parlament seçkilərində qazandığı qələbə Rusiyanın onun qərbyönlü siyasi addımlarını pozmaq cəhdlərinə ciddi zərbə vurdu. Amma parlamentdə üçdə iki səs çoxluğunun əldə edilə bilməməsi ABŞ-ın vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan sülh prosesini çətinləşdirə bilər. İlkin rəsmi nəticələrə görə, Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 105 yerlik parlamentdə 64 mandat qazanıb. Bu, baş nazirə yeni müddət ərzində hakimiyyətdə qalmaq imkanı verir. Qalan yerləri rusiyayönlü iki müxalifət partiyası bölüşdürüb. Üçüncü müxalif qüvvə isə səslərin yenidən sayılmasının nəticəsindən asılı olaraq parlamentə keçmək üçün tələb olunan 4 faizlik baryeri cüzi fərqlə keçə bilməyib.

İrəvandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan qeyd edir: "Ermənistan hökumətinin yenidən seçilməsi diplomatik əlaqələri inkişaf etdirmək, qonşularla münasibətləri yaxşılaşdırmaq və yeni təhlükəsizlik tərəfdaşları tapmaq üçün yeni imkanlar yaradır". Paşinyanın Avropa İttifaqı (Aİ) və ABŞ ilə əlaqələri gücləndirmək istiqamətindəki addımlarını davam etdirəcəyi gözlənilir. Ötən il Ermənistan Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib. Aİ liderləri seçkilərin nəticələrini müsbət qarşılayıb. Keçən ay İrəvana dövlət səfəri zamanı Paşinyanla birlikdə səhnədə mahnı oxuyan Fransa prezidenti Emmanuel Makron onu təbrik edib. Makron iki ölkənin maraqlarına xidmət edən əməkdaşlığı daha da gücləndirəcəyinə, Ermənistanın sülh və suverenliyini dəstəkləyəcəyinə, həmçinin ölkənin Avropaya yaxınlaşması prosesinə yardım edəcəyinə söz verib. Paşinyanın yenidən seçilməsi ABŞ prezidenti Donald Trampı da məmnun edəcək. Tramp iyunun 7-də keçirilən seçkilərdən əvvəl onu açıq şəkildə dəstəkləmişdi. O, sosial şəbəkədə belə yazmışdı: "Nikol Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu üçün sülh və rifah haqqında baxışlarımı tamamilə bölüşür". Ötən il Trampın ev sahibliyi ilə Vaşinqtonda Azərbaycan-Ermənistan sammiti keçirilib. Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sülh sazişini paraflayıb. Bu, Rusiyanın regiondakı nüfuzunun sarsıldığını göstərirdi. Ermənistanda seçkiönü dövr Rusiyanın təhdidləri və Paşinyana dəstəyi azaltmağa yönəlmiş addımları ilə yadda qalıb. Moskva Ermənistandan bir sıra məhsulların idxalını qadağan edib. Rusiya prezidenti Vladimir Putin Ermənistan üçün mümkün "Ukrayna ssenarisi"nə eyham vurub. İrəvandakı təhlilçilər Rusiyanın seçkilərə təsir göstərmək cəhdlərinin uğursuz olduğunu deyir. Riçard Giraqosyan bildirir: "Bu səsvermə Ermənistanın düzgün istiqamətdə irəlilədiyinə inamı nümayiş etdirir". İrəvandakı Erməni Araşdırmaları Şurası Mərkəzinin rəhbəri Areq Koçinyan isə "Nastoyaşşee Vremya"ya müsahibəsində Rusiyanın bütün cəhdlərinin əks-effekt verdiyini bildirib: "Əgər Rusiyanın məqsədi dezinformasiya kampaniyaları, ticarət müharibələri və digər hibrid vasitələrlə Ermənistandakı əlaltılarını dəstəkləmək idisə, bu, tamamilə əks nəticə verdi. Erməni cəmiyyəti ümumilikdə çox səfərbər olmuşdu, hətta demək olar ki, "elektrikləşmişdi". Paşinyan təsirli qələbə qazandı".

Bu, Ermənistanın 2023-cü ildəki hərbi məğlubiyyətindən sonra keçirilən ilk seçki idi. Həmin il Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etmişdi. Paşinyanın kampaniyasının əsas ideyalarından biri "real Ermənistan" konsepsiyası idi. Bu, ölkənin mövcud sərhədlərini qəbul etməyi və ənənəvi olaraq gərgin münasibətdə olduğu qonşuları – Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağı nəzərdə tutur. Son aylar Türkiyə ilə sərhədin açılması istiqamətində addımlar atılıb. Brüssel bunu Ermənistanın Avropa İttifaqına ixracı üçün yeni marşrut kimi təqdim edir. Amma Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından Qarabağla bağlı hissəni çıxarmasını tələb edir. Bunun üçün isə Paşinyana parlamentdə üçdə iki səs çoxluğu lazımdır. Koçinyan bildirib: "Seçkilərdən sonra Ermənistanda ən vacib mövzu yeni konstitusiyanın qəbulu olacaq". Onun sözlərinə görə, bu məsələ həm demokratik islahatların davamı, həm də Azərbaycanla sülh prosesinin irəliləməsi ilə birbaşa bağlıdır. Amma müxalifətin dəstəyi olmadan konstitusiya dəyişiklikləri prosesinə başlamaq mümkün deyil, çünki bunun üçün parlament üzvlərinin ən azı üçdə ikisinin dəstəyi tələb olunur. Bundan sonra isə yeni konstitusiya ilə bağlı referendum keçirilməlidir. Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirir ki, Ermənistanda keçirilən seçkilərin nəticələrindən bir neçə mühüm məqam çıxarmaq olar. Birincisi, Nikol Paşinyan hakimiyyəti yenə də öz əlində saxlaya bildi. Amma mandatların sayına və imkanlar nisbətinə baxdıqda görürük ki, əvvəlki dövrlə müqayisədə zəifləyib və təkbaşına bəzi mühüm qərarları qəbul etmək imkanları məhdudlaşıb: “Nəyə görə bu məsələ Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətlidir? Çünki sülh gündəminin davam etməsi və sülh sazişinin imzalanması çox vacib mərhələdir. Lakin Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi indiki şəraitdə çətin görünür. Hazırkı qanunvericiliyə əsasən, konstitusiyanın dəyişdirilməsi referendum vasitəsilə mümkündür. Referendumun təşkili üçün isə parlamentdə konstitusion çoxluq, yəni mandatların üçdə ikisi tələb olunur. Amma hazırkı nəticələrə görə Paşinyan bu qədər mandata sahib deyil. Deməli, referendum keçirilməsə və konstitusiya dəyişməsə, sülh prosesinin yekunlaşması və sülh sazişinin imzalanması da mümkün olmayacaq”.

Zülfüqarov Samvel Karapetyanın parlamentə daxil olmasını da prosesə birbaşa təsir edən amil kimi dəyərləndirir: “Paşinyan indiki mərhələdə deyə bilər ki, sülh istəyir, amma konstitusiyada dəyişiklik etməyəcək. Azərbaycan isə təbii olaraq konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan bir ölkə ilə sülh sazişi imzalaya bilməz. Bu, kifayət qədər absurd vəziyyətdir. Dünyada belə bir təcrübə nə olub, nə də ola bilər. Bu vəziyyət dolayısı ilə Rusiyanın maraqlarına da xidmət edir. Çünki Rusiya məhz bu yollarla sülh prosesini dondurmağa çalışa bilər və mən əminəm ki, belə bir cəhd göstərəcək. Karapetyan da Rusiyanın siyasi maraqlarını həyata keçirən fiqurlardan biri kimi qiymətləndirilir. Buna görə də Paşinyan bundan sonra müəyyən siyasi koalisiyalar yaratmağa, digər siyasi qüvvələri prosesə cəlb etməyə məcbur qala bilər”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ